employment.az employment.az

Dərc olunma tarixi

16.04.2022 Fərdi İnkişaf

Baxış sayı

eye 2084

Oxunma müddəti

clock 3 dəq

Şüuraltının həyatımıza təsiri

    Alimlərin araşdırmalarına əsasən, insan beyni iki formada fəaliyyət göstərir, bunlardan birincisi şüurlu düşüncə, ikincisi isə şüuraltı düşüncə adlanır. Şüurlu düşüncə bizim üzərində fikirləşərək, götür-qoy edərək və müəyyən qaydalar əsasında verdiyimiz qərarlar və atdığımız addımlardır. Məsələn, gündəlik üzərində düşünərək aldığınız qərarları fikirləşin: hava yağışlı olduğu üçün evdən çıxmazdan öncə özümüzlə çətir götürürük və yaxud hava soyuq olanda əynimizi qalın geyinirik. Bütün bunlar şüurlu düşüncənin nəticəsidir, çünki burada etdiklərimiz, əvvəldən üzərində düşündüyümüz, ölçüb biçdiyimiz və özümüzün fərqində olaraq verdiyimiz qərarlardır.

İndi isə şüuraltı düşüncə haqqında danışaq. Şüuraltı düşüncəni şüurlu düşüncədən fərqləndirən əsas özəlliyi, hadisələrin bizim fərqimizdə olmadan baş verməsidir. Gündəlik vərdişlər, uşaqlıq xatirələri, böyüdüyünüz çevrə və sair kimi elementlər şüuraltı düşüncənin formalaşmasında böyük rol oynayır. Şüuraltı düşüncə, biz özümüz də hiss etmədən həyatımzı yönləndirir. Məsələn, sadə və hər birimizin bildiyi bir fəaliyyətdən, nəfəs almaqdan danışaq. Nəfəs almaq, hər səhər oyananda, gün ərzində və özəlliklə də yatarkən bizim üzərində düşündüyümüz və qərar verdiyimiz bir fəaliyyət deyil. Bunu, bizim şüuraltı beynimiz edir. Həyəcanlanda və gərginləşəndə nəfəsimizin sürətlənməsi, sıxıldığımız anlarda nəfəs alıb-verişlərin yavaşlamasına da şüuraltı düşüncəmiz səbəb olur. Başqa bir tərəfdən isə meditasiya edərkən müəyyən bir qayda ilə nəfəsimizi idarə etdiyimizi düşünün, həmin vaxt biz şüurlu şəkildə, müəyyən qaydaya əsasən nəfəs alırıq və buna görə də şüuraltı düşüncə öz yerini şüurlu düşüncəyə verir. Nəticədə, meditasiya zamanı nəfəsimizi idarə etməyimiz bizim özümüzün istəyimiz nəticəsində olur və şüurlu şəkildə düşünülür. Beləliklə, şüuraltı düşüncə bizim nəzarətimiz altında olmasa da, şüurlu düşüncə əksinə, bizim aldığımız qərarlara görə dəyişir.

Bəs sizcə, bizdən asılı olmayan və planlanmamış düşüncələrimiz və hərəkətlərimiz bizə və həyatımıza necə təsir edə bilər? Yəni şüuraltı düşüncənin mənfi və ya müsbət təsirləri hansılardır?

 

Yəqin ki, komfort zona anlayışı hər birimizə tanışdır. Komfort zona dedikdə özümüzü rahat hiss etdiyimiz və rahat olduğumuz ortamlar nəzərdə tutulur. Evdə rahat olduğumuz, dostlarımızla keçirdiyimiz zamanlar komfort zonaya misal ola bilər. Şüuraltı düşüncənin neqativ rollarından biri də bizi hər zaman komfort zonamıza, yəni rahat hiss etdiyimiz yerlərə doğru çəkməsidir. Daha loru dildə desək, yeni bir işə və ya universitetə başladıqda, hətta iş müsahibələrində də özümüzü narahat və tədirgin hiss etməyimizin səbəbi şüuraltı düşüncənin bizdən asılı olmayaraq “bu zona tanış deyil” mesajını verməsidir. Bu kimi mənfi tərəfləri ilə yanaşı, şüuraltı düşüncənin bir çox müsbət cəhətləri də var. Bir sürücün ani reaksiya ilə qəzadan xilas olması, bir rəssamın nümunəyə baxmadan peşəkarcasına rəsm çəkməsi, bir musiqiçinin notları görmədən musiqi alətində ifa etməsi şüuraltı düşüncənin bizim üçün yaratdığı imkanlardandır.

Yekun olaraq, belə bir nəticəyə gəlmək olar ki, həyatda atdığımız addımlar, hadisələrə verdiyimiz ani reaksiyalar həmişə üzərində düşünərək aldığımız qərarların nəticəsi deyil. Sadə dildə desək, bizdən asılı olmayaraq şüuraltı düşüncələrimiz bütün bunlara təsir edir. Şüuraltı düşüncələrimizi mənfi və müsbət cəhətlərini idarə edə bilməsək də, hər zaman pozitiv düşünməklə ona təsir edə bilərik. Məsələn, iş müsahibələrində daha az həyəcanlanmaq, komfort zonadan çıxdıqda tədirgin olmamaq üçün hər zaman pozitiv düşünərək şüuraltı düşüncəyə təsir etmək mümkündür. Məşhur deyimdə də qeyd olunduğu kimi, “Düşüncələrini dəyiş, həyatın dəyişsin”

heart save
Yazar
  • İstifadəçi adı:

    Anar
  • Ad Soyad:

    Anar Rzayev
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?