employment.az employment.az

Dərc olunma tarixi

15.04.2022 Biznes Dünyası

Baxış sayı

eye 1168

Oxunma müddəti

clock 3 dəq

Biznes dünyasında necə uğur əldə etmək olar?

Hər bir iş uğur qazanmaq üçün bir az şans tələb edir və çox vaxt uğur doğru zamanda doğru yerdə olmaqdan asılıdır. 

Sahibkarlıq dünyasında biz tez-tez Steve Jobs və ya Mark Zuckerberg kimi uğurlu biznes sahiblərini şansları gətirmiş insanlar kimi görürük. Onlar sadəcə olaraq həmişə doğru yerdə, doğru zamanda, doğru fikirdə olduqları üçün uğur qazanmışlar. Onlar bunu necə edirlər? Onlar həqiqətən bu qədər şanslıdırlarmı? Bu sualın cavabını tapmaq üçün biznes dünyasında uğur qazanmağın bir neçə yolunu araşdırmalıyıq. Bunlar aşağıdakılardır:

1. Çalışın ki, fürsətlərdən düzgün istifadə edəsiniz

Uğur sadəcə olaraq təsadüfən başınıza gələn bir şey deyil. Bəzən şansınız gətirməyə bilər, əgər onu axtarmağa səy göstərsəniz, onu əldə edə bilərsiniz. Sadəcə daha çox şans və fürsəti harada tapacağınızı öyrənmək və bundan yararlanacağınız bir yerdə olmaq lazımdır.

2. Sosiallaşmağa çalışın

Yeni insanlarla münasibət saxlamağa çalışın. Sosial dairənizi genişləndirin və peşəkar şəbəkənizi yaradın. Köhnə dostlarınızı yenilərlə tanış edin. Daha çox şans qazanmağın ən sürətli və ən yaxşı yollarından biri özünüzü orada göstərmək və daha çox insanla tanış olmaqdır, çünki insanlar əlaqələr, əlaqələr isə fürsət gətirir.

Ancaq köhnə dostlarınızı da unutmayın. Güclü əlaqələr qurduğunuz insanlarla -- arxalana biləcəyinizi bildiyiniz insanlarla əlaqə saxlayın. Bu əlaqələri qoruyub saxlamağa çalışın və əmin olun ki, əməkdaşlığınız uzun müddət olacaqdır.

3. İşiniz barəsində pozitivə köklənin

Öz gözləntilərimiz bizim öz biznesmizi haqqında düşüncələrimizə çox təsir edir. Hər şeyin yaxşı olacağını gözlədiyiniz zaman, onların da yaxşı olduğunu görəcəksiniz. Ola bilər ki, gözlədiyinizin tam əksi baş verə bilər. Yəni biznesiniz uğursuzluqla nəticələnə bilər amma pozitiv düşünmək sizin gələcək karyeranızda əhəmiyyətli rol oynayacaqdır.

4. Nəticənizin uğurlu olduğunu təsəvvür edin

Xoşbəxtliyi vizuallaşdırmaq ora çatmağınıza kömək edir. Məsələn, bir işə başlamazdan əvvəl onun nəticəsinin uğurlu olduğunu düşünsəniz bu sizə kömək edəcək. Əgər iş müsahibəsinə və ya böyük bir təqdimata hazırlaşırsınızsa, hazırlaşarkən sakit davranışınızı və düşüncəli cavablarınızı təsəvvür edin.

Əgər qarşınızda bir məqsəd varsa, uğura aparan yolunuzu təsəvvür edin və bir ay və ya bir ildən sonra harada olmaq istədiyinizi anlamağa çalışın. Uğurunuz necə görünür? Sonra isə indi olduğunuz yeri düşünün və bu yolda hansı addımları atmalı olduğunuzu müəyyənləşdirin.

5. Uğursuzluğunuzu təcrübəniz kimi qəbul edin

Heç kim hər zaman şanslı olmur. Uğursuzluq həmişə baş verə bilər. Bu həyatımızın bir hissəsidir. Qəbul edin ki, fəaliyyətinizin uğursuz olduğu anlar olacaq. Ancaq neqativlərin size ruhdan salmasına imkan verməyin və heç vaxt təslim olmayın. Probleminizə müəyyənləşdirmək üçün yeni aspektlərdən baxmağa çalışın. Əsas odur ki, özünüzə yeni fürsətlər yarada biləsiniz. İnsanı uğura aparan yol tamamilə öz nəzarətindədir. Bir gecədə milyardlarla kapital əldə edə bilməsəniz də, önünüzə açılmış fürsətlərdən maksimum yararlanmağa çalışın.

 
heart save

Yusif Əliyev

20.09.2023

Əla məqalədir!!!

Elmin

20.09.2023

Çox faydalı oldu. Təşəkkürlər!

Orxan

20.09.2023

Yeni məlumatlar öyrəndim. Çox sağolun.

Nadir Əbilli

20.09.2023

Çox faydalı məlumatdır 👍

Yusif Məmmədli

20.09.2023

Bu məqalə çox faydalı oldu

Tural,Bəkirzadə

20.09.2023

Maraqlı məqalədir,oxudum və daha ətraflı məlumatlar əldə etdim.Ardının gəlməsi diləyi ilə..

Pərviz

20.09.2023

Məqalədə çox faydalı və dəyərli məlumatlar qeyd edilib.

Qələndər Mustafayev

20.09.2023

Məqalədə gələcək də bizə lazım olacaq çox şeydən söhbət açılır . Təşəkkürlər

Yazar
  • İstifadəçi adı:

    mammadlioruc
  • Ad Soyad:

    Oruc Məmmədli
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.