Kaizen.az - Harley-Davidson Şirkətinin Maraqlı Marketing Strategiyası

Harley-Davidson Şirkətinin Maraqlı Marketing Strategiyası

    Günümüzdə milyonlarca  həvəskarı, özünə məxsus muzeyi, restoranı belə olan Amerikan motosikl şirkəti Harley-Davidson 1903-cü ildə iki dost tərəfindən qurulmuşdu. Lakin ilk illər gözləntilərin altında güc və performansa sahib olan motosikl uğursuz bir addım olaraq yadda qaldı. Çünki istehsal olan məhsul, gücsüz bir motora sahib velosiped idi. Buna baxmayaraq məqsədləri doğrultusunda iradəli bir şəkildə irəliləyən William Harley və Arthur Davidson 1905-ci ildə şirkətə ilk işçilərini götürdü və ilk dəfə bir motosikl yarışında birinciliyi əldə edərək möhtəşəm bir uğura imza atdı.

 

İllər içərisində müxtəlif marketing strategiyalarından istifadə edərək özünə sadiq bir "cəmiyyət", "icma" yaradan şirkətin qiymətləri, müxtəlif zamanlarda  bir çox tənqidçi tərəfindən məhsulların şişirdilmiş dərəcədə baha olması müzakirələrinə məruz qalmasına səbəbiyyət vermişdir. Buna baxmayaraq şirkət öz yolundan dönməmişdir. Şirkətin ən maraqlı marketing strategiyalarından biri isə şübhəsiz, döymələrlə bağlı qərarı idi. Şirkətin qərarına əsasən,  Harley-Davidson logosunu döymə etdirənlərə xüsusi və böyük endirim tətbiq ediləcəkdi.  Şirkət sözündə durur, edilən döymələrə görə böyük həcmli endirimlər tətbiq edir. Bu sayədə şirkət həm məhsulunu satır, həm də döymələr sayəsində reklamını etmiş olur. Bu reklamı digərlərindən daha qiymətli edən isə, insanlar dəyər verdikləri varlıqların adını və ya rəsmini döymə etdirdiyi üçün, digər insanlarda da şirkətin məhsullarına qarşı maraq yaranırdı.


  Təbii ki, illər içərisində tətbiq edilən strategiyalar öz bəhrəsini vermişdir. Ümumən şirkətin məhsulunu alan insanlar, irqindən, sosial statusundan asılı olmayaraq yeni bir ailə qazanmış kimi hiss edirlər...

0 Rəy

Şərh yazmaq üçün daxil olun