-
İstifadəçi adı:
rahimova03 -
Ad Soyad:
Rahimova Turkan -
Məqalə sayı:
24
Dərc olunma tarixi
24.02.2022 TexnologiyaBaxış sayı
Oxunma müddəti
Tələbələrin və yeni məzunların qarşılaşdığı ən böyük problemlərdən biri iş axtarma prosesidir. Gəlin bu proses zamanı nələr edə biləcəyiniz ilə bağlı bəzi nüanslara toxunaq:
Fokuslanın: Sizi ümidsizliyə sürükləyən şeylərdən şikayət edə bilərsiniz, lakin unutmayın ki, həyat davam edir. Buna görə bilik və bacarıqlarınızı, xəyallarınızı geri plana atmayın. Özünüzü motivasiyada saxlayıb, daima məqsədlərinizə fokuslanın.
Neqativ şeylərdən uzaq durun:
Cv göndərirəm, heç birindən geri dönüş almıram yaxud müsahibəyə çağırıldım sonra bir də zəng etmədilər, tanışları işə aldılar və.s kimi fikirlərdən uzaq durun. Bu düşüncələri bir kənara qoyub hədəflərinizə fokuslanın.
Qarşınıza çıxan hər vakansiyaya CV-nizi göndərməyin:
Nə iş olsa edərəm düşüncəsi qarşı tərəfə nə istədiyini bilməyən, tək dərdi iş tapmaq olan bir namizəd olduğunuzu göstərə bilər. Bu əslində 'müraciət edirəm amma geri dönmürlər' şikayətinə bir cavabdır. Bacarıqlarınıza uyğun vakansiyalara CV-nizi göndərməyiniz məsləhətlidir.
Bir neçə karyera platformalarını izləyin:
İş axtarma prosesində sadəcə bir səhifə və ya saytı izləməyin. Vakansiyalardan xəbərdar olmaq üçün iş elanlarının olduğu karyera platformaları ilə yanaşı, daima şirkətlərin sosial media hesablarını da izləyə bilərsiniz. Bu zaman “Employment.az” , “Recruitment.az” kimi saytlardan kömək ala bilərsiniz. Həmçinin bu saytları İnstagram, LinkedIn, Facebook kimi sosial şəbəkələrdən izləyə və elanlardan daha tez xəbət tuta bilərsiniz. Aşağıdakı linklər vasitəsilə bu saytlara keçid edə bilərsiniz:
2. https://recruitment.az/
Daima özünüzü inkişaf etdirin:
İş axtarma prosesində boş vaxtlarınızı fürsətə çevirib, dəyərləndirin. İştisaslaşmaq istədiyiniz yöndə seminarlara qatıla, kurslara yazıla bilərsiniz. Ən azından digərlərindən bir addım öndə olacaqsınız. İzlədiyiniz bir videodan bir cümlə belə sizin həyatınızı dəyişə bilər.
Yardım istəyin:
İş axtarma prosesində peşəkar bir perspektivə həmişə ehtiyac var. Müxtəlif mentorluq proqramlarına müraciət edə və ya öz sahənizdə təcrübəli bir mütəxəssisdən kömək istəyə bilərsiniz.
İstifadəçi adı:
rahimova03Ad Soyad:
Rahimova TurkanMəqalə sayı:
2404.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.