employment.az employment.az

Dərc olunma tarixi

17.04.2022 Biznes Dünyası

Baxış sayı

eye 1171

Oxunma müddəti

clock 3 dəq

İnsan Resurslarının idarə edilməsi dedikdə nə nəzərdə tutulur?

İnsan Resurslarının idarə edilməsi haqqında məlumat almadan öncə idarəetmə anlayışına diqqət yetirmək lazımdır.

 

İdarəetmə ictimai iqtisadi münasibətlərin aydın və məqsədəuyğun qurulmasıdır, bütöv bir sistemin ayrı-ayrı hissələri, ünsürləri arasındakı uyğunluğu təmin edən yeni prosesdir. İdarəetmə əvvəlcədən nəzərdə tutulan və dərk edilmiş məqsədə nail olmaq, nəticələr əldə etmək üçün hər hansı konkret obyektə məqsədəuyğun təsir etmə vasitəsidir. İdarəetmə bütün obyektiv qanunlar sisteminin tələblərinin habelə müasir cəmiyyətə xas olan ictimai, kollektiv və şəxsi mənafelərin həyata keçirilməsi mexanizmidir.İdarəetmədə ən başlıca məqsəd və vəzifə cəmiyyətin obyektiv imkanlarından istifadə olunmasını təmin etməkdir. İdarəetmə əslində cəmiyyətin potensialından istifadə etmənin mühüm amilidir. İdarəetmə həm də zəhmətkeşlərin əmək fəaliyyətinin təşkil edilməsi və səfərbərliyə alınmasının başlıca formasıdır.Cəmiyyət özü də mürəkkəb bir sistemdir. İqtisadi, sosial, mənəvi inkişafın əlaqələndirilməsi, ayrı-ayrı adamların, kollektivlərin fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyətdə baş verən bir çox sosial-iqtisadi münasibətlərin qaydaya salınması müəyyən problemlərin həlli ilə əlaqədardır. Bütün bunlar və digər məsələlər idarəetmə elmindən istifadə olunmasına, onun öyrənilməsinə olan tələbatı əhəmiyyətli dərəcədə artırır. Ona görə bəzən XX əsr elmi-texniki tərəqqi əsri olsa da, bəzən idarəetmə əsri olduğunu qeyd edirlər. Lakin müasir texnika mürəkkəb texniki sistemlər, qurğular, axın xətləri, müasir ETT-də təşkil olunmasına və idarə edilməyə möhtacdır. İdarəetmə elmi bütün cəmiyyətlər üçün təqribən eyni olan bir çox əlamətlərə malikdir. Çünki idarəetmə prosesi hansı cəmiyyət olursa olsun müəyyən sistemlərin, o cümlədən iqtisadi, sosial, texniki sistemlərin, habelə idarə edən və idarəolunan yarım sistemlərin, idarəedici parametrlərin, müəyyən informasiyaların əldə olunmasını, işlənməsini, idarə edən və idarə olunan sistemlərdə əks əlaqələrin mövcudluğunu və s. nəzərdə tutur. Bununla belə, idarəetmənin sosial məzmunu ayrı-ayrı ictimai- iqtisadi formalarda müxtəlif olmuşdur.Müasir dövrdə idarəetmə sahəsinə olan tələbat faktiki olaraq artmışdır.İnsan Resursları 1800-cü illərin sonunda Sənaye İnqilabı ilə birlikdə torpaqdan mexanikaya keçməsi periodunda və bu qəbildən olan hadisələrin nəticəsində ortaya çıxmışdır. Müəssisələrdə heyətin idarə olunmasına maraq Qərb ölkələrində sənayeləşmə ilə bərabər inkişaf etmişdir. Bu inkişaf Avropa ölkələri ilə müqayisədə ABŞ-da daha əvvəl başlamışdır. Frederick Winslow Taylor birinci Insan Resursları üzrə mütəxəssislərindən biri olaraq qəbul edilir və “Dijital Taylorism” nəzəriyyəsinin əsasını qoyub.” İnsan resursu” sözü növbəti dəfə Peter Drucker tərəfindən 1954-cü ildə nəşr olunmuş “The practice of management” kitabında istifadə edilmişdir. Drucker bu əsərində idarəetmə funksiyalarını; işi idarə etmək, rəhbərləri idarə etmək və işçiləri idarə etmək kimi açıqlamışdır. Bir sözlə, İnsan resursları – təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir.İnsan Resurslarının idarə edilməsi , hal-hazırda standart kadr menecmenti ( heyətin, personalın, kadrların idarə edilməsi) anlayışının yerinə istifadə edilən müasir bir termin olmasına baxmayaraq, bir çox mütəxəssis və tədqiqatçıya görə isə bu termin kadr menecmenti anlayışından əsaslı şəkildə fərqlənir.İnsan Resurslarının idarə olunmasının vəzifəsi şirkətin məqsədini və strategiyasını müəyyənləşdirməkdən başlayır. İnsan bir mənbədir,bir nəticə deyil. Şirkət tərəfindən çatmaq hər cür hədəf doğru müəyyən olunarsa həm doğru insanları seçmək həm də bir məqsəd uğrunda şirkət olaraq hərəkət etmək çox daha əlverişli hala gələcək.

 

 

heart save
Yazar
  • İstifadəçi adı:

    Aygül
  • Ad Soyad:

    Aygül Məmmədli
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
Wi-fi yoxsa Li-fi?

15.11.2021

Biznes Dünyası

İllərdir simsiz internet adı ilə istifadə etdiyimiz Wi-Fi dəyişir və 100 qat daha sürətli internet olan Li-Fi adlı sistemlə əvəz olunur.

paper-1-img
Gələcəkdən Xəbər Var!

11.01.2021

Biznes Dünyası

1997-ci ildə qurulan qlobal bir kiber təhlükəsizlik şirkəti olan Kaspersky, bəşəriyyətin gələcəyə dair ən vacib suallarını daha yaxşı cavablandırmağa çalışmaq üçün "Təhlükəsiz Sabah" (Safer Tomorrow) platformasını işə saldı.

paper-1-img
Spotify Azərbaycana Gəlir

11.03.2021

Biznes Dünyası

Spotify, bir neçə gün ərzində Asiya, Afrika, Karib adaları, Latın Amerikası və Avropa daxilində 80-dən çox yeni bazarda fəaliyyət göstərəcəyini bildirdi.