Kaizen.az - İngiliscə və Azərbaycan Dilində Əsas Mühasibat Terminləri

İngiliscə və Azərbaycan Dilində Əsas Mühasibat Terminləri


Mühasibat sahəsi ilə ilk tanış olduğum dönəmlərdə öz dilimizdə mənbə tapmaqda çətinlik çəkən biri olaraq, digərlərinə faydalı ola biləcəyini düşündüyüm əsas terminlərin İngilis və öz dilimizdə qarşılıqlarını paylaşmaq qərarına gəldim.

İlk öncə hesabat adları ilə başlayaq.

  • İncome Statement- Mənfəət və Zərər Haqqında Hesabat.
  • Balance Sheet- Maliyyə Vəziyyəti Haqqında Hesabat
  • CashFlow Statement- Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat


İndi isə Maliyyə Vəziyyəti Haqqında Hesabatın elementlərini qarşılıqlarına nəzər yetirək.

  • Assets- Aktivlər
  • Liabilities-Öhdəliklər
  • Shareholders/Owners equity- Kapital Hesabı

Aktivlər bildiyimiz kimi iki hissədən ibarətdir. 

  • Current Assets-Qısamüddətli Aktivlər
  • Non-Current Assets- Uzunmüddətli Aktivlər

Aktivlər üçün qısa olaraq demək lazımdırsa fəaliyyət dövrü bir ildən daha çox olan  Aktivlər uzun, bir ildən qısa olanlara isə qısamüddətli aktivlər deyilir. Təbii ki, bəzi nüanslar vardır ki, istisna təşkil etməkdədir. Məsələn Azərbaycan Vergi qanunvericiliyinə görə 500 AZN-dən aşağı olan aktivlər, qısamüddətli aktiv kimi nəzərə alınmalıdır. Məsələn, ofis ləvazimatlarını bir ildən daha çox müddətə istifadə edı bilərik, amma onun dəyəri 500 AZN-dən azdırsa, biz onu qısamüddətli aktiv kimi götürəcəyik.

  • Current Liabilities- Qısamüddətli Öhdəliklər
  • Non-current Liabilities-  Uzun müddətli Öhdəliklər.

İndi isə bəzi əsas hesab adlarına nəzər yetirək

  • Cash- Kassa hesabı
  • Account Recievable- Debitor Borcu
  • Prepaid expenses- Gələcək dövrün Xərcləri
  • İnventories- Mal/ Material hesabları (201-202-203 və.d hesablar)
  • Notes Recievable- Alınmış Veksel ( Verilmiş Borc)
  • Property, plant and equipment(PP&E)- Torpaq, tikinti ve avadanlıq (TTA)
  • İntagible Assets- Qeyri Maddi aktivlər
  • Account Payable- Kreditor Borcu
  • Salaries Payable- Əmək Haqqı öhdəliyi (533-cü Hesab)
  • Notes Payable- Verilmiş Veksel ( Alınmış Borc )
  • Long Terms Loans- Uzun müddətli bank kreditleri
  • Share Capital- Nizamnamə Kapitalı
  • Retained Earnings- Bölüşdürülməmiş Mənfəət


0 Rəy

Şərh yazmaq üçün daxil olun