-
İstifadəçi adı:
Ləman Rəzzaqlı -
Ad Soyad:
Ləman Rəzzaqlı -
Məqalə sayı:
1
Dərc olunma tarixi
17.04.2022 TexnologiyaBaxış sayı
Oxunma müddəti
Blockchain nədir?
Blockchain, biznes şəbəkəsində əməliyyatların qeydə alınması və proseslərin izlənməsini asanlaşdıran, paylaşılan, dəyişməz böyük bir sistemdir. Bloklardan ibarət zəncirvari quruluşa malik olan Blockchain şifrələnmiş əməliyyat izləməni təmin edən paylanmış verilənlər bazası sistemidir. Demək olar ki, hər şey Blockchain şəbəkəsində izlənilə və istifadə edilə bilər ki, bu da riski və proseslə bağlı bütün xərcləri azaldır.
Blockchain necə yarandı?
Blockchain dünyanı tamamilə yenidən formalaşdıracaq bir texnologiya olmasına baxmayaraq, onun nə vaxt və kim tərəfindən təqdim edildiyi hələ də dəqiq bilinmir. 2008-ci ilin oktyabrında Satoshi Nakamoto adlı müəllif kriptoqrafiya həvəskarları üçün nəzərdə tutulmuş metstout.com saytında məqalə dərc etdi. Bu, 9 səhifəlik pdf faylı idi. Məqalənin adı "Bitcoin peer-to-peer elektron pul sistemi" idi. 2008-ci ildə Satoshi Nakamoto adlı naməlum şəxsin dərc etdiyi bu məqalə ilə bütün dünya yeni texnologiya ilə tanış oldu: Blockchain. Bu məqalədə daha sonra rəqəmsal valyuta olaraq gündəmimizə daxil olan Bitcoin yeni elektron ödəniş infrastrukturu olaraq təklif edilmişdir. Rəqəmsal pulun manifestosu sayıla biləcək bu sənəd 2008-ci ildə nəşr olunması, Blockchain tədqiqatlarının daha qədim olduğunu göstərir. 1988-ci ildə “The Economist” jurnalının üz qabığında dolların və kriptovalyutanın təsviri də bu fikri dəstəkləyir.
Blockchain necə işləyir?
Hər bir əməliyyat baş verdikdə bir “blok” kimi qeydə alınır. Blok məlumat sahəsindən ibarət bir strukturdur. Blockchain isə bu bloklar sisteminin bir-birinə birləşməsi ilə formalaşan bir zəncirdir və bu zəncirə “Paylanmış hesablar sistemi” də deyilir. Məlumat blokunda siz istədiyiniz məlumatı qeyd edə bilərsiniz. Hər bir blok özündən əvvəlki və sonrakı bloka bağlıdır. Hər bir yeni blok özündən əvvəlki blokun məlumatlarını təsdiqləyir, yəni hər bir blokda öncəki blokda qeyd olunan məlumatlar da əks olunur. Hər bir blokun belə birləşməsi dəyişdirilməyən bir zəncir olan Blockchain-i formalaşdırır. Hər bir qeyd dünyanın müxtəlif yerlərində müxtəlif kompüterlərdə, istifadəçilərdə mövcud olur. Bu da informasiya təhlükəsizliyini ortaya qoyur. Bəs sistemdə şəxsi məlumatlar necə qorunur? Hər bir istifadəçinin şəxsi imzaları mövcuddur və əməliyyat zamanı istifadəçilər bu imzalardan istifadə edir. Bu da sistemin şəxsi məlumatlarınızı qoruduğunu göstərir.
Blockchain ilə hadisələri internetdə asanlıqla izləmək olar. Məsələn, haradansa desert alacaqsınız. Blockchain əsaslı biznesin barkodunu skan etdikdə siz desertdə istifadə olunan şəkərin hansı fabrikdə istehsal edildiyini, hətta hansı sahədən və hansı tarixdə gələn çuğundurun istifadə edildiyini görə bilərsiniz.
Blockchain-də, həmçinin ifadə azadlığı da var. İstənilən bir sosial media platformasında sizin paylaşdığınız post və ya yazdığınız yazı mərkəz istədiyi zaman silinilə bilir. Təsəvvür edin ki, Blockchain əsaslı sosial media platforması mövcuddur. Burada paylaşılan hər bir şey ömürlük olaraq orada qalacaq. Çünki Blockchain sisteminə daxil edilmiş məlumatlar dəyişdirilə və silinilə bilmir.
Blockchain sahəsində olan inkişaf bank və ödəniş sistemləri, təchizat zəncirinin idarə edilməsi, hökümət işləri, sığorta, media və reklam, seçkilər, pərakəndə satış kimi bir sıra sahələrə təsir edəcək.
Blockchain-in əsas elementləri
Paylanmış hesablar sistemi
Bütün şəbəkə iştirakçıları paylanmış böyük hesabat və onun dəyişdirilə bilməyən əməliyyat qeydlərini əldə edə bilərlər. Bu paylaşılan hesabatda əməliyyatlar yalnız bir dəfə qeydə alınır və ənənəvi biznes şəbəkələrində ümumi olan eyni əməliyyatın təkrarlanmasını aradan qaldırır.
Dəyişdirilə bilinməyən qeydlər
Bir əməliyyat ümumi sistemdə qeydə alındıqdan sonra heç bir iştirakçı tərəfindən dəyişdirilə bilməz. Əgər hər hangi bir əməliyyatda xəta varsa, xətanı aradan qaldırmaq üçün yeni əməliyyat əlavə edilməlidir və hər iki əməliyyat da blok zincirində bloklar şəklində görünəcəkdir.
Ağıllı müqavilələr
Əməliyyatları sürətləndirmək üçün ağıllı müqavilələr adlanan qaydalar toplusu Blockchain-də saxlanılır və onlar avtomatik icra olunur.
Mərkəzi sistemlər və Blockchain-in fərqi.
Mərkəzi sistemin xüsusiyyətləri
Blockchain-in xüsusiyyətləri • Mərkəzləşdirilmiş sistemlər, etdiyiniz hər bir əməliyyatın bağlı olduğu tək və ya bir neçə mərkəzə malik sistemlərdir.
• Qeydlər bir və ya bir neçə mərkəzdə saxlanılır.
• Bu sistemlər bir mərkəzdən idarə olunduğu üçün etibarsız görünür.
• Əməliyyat qrupları yenilənmiş qeyd tutma və üçüncü tərəf doğrulama etməlidir, vasitəçilərə ehtiyac vardır.
• Qeydiyyat sistemləri fırıldaqçılıq və kiberhücumlara qarşı həssas ola bilər.
• Məhdud şəffaflıq məlumatların yoxlanılmasını ləngidə bilər.
• Bu sistemlər yavaşdır.
• Daha çox xərc ortaya çıxarır.
• Blockchain-də işləməyin məntiqi sözün əsl mənasında tək mərkəzli sistemlərin sonudur.
• Qeydlər milyonlarla kompüterdə saxlanılır.
• Bu sistemlər daha etibarlıdır, çünki onlar istifadəçilər tərəfindən idarə olunur.
• Əməliyyatları yerinə yetirən işçilər yoxdur, sistem tərəfindən təsdiqlənir, hər bir qeyddə əvvəlki qeydin xülasəsi var, heç bir vasitəçi yoxdur, yalnız bir müvafiq şəxslə əlaqədə olursunuz.
• Qeydlər dünyanın müxtəlif yerlərində minlərlə müxtəlif kompüterlərdə mövcuddur. Onu dəyişdirmək tək bir sistemə hücum etmək kimi asan deyil.
• Daha çox şəffaflıq var, məlumatların doğrulanması sürətlidir və fəaliyyətlər izlənilə bilər.
• Sistem daha sürətlidir.
• Xərcləri azaldır.
Blockchain-in üstünlükləri
Daha çox güvən
Blockchain yalnız üzvləri üçün şəbəkə üzvü kimi sizin vaxtında və dəqiq məlumat almanıza şərait yaradır. Həmçinin məxfi Blockchain qeydlərinizin yalnız xüsusi olaraq giriş icazəsi verdiyiniz şəbəkə üzvləri ilə paylaşılacağından əmin ola bilərsiniz.
Daha güclü təhlükəsizlik
Şəbəkəyə daxil olunan məlumatlar heç bir şəkildə dəyişdirilə bilmir, çünki bütün təsdiqlənmiş əməliyyatlar daimi olaraq qeydə alınır. Heç kim, hətta sistem administratoru belə heç bir əməliyyatı silə bilməz.
Daha çox şəffaflıq
Blockchain texnologiyaları sayəsində işin istənilən mərhələlərində edilən əməliyyatlara paylanmış sistemdə baxmaq və yoxlamaq olar. Bununla əməliyyatlar daha asan və şəffaf olacaq.
Daha az xərc
Demək olar ki, hər hansı bir şey Blockchain şəbəkəsində izlənilə və onunla əlaqəli əməliyyatlar edilə bilər. Həmçinin əməliyyatları yerinə yetirərkən vasitəçilərə ehtiyac olmaması da Blockchain-in xərcləri azaldan digər bir xüsusiyyətidir.
Bəs niyə bu qədər müsbət xüsusiyyətlərə malik olan sistemə şübhə ilə yanaşan insanlar var?Gəlin ifadə azadlığı hissəsindən danışaq. İfadə azadlığı sərhədlərin olmadığı zaman kabusa çevrilə bilən bir anlayışdır. Düşünün ki, yuxarıda da ifadə etdiyim kimi Blockchain əsaslı bir sosial media platforması var və oradan heç bir şey silinə bilmir. Bu bir terror təbliğatı aparan insanın, uşaq istismarçısının və s. kimi insanların yazıları və ya postları ola bilər.
Son zamanlarda dünya vətəndaşlığı kimi anlayışları eşitməyə başladıq. Bununla əlaqəli Bitnation adlı bir təşkilat mövcuddur. 2014-cü ildə qurulmuş olan bu təşkilat Blockchain texnologiyası ilə dünya vətəndaşlığından danışır. Saytda on minlərlə üzv var və onlar öz qeydiyyat sistemləri ilə nikah şəhadətnaməsi, şirkət qeydiyyatı, torpaq sənədi və ya kredit müqavilələri bağlayırlar. 2017-ci ildə qaçqınlara şəxsiyyət vermək vədi ilə yaratdıqları proqram UNESCO-dan mükafat almışdır.
Bunlardan əlavə, səlahiyyət problemi də ortaya çıxır. Blockchain-dən istifadə etdiyimiz zaman banklar artıq heç bir şeyə sahib olmayacaqlar, çünki Blockchain, təkcə pul göndərmək üçün deyil, bütün əməliyyatlar üçün istifadə olunacaq. Gəlin başqa bir tərəfdən baxaq. Vasitəçi deyəndə təkcə bankları deyil, başqa qurumları da düşünə bilərik. Məsələn, ev alacaqsınız və bu zaman notarius kimi qurumlara getməyə ehtiyac qalmayacaq, pulunuz onsuz da Bitcoin və ya müxtəlif alt coin-lərdən birində olacaq, yəni bir ölkəyə məxsus olmayacaq. Bəs bu zaman dövlətlərin hansı səlahiyyəti olacaq?
İstifadəçi adı:
Ləman RəzzaqlıAd Soyad:
Ləman RəzzaqlıMəqalə sayı:
104.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.