employment.az employment.az

Dərc olunma tarixi

19.11.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 1698

Oxunma müddəti

clock 3 dəq

Barnum effekti. Bürclərə və Psixoloji Testlərə Niyə İnanırıq?

Ətrafımızda bürclərə inanan yetərincə insan var. Bəzən etdiyimiz hər hərəkət, dediyimiz hər söz bürclərlə əlaqələndirilir. Hətta bir insanı tanıyan zaman ona verilən ilk suallardan biri bürcünün növü olur. Ailə münasibətləri pozulan zaman “bu bürclərin yola getməyəcəyi əvvəldən bəlli idi” deyən də olur. Bəs həqiqətən bürclər bizim xarakterimizi müəyyən edir? Həmçinin qeyd etmək vacibdir ki, tarixdə bir çox məşhur insanlar da bürclərə inanıb. ABŞ-ın prezidentləri olan Teoder Ruzvelti, Con Kennedini buna misal göstərmək olar. Hətta söyləntilər var ki, Albert Eynşteyn də bürclərə inanıb. Bürclərdən əlavə tez-tez psixoloji testlər edirik və nəticələr çox zaman bizə uyğun olur. Belə olan halda psixoloji testlər bizim xarakterimizi aça bilərmi? Gəlin birlikdə araşdıraq.

Məşhur amerikan astrofizik Karl Saqanın da dediyi kimi: “Ulduzlara iki şəkildə baxıla bilər: Ya olduqları şəkildə, ya da olmaları istənilən şəkildə” Elm adamlarının fikrincə, astrologiya heç bir əsası olmayan saxta elmdir. Əgər astrologiyanın heç bir elmi əsası yoxdursa, insanlar niyə ona inanır? Böyük ehtimalla, bürclərinin xüsusiyyətlərinin onlara tam uyğun olduğunu düşünürlər. Ancaq çox sadə bir testlə belə bu çürüdülə bilər. 1990-cı ildə 4 qadın və 19 kişinin iştirak etdiyi testdə iştirakçıların nəticələri 6 professional astroloqa verildi və onlardan bu insanları doğum xəritəri ilə uyğunlaşdırılmaları istəndi. 6 astroloqdan heç birinin təxminləri bir-birinə uyğun gəlmədi.

Əslində astrologiya insanları inandırmaq üçün xüsusi bir metoddan istifadə edirdi. 1948-ci ildə psixoloq Bertram Forer tələbələrinə psixoloji test verdi və bir həftə sonra hər bir tələbəyə nəticəsinə uyğun şəxsiyyət analizi yazılı olan vərəqlər verdi. Forer onlardan nəticəni doğruluğuna görə 0-5 arası dəyərləndirmələrini istədi. Tələbələr bu analizlərin hər biri üçün fərqli olduğunu zənn etsələr də, əslində, bütün analizlər bir-birinin eynisi idi. Dəyərləndirmənin nəticəsi 4,26 oldu. Analizdə yazılanlar isə eynilə astrologiya kitabından götürülmüşdü. Deməli, buradakı analizlər o qədər geniş və qeyri müəyyən idi ki, hər insana uyğun gələ bilirdi. Buradakı əsas nüans xüsusi kimi görünən ümumi xüsusiyyətlər irəli sürməkdir. Sonrakı araşdırmalar göstərdi ki, bəzi faktorlar bu effektin daha uğurlu olmasına gətirib çıxarır:

1) pozitiv nəticələr neqativlərdən artıq olmalı, ancaq inamı itirməmək üçün çox şişirdilməməlidir.

2) Analiz edilən insanların analiz edənlərə güvənməsi. Məsələn bəzi onlayn testlərdə də referans göstərilir, bu insanlara daha güvənli gəlir.

3) Analizlərin sadəcə onlar üçün spesifik olduğunu düşünmələri.

Forer effektini sadəcə bu tip testlərdə sınandığını düşünmək yanlış olar. Bu effektdən iş dünyasında da geniş istifadə olunub və olunur. Amerikalı məşhur şoumen Barnum bu effekti iş dünyasında tətbiq etmişdir, bu səbəblə də Forer effekti onun adı ilə Barnum effekti adlandırılmışdır. O, “hər dəqiqə bir axmaq doğulur” ifadəsiylə məşhurdur. Hal-hazırda marketinqdə bu üsuldan çox geniş istifadə olunur. Məsələn onlayn alışveriş saytlarında olan bildirişlər, mesajlar, bizə göndərdikləri şəxsi elektron məktublar da bir növ bu effektin istifadəsidir. Hər birimiz Amazonda bizim üçün seçilmiş məhsulları görə bilirik. Bunlar həm bizim alışveriş tariximizlə, həm də Barnum effekti ilə əlaqədardır. Netflixin bizim üçün önərdiyi filmlər və seriallar da buna nümunədir.

Boş vaxtlarımızda əylənmək məqsədilə bu tip testləri etməmizdə bir problem yoxdur. Ancaq bu tip testlərə inanaraq onların bizi manipulyasiya etməsinə, qərarlarımıza təsir etməsinə izin verməməliyik. Unutmamalıyıq ki, biz bir neçə sualla anlaşılacaq qədər asan varlıqlar deyilik.

 

heart save
Yazar
  • İstifadəçi adı:

    turanahasanli
  • Ad Soyad:

    Turana Hasanli
  • Məqalə sayı:

    2

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?