employment.az employment.az

Dərc olunma tarixi

19.11.2021 Texnologiya

Baxış sayı

eye 1740

Oxunma müddəti

clock 3 dəq

İT Sektorunda Azərbaycan Qadınları

Əksər dövrlərdə, hətta bu gün də kişilərin qadınlardan üstün olması və “qadınların qadına xas sahəyə uygun yetişdirilməsi və işə götürülməsi”  fikirləri qüvvədə qalır. Bəs "qadınlara uyğun sahə” hansılardır? Həqiqətənmi insanları cinsinə görə səciyyələndirdikdə onların bilik və bacarıq səviyyələrini daha yaxşı başa düşmək mümkündür?

Məncə, heç bir sahədə gender ayrı-seçkiliyi olmamalıdır. Təklif olunan iş fiziki cəhətdən tələbkar ola bilər, lakin "heç bir xanım bu işi göre bilməz","bu iş ancaq kişilərə uyğundur" və.s kimi ifadələri işlətmək qəbuledilməzdir. Bu gün dünyada əksər sahələri geridə qoyan  IT sektoru da bu problemlə üz-üzədir. Ölkəmizdə bu sahə hər keçən il daha çox inkişaf etsə də hələ də qadınlar bu sahədə öz mövqelərini tuta bilmirlər. Bir çox şirkətlər IT’nin hər hansı qoluna aid vakansiya elan etdikdə ən çox kişi namizədləri dəyərləndirirlər. Özümüz də şirkətlərin IT şöbəsindəki işçi heyyətinə baxsaq əksəriyyəti kişilərin təşkil etdiyini göre bilerik. Fikrimcə, bunun əsas səbəbi cəmiyyətin illərdir qadınlara etdiyi ayrıseçkilikdir. Təəssüf ki, bunun təsirindən hələ də çıxa bilməmişik.Xanımlarımız təhsil seçimlərini edərkən ya bu sahəni gözardı edir, ya da texnologiya sahəsini seçsələr belə əllərindəki xəzinənin fərqində olmurlar. Adətən,kompyuter elmləri,informasiya texnologiyaları kimi ixtisasların qadın məzunları iş həyatlarını riyaziyyat müəlliməsi kimi davam etdirirlər. Çünki onlar “Qadına ən uyğun peşə müəlliməlikdir” anlayışı ilə böyüyüblər və ixtisasları da buna əl verdiyi üçün IT’nin hər gün yenilənən ve inkişaf edən geniş imkanlarını görmədən sadəcə müəlliməlik etməyi seçirlər.Halbuki,düzgün istiqamətləndirilə bilsələr, əminəm ki,istər ölkədaxili, istərsə də qlobal layihələrdə azərbaycanlı xanımların da  adlarını eşidə bilərik.


Lakin,bununla belə,texnologiya sahəsində qadınlarımızın təqdirəlayiq uğurları vardır. Nümunə kimi "Oyunların yaradılması və satışı", "Dünyanın onlayn bazarına necə qoşulmaq olar?”, "BİG Data analizlərində qadınlar" mövzuları üzrə ölkəmizdə uğurlu startapların qadın təmsilçiləri Mia Əliyeva, Mirvari Mehdiyeva və Nigar Qasımovanı göstərə bilərik.

 

Son bir neçə ildə qadınların IT’yə cəlb olunması ilə bağlı tədbirlərin,konfransların keçirildiyinə şahid oluruq,hansı ki bu sevindirici haldır. Düşünurəm ki, bunun kütlevi hal alması,azərbaycanın bütün bölgələrindəki təhsil ocaqlarında qızların bu haqda məlumatlandırılması, şirkətlərin bu məsələyə xüsusi önəm verməsi və qadın namizədlərə daha çox şans verməsi gələcək peşəkar İT mütəxəssislərinin məhz Azərbaycandan olmasına səbəb ola bilər. Ümid edirəm ki, növbəti illərdə bu məsələ gündəmə gələndə artıq biz bu maneələri dəf etmiş bir şəkildə ancaq qadınlarımızın nailiyyətlərindən bəhs edərik.

heart save
Yazar
  • İstifadəçi adı:

    Aysel Cabbarova
  • Ad Soyad:

    Aysel Cabbarova
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Aqronomiya Robotları

04.05.2023

Texnologiya

Texnologiyanın durmadan inkişaf etdiyi müasir dövr yenilikləri aqronomiyadan da yan keçməyib. Bu gün sizlərlə aqronomiyada istifadə olunan bir-birindən fərqli və yararlı robotlarla tanış olacağıq.

paper-1-img
Texnoloji İnkişafların İnsan Davranışlarına və Sosial Mediaya Təsiri

28.10.2021

Texnologiya

Texnologiyanın inkişafı ilə insanların texnologiya ilə qarşılıqlı əlaqəsində fərqliliklər yaratdı. Keçmişdə çox evdə kompüter, telefon və planşet, hətta televizor belə yox idi.

paper-1-img
Metaverse: Yeni Virtual Dünya

19.11.2021

Texnologiya

Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.