Kaizen.az - Riyaziyyatın tacsız kralı Grigori Perelman ona verilən mükafatları niyə qəbul etməmişdir?

Riyaziyyatın tacsız kralı Grigori Perelman ona verilən mükafatları niyə qəbul etməmişdir?

    İllər 2000-ci ili göstərdikdə, Clay Mathematics Institute (CMI), o günə qədər həll edilə bilməyən və "Minilliyin Sualları" kimi görünən 7 riyazi sualın  hər birinin həllinə 1 milyon dollar pul mükafatı qoydu. Bu  7 problemdən biridə  Henri Poincare tərəfindən 1904-cü ildə ortaya atılan Poincaré Fərziyyəsi idi. 

  Çoxları tərəfindən dünyanın ən ağıllı insanı kimi qəbul edilən tacsız riyaziyyat kralı Grigori Yakovlevich Perelman , riyaziyyatın həll olunmamış ən böyük problemlərindən biri olan bu fərziyyəni həll etmişdir.

Ancaq onu həqiqətən məşhur edən  bu sualı həll etməsi deyil  həll yolundan sonra ümumi yanaşması idi. Grigori Perelman problemi həll etməklə yanaşı, ilk dəfə 33 səhifəlik bir həlli internetdə, əlçatan bir elmi arxiv saytında yayımladı.

 2002-ci ildə  Perelman dünyanın ən güclü İQ-sünə sahib insanların belə həll edə bilmədiyi və dünyanın yaradılışı haqqında  alimlərə çox böyük faydasının toxuna biləcəyi  bu fərziyyəni  həll etdiyini iddia etdi.  İnternetə yerləştirdiyi və alimlərin belə çətinliklə başa düşdüyü bu 33 səhifəlik həll haqqında bir çox riyaziyyatçı və alim səhv olduğunu iddia etdi. Çünki, dünyanın  ən məşhur riyaziyyatçılarının bu fərziyyənin həlli üçün illərini verməsinə baxmayaraq, sadəcə professor ünvanına sahib olan və Rusiyada  “dəli” kimi  yaşayan  birinin bunu həll etməsi qəbul edilməz birşey idi.  Perelmanın dəfələrcə  səhvin harda olduğunu soruşmasına baxmayaraq kimsə  normal cavab verə bilməmişdir. Hətta mövzu o qədər böyümüşdür ki, otaq yoldaşları olan riyaziyyatçılar belə Perelmana arxa çevirmiş  və heçkimin sevmədiyi bir insana dönüşmüşdü. 



    2006-cı ildə doktor Perelman bütün riyaziyyatçıları geridə qoyub həllin doğru olduğunu  qəbul etdirə bilmişdir. Elə həmin il  Riyaziyyatın Nobel-i sayılan Field mükafatı ona təqdim edilmişdir lakin o bunu geri çevirmişdir. Beləliklə, Perelman  Field Mükafatını geri çevirən yeganə riyaziyyatçı olmuşdur. Buna səbəb isə  öz həmkarlarından  yetərincə hörmət və inanc görməməsi nəticəsində qürurunun inciməsidir. 

    2010-cu ildə CMI  vəd edilən 1 milyon dollarlıq  mükafatı vermək üçün Perelmanı çağırdığı zaman  böyük riyaziyyatçı bundanda imtina etmişdir.Sonradan mükafatı qəbul etmişdir ancaq riyaziyyatın gələcəyi üçün  istifadə olunacağını bildirmişdir. Bundan sonra isə işlədiyi ST. Petersburg-dakı Steklov İnstitutundan istefa  etmişdir. 


    Anası ilə çox sadə və sıxıntılı  bir həyat yaşayan, otağında bir masa və bir stuldan başqa bir şey olmayan bu dahi, həqiqətən heçbir zaman məşhur olmaq istəməmişdir.Onun tarixə keçməsinə səbəb olsan sözləri isə belədir:

   

 "Mən məşhur olmaq istəmirəm. Sərgilənəcək sirk meymunu da deyiləm.  Sadəcə bir sualı həll etmişəm və bu qədər şişirdilməsi çox qəribədir."


St.Petersburg-dakı təvazökar həyatı ilə qəzetlərə xəbər olan Perelmanın bu həlli haqsız bir  şəkildə  kölgədə qalmış vəziyyətdədir. Ancaq bu həll əhəmiyyətli inkişafları özündə saxlayır. Perelman tərəfindən həll edilmiş Poincaré fərziyyəsi, kainatın forması ilə bağlı mühüm ipucları verir. Onun təqdim etdiyi həllin və inkişaf etdirdiyi texnikanın Nəzəri Fizikada, Nisbilik Nəzəriyyəsində və kainatın quruluşu kimi təməl mövzularda genişlənmələrə səbəb olacağı gözlənilir.


Perelman  adına sevinimmi yoxsa kədərlənimmi bilmədiyim bir riyaziyyatçıdır. Biz  insanlardan  fərqli  bir boyutta yaşayır. Dünyanın ən böyük riyazi  zəfərlərindən birini digər riyaziyyatçılarla birlikdə qeyd etmək əvəzinə özünü dünyadan təcrid etmişdir, kəşfi ilə əlaqədar öz xoşbəxtliyini hiss etmişdir. Bu alimin  cəmiyyətə inteqrasiya etməyi deyil yalnızlığı  seçməsi bizim üçün çox böyük  bir itkidir. İnanıram ki, uzun illərdən sonra geriyə baxdığımız zaman yaratdığı radikal dönüşümlər, metodlar və yeni ixtiralar sayəsində Perelmanın adı, haqlı üsyanı və həlli layiq olduğu yeri tapacaqdır.

0 Rəy

Şərh yazmaq üçün daxil olun