employment.az employment.az

Dərc olunma tarixi

19.11.2021 Biznes Dünyası

Baxış sayı

eye 1843

Oxunma müddəti

clock 3 dəq

Təchizat Zənciri və Dəyər Çatdırma Şəbəkəsi

Məhsul və ya xidmət istehsal etmək və onu alıcıya çatdırmaq üçün təkcə müştərilərlə deyil, həm də şirkətin təchizat zəncirində aparıcı təchizatçılar və vasitəçilərlə əlaqə yaratmaq tələb olunur. Təchizat zənciri “yuxarı axın” və “aşağı axın” tərəfdaşlarından ibarətdir. “Yuxarı axın” tərəfdaşları şirkəti xammal, komponentlər, ehtiyat hissələri, məlumatlar, maliyyə və məhsul yaratmaq üçün zəruri biliyi təmin edən şirkətlərdən ibarətdir. Buna baxmayaraq, marketoloqlar fəaliyyətlərini ənənəvi olaraq öz təchizat zəncirinin “aşağı axın” istiqamətində cəmləşdiriblər. “Aşağı axın” dedikdə müştərilərə yönəlik marketinq kanalları və ya paylama kanalları başa düşülür. “Yuxarı axın” marketinqi kanalının tərəfdaşları şirkətlə onun müştəriləri arasında önəmli əlaqə yaradır.

                                                                    What is meant by upstream and downstream Supply Chain? - Quora

 

 

Təchizat zənciri termini biznesə “istehsal et və sat” prizmasından yanaşdığı üçün çox məhdud məna ifadə edə bilər. Bu anlayışa əsasən, xammal, istehsal üçün resurslar və fabrikin istehsal potensialı marketinq planlaşdırmasının başlanğıc nöqtəsidir. Bu daha yaxşı şəkildə tələbat zənciri ilə ifadə oluna bilər. Çünki tələbat zənciri “bazarı düşün və cavab ver” prizmasından baxır. Bu baxışa əsasən, planlaşdırma hədəf müştərilərin ehtiyacını müəyyənləşdirməklə başlayır və müştəri dəyəri yaratmaq məqsədilə bu ehtiyaca resurs və fəaliyyətlər təşkil etməklə reaksiya verir.

Hətta biznesdə tələbat zənciri yanaşması da çox məhdud mənaya gələ bilər. Çünki bu yanaşma “satış, istehsal və istehlak” ardıcıllığı ilə gedən xətti fəaliyyəti nəzərdə tutur. Buna baxmayaraq, əksər böyük şirkətlər mürəkkəb, daim genişlənən dəyər çatdırma şəbəkəsini yaradır və onu idarə etməyə çalışır. Dəyər  çatdırma şəbəkəsi (value delivery network) bütün sistemin fəaliyyətini inkişaf etdirmək məqsədilə şirkətlərdən, təchizatçılardan, distribüterlərdən və nəticədə bir-biriləri ilə əməkdaşlıq edən müştərilərdən ibarətdir. Məsələn, “Pepsi” möhtəşəm içkilər istehsal edir. Lakin klassik kola içkiləri kimi bir çox məhsul xəttindən yalnız birini istehsal etmək və satmaq üçün “Pepsi” marketinq və satış mütəxəssislərindən tutmuş maliyyəçilərə və operatorlara qədər şirkət daxilində böyük bir insan resurslarını idarə edir. “Kroger” və “Walmart”dan “Papa John’s Pizza”ya qədər minlərlə təchizatçı, şüşə istehsalçısı və pərakəndə satış şirkətlərinin, habelə reklam agentlikləri və digər marketinq xidməti şirkətlərinin səylərini koordinasiya edir. Müştəri üçün dəyər yaratmaq və “Pepsi”nin “Pepsi: indi üçün yaşa” mövqeyini qurmaq üçün bütün şəbəkə birlikdə işləməlidir.

 

Bu məqalədə dəyər çatdırılma şəbəkəsinin “aşağı səviyyəli axın” tərəfi, yəni marketinq kanallarını nəzərdən keçirdik. 

 

 

heart save
Yazar
  • İstifadəçi adı:

    Tahirə Sadiqbəyli
  • Ad Soyad:

    Tahirə Sadiqbəyli
  • Məqalə sayı:

    2

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.