Kaizen.az - CV Hazırlanarkən Edilən Səhvlər

CV Hazırlanarkən Edilən Səhvlər



Günümüzün qlobal problemlərindən biri - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Axı vakant yerin sayı birdirsə və müraciət edənlərin sayı yüzlərlədirsə bizim qarşımızda duran ilk məqsəd CV-mizin bəyənilib müsahibəyə çağırılmağımızdır. CV hazırlamaq bir çoxları üçün sıradan iş sayılsa da əslində çox böyük əmək tələb edilən bir prosesdir.Gəlin CV hazırlanarkən diqqət edilməli olacaq bəzi nüanslarla tanış olaq. İlk növbədə təhsil, dil bilikləri kimi məlumatların düzgün olmasına diqqət edin.

Burada qeyd etdiyiniz yanlış hər hansısa bir məlumat işə götürənda sizin haqqınızda mənfi rəyin formalaşmasına gətirib çıxaracaq. Çalışın CV-nizdə orfoqrafik səhvlər etməyin. İşə götürənin bir CV-ə baxma müddətinin orta hesab ilə 6 saniyə olduğunu nəzərə alsaq, CV-mizdə belə səhvlərin yolverilməz olduğunu dərk edə bilərik.O cümlədən, son iş təcrübənizi CV-nizin üst hissəsində qeyd etməyiniz daha məqsədə uyğundur.Yəni son təcrübədən ilk təcrübəyə doğru sıralamaqla.

İşə götürən şəxsin sizinlə bağlı bilmək istədiyi məlumatlara çalışın daha çox yer verin. Məsələn, hansı məktəbi bitirdiyinizdən çox hansı universiteti bitirdiyiniz və hansı ixtisasa yiyələndiyiniz daha vacibdir. Çalışın CV-nizi daha yığcam hazırlayın. Çox uzun CV formaları işəgötürənin sizin haqqınızda gərəkli malumatları almasına maneə olur. CV-nizin dizaynının gözoxşayan olmasını da nəzərdən qaçırmamaq lazımdır. Son olaraq əgər CV-nizi foto ilə tamamlamaq istəyirsinizsə, fotonuzun daha rəsmi formada və arxa fonun gözyormayan şəkildə olmasına diqqət etmək lazımdır.

0 Rəy

Şərh yazmaq üçün daxil olun