Kaizen.az - AY’da Yarış

AY’da Yarış


AY’DA YARIŞ:waning_gibbous_moo

2021-ci ildə tarixdə bir ilk yaşanacaq və Ay səthində keçiriləcək bir avtomobil yarışına şahid olacağıq. Bu bir elmi fantastika ssenarisi kimi səslənsə də, Moon Mark bir ildir bu fantastik layihə üzərində işləyir. Belə ki, 2020-ci ilin əvvəlində Moon Mark dünyanın 11ölkəsindən tələbələr üçün bir dizayn yarışması keçirdi və bu tələbələri Ay’da yarışacaq nəqliyyat vasitələrinin dizaynına dəvət etdi. Təbii ki, bu yarış üçün nəqliyyat vasitələri gün ərzində çox isti, gecələr isə çox soyuq olan Ay’ın fərqli iqlim şəraitinə uyğun formada hazırlanmışdır.

Layihənin ikinci mərhələsi Yer üzündə reallaşacaq və səkkiz həftə davam edəcək ilkin seçim mərhələsi olacaq. İki finalçı mütəxəssislər ilə birlikdə dizaynlarını Houston’da həyata keçirəcəklər. Moon Mark’ın təklifi ilə BMW, Mini, Ferrari, Maserati, Fiat, Lancia, Alfa Romeo, və McLaren kimi avtomobil şirkətləri ilə çalışan Frank Stephenson keçiriləcək bu yarışda avtomobil dizayner direktoru kimi rəhbərlik edəcəkdir. Frank Stephenson’un layihə haqqında dediyi kimi: “Bu, gələcəyin yenilikçilərini inkişaf etdirməyə kömək edən, böyük xəyallar qurmağın və hər bir şeyin mümkün olduğunu başa düşməyə imkan verən bir layihədir. ”

Bəs bu nəqliyyat vasitələri Ay’a necə çatdırılacaq? Moon Mark, Ay’a enməyə hazırlaşan ilk özəl kosmik texnologiyaları şirkəti olan Intuitive Machines ilə əməkdaşlıq etdi. Şirkətin SpaceX-in Falcon 9 raketi ilə birlikdə havaya buraxılacaq Nova-C Lunar Lander adlı vasitəsinin avtomobilləri Ay’a endirməsi planlaşdırılır. Və sonra tarixin ilk ayında avtomobil yarışı başlayacaqdır

:pushpin:Bu haqda nə düşünürsünüz?

0 Rəy

Şərh yazmaq üçün daxil olun