Kaizen.az - Bütün İş Elanları Bir Saytda Toplandı. Necə?

Bütün İş Elanları Bir Saytda Toplandı. Necə?



İş axtaranların nəzərinə! Hər birimizə məlumdur ki, gənclərin ən böyük problemlərindən biri işsizlikdir. Belə ki, sizlərlə iş axtarışınızı rahatlaşdırmaq, tezləşdirmək üçün Azərbaycanda iş axtarış prosesinə yenilik gətirən saytı bölüşmək istəyirəm. www.employment.az. Bütün iş elanlarını bir saytda toplayan bu platforma, Azərbaycanda geniş şirkət və iş elanları bazasını mərkəzləşdirmək, iş axtaranların bu proses müddətində maksimum az vaxt sərf etməsinə fokuslanması üçün yaradılmış bir veb platformadır. Əmək bazarının bütün iştirakçılarının faydalana biləcəyi, dəqiq və sürətli iş axtarışı üçün nəzərdə tutulmuş onlayn platforma olan “employment.az” saytı vasitəsi ilə siz, bütün iş elanlarını rahatlıqla tapa bilərsiniz. Belə ki, axtarış hissəsinə işləmək istədiyiniz və ya yeni vakansiyalarından xəbərdar olmaq istədiyiniz şirkət yaxud axtardığınız vəzifə ümumi olaraq, desək, sizin üçün maraqlı olan açar sözləri daxil edərək, bütün iş elanları ilə tanış ola biləcəksiniz. Axtarış nəticəsində qarşınıza çıxan elanlara daxil olaraq, elanın paylaşıldığı iş elanı saytına birbaşa keçid edə biləcəksiniz. Həmçinin siz e-mail adresinizi qeyd edərək, yeni əlavə edilmiş elanlardan xəbərdar ola bilərsiniz. İş axtarış prosesində hər birinizə uğurlar.

0 Rəy

Şərh yazmaq üçün daxil olun