Kaizen.az - Tianjin Binhai Kitabxanası

Tianjin Binhai Kitabxanası



Tianjin Binhai Kitabxanası.

Bu gün sizinlə birlikdə Çinin Tianjin şəhərində yerləşən Tianjin Binhai kitabxanasına səfər edəcəyik. Kitabxana Rotterdamda yerləşən MVRDV memarlıq firması tərəfindən yerli memarlar qrupu olan Tianjin Şəhərsalma və Layihə İnstitutu tərəfindən dizayn edilmişdir. Yerli hökumət tərəfindən sürətləndirilmiş bir tikinti cədvəli verildiyi üçün, layihə üç il ərzində öz qapılarını ziyarətçilərinə açdı. 2014-cü ildən ehtibarən tikinti işlərinə başlayan Tianjin Binhai kitabxanası, 2017-ci ilin oktyabr ayında açılmışdır.

Kitabxananın açılış günündən sonrakı ilk həftədə gün ərzində təxminən 10.000 adam gəlmiş və bu izdiham növbələrin də yaranmasına səbəb olmuşdur. Beş mərtəbəli kitabxananın ümumi sahəsi 33700 kvadrat metrdir. Burada 1,2 milyon kitabı əhatə edən döşəmədən tavana qədər terraslı kitab rəfləri və mərkəzdə 110 nəfərlik auditoriya rolunu oynayan böyük, işıqlı kürə var. Hansı ki, bu kürəyə “göz” ləqəbi verilib. Birinci və ikinci mərtəbələrdə əsasən istirahət zonaları və oxu otaqları yer alır. Yuxarıdakı mərtəbələrdə kompüter otaqları, iclas otaqları və ofislər fəaliyyət göstərir.

Bu kitabxanaya getsəz, ilk hansı kitabı axtarardınız?
0 Rəy

Şərh yazmaq üçün daxil olun