Kaizen.az - Metaverse: Yeni Virtual Dünya

Metaverse: Yeni Virtual Dünya

Son zamanlarda adını çox eşitdiyimiz ‘’Metaverse’’ anlayışından ilk dəfə Neal Stephenson adlı yazıçının ‘’Snow Crash’’ adlanan romanında bəhs edilib. Romanda gerçək insanların avatarlarının olduğu üç ölçülü virtual bir dünya ‘’Metaverse’’ adlandırılır. Bundan başqa dəfələrlə,hətta bəziləri ‘’Snow Crash’’-dən öncə, ‘’ Metaverse’’- oxşar dünyalardan bəhs edilib.’’ Ready Player One’’ adlı kitabı və ‘’Second Life’’ adlı oyunu buna misal göstərə bilərik.Bəhs edilən oyunda öz avatarınızı yarada,insanlarla əlaqə saxlaya,yəni qısacası, real həyatda etdiyiniz hər şeyi edə bilirsiz. Necə də maraqlı səslənir ,elə deyil mi? Gəlin bu mözvuda fikir formalaşdırmaq üçün Metaverse sözünün mənasını araşdıraq.

   

“Metaverse’’ifadəsinin dilimizdə hərfi mənada tərcüməsi yoxdur.’’Meta” yunanca “sonra,başqa,əlavə ’’,”universe’’ isə ingiliscə‘’ dünya,kainat’’deməkdir. “Metaverse”-ni insanların virtual reallıq qulaqlıqları ,reallıq eynəkləri ,smartfon proqramları və ya digər cihazlardan istifadə edərək görüşə ,işləyə oynaya.hətta konsertə gedə biləcəyi sonsuz,bir-biri ilə əlaqəli olan virtual icmalar dünyası kimi düşünə bilərik.


İnkişaf etməkdə olan texnologiyalar üzrə analitik Viktoriya Petrokun fikrincə, Metaverse yalnız bunlarla məhdudlaşmayacaq. Alış-veriş və sosial media kimi onlayn həyatın digər aspektlərini də əhatə edəcək.


“Metaverse”-nin əsas xüsusiyyətləri nələrdir?

• Qalıcıdır.

• Həmişə canlıdır.

• İstənilən ölçüdə kütləni əhatə edə bilir.

• Birlikdə işləmək mümkündür.

• Özəlləşdirməyə icazə verir.

• Dayanıqlı iqtisadiyyata söykənir.

• Virtual və fiziki həyatı birləşdirir.

   

Bütün bu izahlardan sonra deyə bilərik ki,”Metaverse” kiminlə danışdığınızdan asılı olaraq dəyişən ,birdən çox məna daşıyan, yeni sözdür. Onu ümumilikdə “internetin son mərhələsi' adlandıra bilərik. Facebook,Microsoft,Roblox və Epic kimi şirkətlər “Metaverse”-in gələcəyinə ümidlə baxır,hətta bu layihəyə milyardlarla dollar investisiya edirlər.Eyni zamanda bu layihəyə şübhə ilə yanaşanlar,hətta bu layihənin insanlar üçün təhlükəli olduğunu hesab edənlər də var. Belə insanlara misal olaraq,Louis Rosenberqi göstərə bilərik.Rosenberq “Metsverse”-nin “gerçəkliyi”dəyiştirə biləcəyini düşünür.


Nəticə olaraq deyə bilərik ki,hal-hazırda bu layihə bəziləri üçün inandırıcı səslənməsə də,şübhəli gəlsə də internetin gələcəyi kimi baxılır və sadecə bu mövzu ətrafında düşünmək,müxtəlif fikirlər irəli sürmək belə insanı həyəcanlandırır. Gələcəkdə nə baş verəcəyi ilə bağli fikir bildirmək çox çətindir. Nələr baş verəcəyini zamanla görəcəyik.Bizim etməli olduğumuz şey daim özümüzü inkişaf etdirmək və ola biləcək bütün dəyişikliklərə hazırlıqlı olmaqdır.


10 Rəy

Şərh yazmaq üçün daxil olun