employment.az employment.az

Dərc olunma tarixi

19.11.2021 Biznes Dünyası

Baxış sayı

eye 1600

Oxunma müddəti

clock 4 dəq

Maliyyə və Mühasibata Fərqli Baxış

Bəzən hər hansısa bir situasiyanı daha yaxşı ifadə etmək üçün müəyyən bənzətmələrdən və ifadələrdən istifadə edirik. Hər hansı bir şəxsin çox cəsur davrandığını demək istədiyimizdə həmin şəxsin şir ürəyi yediyini söyləyirik. Və ya tanınmış, məşhur biri haqqında danışarkən onu ulduza bənzədirik.  Bunu gündəlik həyatımızda olduğu kimi müxtəlif elm sahələrində də edirik. Maliyyə sahəsində də belə məqamlara rast gəlmək mümkündür. Gəlin, belə ifadə və fikirlərlə daha yaxından tanış olaq.

 

“Albalı yığımı”

İnvestisiya edilmiş səhmlərin qiymətlərinin aşağı düşmə tendensiyasının davam edəcəyini düşünən investorlar başqa bir portfeldə yaxşı performans göstərən investisiyaları seçirlər. Albalı yığımı həm fond menecerləri, həm də fərdi investorlar tərəfindən istifadə edilən bir üsuldur və qiymətli kağız investorlarının satın alma fondu əhəmiyyətli dərəcədə azaldığı üçün səhmləri araşdırmağa lazım olan vaxtı azaldır. Məsələn, birjalarda yarımkeçiricilər ilə məşğul olan bütün səhmləri araşdırmaq əvəzinə, investor yalnız bu məhsullara investisiya qoyan bir neçə qarşılıqlı fondlara baxa bilər və yalnız ən yaxşı performans göstərən seçilmiş investisiyaları axtara bilər.

 

“Parlaq daşlar”

Bu, bir neçə böyük investisiya etməkdənsə, çox sayda lakin daha kiçik investisiyaların edilməsini ifadə edir. Bu ifadə “Bütün yumurtaları eyni səbətə yığmamaq” ifadəsinə bənzər bir ifadədir.

 

“Ölü pişik sıçrayışı”

Ölü pişiyin belə hündürlükdən sürətlə yıxılaraq tullana biləcəyi fikri ilə maliyyəçilər birjada kəskin enişlərdən sonra gələn müvəqqəti artımlar üçün "ölü pişik sıçrayışı" terminindən istifadə edirlər.

 

“Lalə çılğınlığı”

Bu ifadə aktivlərin qiymətlərinin real qiymətlərindən kənara çıxması zamanı metafora kimi istifadə olunur.

 

“Çəkicləmə”

Texniki cəhətdən bu, birja brokerinin səhvidir. Birjada həddindən artıq satışın olmasıdır.

 

“Ağ cəngavər”

Onlar çətin situasiyalarda və ya iclaslarda şirkətləri xilas etməyə çalışan şirkət işçiləridir. Onlar müqaviləni qazana bilməsələr də, bunu daha az xərc və daha çox mənfəət qazanacaq çəkildə nəticələndirə bilən şəxslərdir.

 

“Qara cəngavər”

Çətin situasiyalarda və ya iclaslarda şirkətə uğur qazandıran şəxslərdir. 

 

 

Bəzən bəzi mühasiblər öz həyatlarında baş verən hadisələri mühasibat uçotu ilə bağlı olan anlayışlara və qaydalara bənzədirlər. Onlar düşünürlər ki, mühasibat uçotunda  olduğu kimi həyatda da hər şeyin bir müsbət tərəfi varsa, digər tərəfdən də mənfi qarşılığı olur.  Xoşbəxtlik ilə kədər, gülüş ilə göz yaşı, aktivlər ilə passivlər bir-birlərinə əks olsalar da, daim birlikdə mövcudluqlarını davam etdirirlər. Həyatdan zövq ala bilmək üçünsə gərək hər şeyi mühasibatlıqda olduğu kimi balansda saxlayaq. Hər bir “Debet” tərəfin, bir də “ Kredit” tərəfi olduğunu unutmamalıyıq. Xoşbəxtliyi sizə mühasibat uçotu “dili” ilə izah etməli olsaydım, bunu sadəcə bu bərabərlik ilə göstərərdim: Debit=Credit.

 

Və həyat bəzən balans hesabatlarına bənzəyir. Səhv daxil edilmiş bir rəqəm bütün hər şeyi dəyişdirə bilir. Mühasibat hesabatlarında olduğu kimi, həyatda da verdiyimiz ən sadə bir qərar və ya adi bir hərəkət gələcəyimizə yön verə, onu dəyişdirə bilər.

 

Gördüyünüz kimi, əslində ətrafımızdakı bir çox şey ya bir-birinə bənzəyir, ya da bir-biri ilə yaxından əlaqəlidir. Əsas önəmli olan şey baş verənlərə düzgün baxış bucağından baxmağı bacara bilməkdir.

heart save

Elçin Əhmədzadə

20.09.2023

Uğurlar

rahul

20.09.2023

Uğurlar

Ləman Bəkirova

20.09.2023

Uğurlar

dergah

20.09.2023

?

Yazar
  • İstifadəçi adı:

    Vüqanə Nurəliyeva
  • Ad Soyad:

    Vüqanə Nurəliyeva
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.