-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
149
Dərc olunma tarixi
07.03.2021 Fərdi İnkişafBaxış sayı
Oxunma müddəti
Bu gün sizlərə psixoloji effekt hesab edilən Ringelmann effektindən bəhs edəcəyik.
Ringelmann effekti nədir?
Maximilien Ringelmann (1861-1931) tərəfindən kəşf edilən bu effekt, bir qrupun ölçüsü ilə qrup üzvlərinin bu tapşırığın tamamlanmasına verdiyi töhfənin həcmi arasındakı tərs əlaqəni göstərir. Effekt, fərdi üzvlərin qruplarda daha az məhsuldar olma meylidir. Bu effekti bir nümunə ilə izah etsək daha anlaşılan olar.
Düşünün: Toplum içərisindən sıravi insanlar seçilərək onlara ağırlıq qaldırmaq təklif olunur. Hər kəsin maksimum qaldıra bildirdiyi ağırlıq qeyd olunub, daha sonra insanları qruplaşdırılır (əvvəlcə iki-iki, sonra dörd-dörd və səkkiz-səkkiz). Təcrübənin gözləntiləri bundan ibarət idi: əgər bir insan 100 kq ağırlıq qaldıra bilirdisə, 2 insan ən azı 200 kq ağırlığın öhdəsindən gəlməlidir. Lakin, gözləntilər özünü doğrultmadı. Belə ki, iki insan birlikdə onların individual göstəricilərinin yalnız 83%-nin öhdəsindən gəlmişlər.
Bunun səbəbinin sadə izahı var. Beləki, insan təkbaşına fəaliyyət göstərərkən tam gücünə, özünə arxalanır. Qrup işində fəaliyyət göstərərkən isə artıq qüvvəsinin hamısından istifadə etmir, çünki artıq başqalarının gücünə arxalanmağa başlayır. Qrupda hər kəs belə düşünüb fəaliyyət göstərəndə də ümumi məhsuldarlıq aşağı düşür, nəticələr zəif olur, hətta bəzən sıfıra enir.
:pushpinBəs sizin Ringelman effektinin təsirinə münasibətiniz necədir?
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14907.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf