Kaizen.az - Özgüvən: İtirməkdən Qorxmadığın Zaman Qazana Bilərsən

Özgüvən: İtirməkdən Qorxmadığın Zaman Qazana Bilərsən



Özünə güvənmək hər səhər yuxudan oyanmaq kimidir. Oyanmadığınız zaman gününüz başlaya bilər mi? Özünüzdən heç bunları soruşdunuz mu? İndiyə qədər neçə xəyal qura bildiniz? Neçə dəfə yeni bir işə başlayıb və yolun yarısında və ya başlanğıcında işinizi yarımçıq qoydunuz? Həyatınızdakı hər şeyi itirmisinizsə, yenidən başlamaq üçün cəsarətiniz var mı? Və ən əsası, insanların sizi qiymətləndirməsi üçün uğur qazanmaq istəyirsiniz, yoxsa özünüzü özünüzə sübut etmək üçün? Bu sualların cavablarını heç düşündünüz mü bilimirəm amma, əminəm ki, hələ də həyata keçirə bilmədiyiniz bir çox xəyallar, yarı yolda buraxdığınız bir çox hədəflər var.


Uğurlu insanların həyat modellərini dərindən araşdırmağa başlasanız, çoxunun uğursuz olduğu anlarının əsas səbəbi özlərinə və həfələrinə olan inamsızlıq olub. Özünə güvənməyin əslində bir yarışa başlayarkən başlanğıc xətti olduğunu deyə bilərik. Harada dayanmalı, harada başlamalı olduğunuzu göstərir. Təəssüf ki, insanın özünə inamı olmadıqda, əksər insan işə başlamaq üçün cəsarət edə bilmirlər. Arzusu reallaşarsa qazanacağı uğuru və xoşbəxtliyi özünə aid belə edə bilmirlər. Həmişə arxasında başqasının dəstəyini hiss etmək istəyir və ya hədəfə gedən yola yalnız çıxmaqdan qorxduğu üçün heç vaxt o yola addım atmırlar. Özünə inamsız insanlar başqasına güvənməyə başlayırlar, amma ən böyük səhvlər elə başqalarına etibar edərkən başlanır. Məyusluqların əksəriyyəti özümüzə güvəndiyimiz üçün deyil, başqasına güvəndiyimiz üçün olur. Başqa sözlə, özünüzə və mahiyyətinizə inamınız yoxdursa, yolda getmək və bu yoldakı çətinliklərin öhdəsindən gəlmək daha çox çətinləşir.

Bəs özünə güvənmə ilə həyatımızda nələr dəyişir? Özünə güvənmək özünüzü yenidən tanımaq deməkdir. Özünüzə inamınız yoxdursa, deməli özünüzlə üzləşməyə cəsarətiniz də yoxdur. Beləliklə həqiqətdən qaçmaq əvəzinə yaxşı və pis özümüzü tanımaq və anlamaq üçün bir səyahətə, yəni özünüzü kəşf etməyə başlayın. Unutmayın ki, bu səyahət illər əvvəl başlayıb və ömür boyu davam edəcəkdir. Platon’un da dediyi kimi : ”İnsanın özünü fəthi ən böyük qələbədir.”

Özünüzü tanıdıqca özünüzə olan inamı daha düzgün qidalandırmağa başlayacaqsınız. Özgüvən vasitəsi ilə qarşınıza qoyduğunuz əngəlləri anlaya və aradan qaldırmağa çalışın. Əvvəllər özünüzlə uyğunlaşdıra bilmədiyiniz nailiyyətləri əlaqələndirməyə başlayın, çünki niyə başqası edə bilərsə, onda niyə etməməli olduğunuzu sorğulayın. Hamımız xəyal edə bilirik, amma neçə nəfər xəyallarımızın tələblərini əzmlə yerinə yetirə bilərik? Xəyallarınızın təməlini möhkəmləndirmək və gerçəkləşdirmək üçün planlı şəkildə işləməyə başlayın. Heç bir müvəffəqiyyət təsadüf deyil, buna görə də uğur qazanmaq üçün özünüzdəki o casarəti hiss edin. Özünə güvənmək başqasından asılılığı və gözləntiləri azaltmaq deməkdir.

Bəs özgüvəni yaratmaq üçün nələr etmək lazımdır?

1. Zehninizi öyrədin: Əvvəla, düşünün ki, hər şeydən əvvəl özünüzə niyə edə bilməyəcəyinizi deyil də, bunu etsəz həyatınızda nəyin dəyişəcəyini və özünüzü necə hiss edəcəyinizi izah etməyə çalışın. Fikrinizi mənfi bir perspektivlə bəsləyəsəniz, müsbət bir nəticə yaratacağını gözləməyin.

2. Imkansızlıqlara deyil, mümkün olacaq işlərə fokuslanın. Bir şeyə mümkünsüz kimi baxırsınızsa, inkişaf etməyəcəksiniz. Ancaq qeyri-mümkün olanı mümkün etmək üçün hərəkət etsəniz, ora çatmayacaqsınız və səy göstərdiyiniz heç bir şey, sizə bir şey qazandırmayaq.

3. Uğursuz olmaqdan qorxmayın, çalışmağa davam edin. Uğur çox zaman təslim olduğunuz andan biraz sonra sizi gözləyir. Nə qədər uğursuz olsanız, demək uğura daha yaxınsınız.

4. Ən pis nə ola bilər? Həyatda verdiyiniz hər qərarın bir fürsət dəyəri və sizə qazandıracağı təcrübə var.

Özünüzə güvənib inanmamaq sizin seçiminizdir, ancaq unutmayın ki, hər seçim bir məsuliyyətdir. Həyatınızı mənalı etmək üçün özünüzə etibar edin və özünüzü kəşf etməyə başlayın.
Bir ağac əkmək üçün ən yaxşı vaxt 20 il əvvəl idi və növbəti ən yaxşı vaxt isə bu gündür. 20 ildən sonrakı sizə, bu gündən cavab verməyə başlamağınız diləyi ilə...

0 Rəy

Şərh yazmaq üçün daxil olun