employment.az employment.az

Dərc olunma tarixi

17.04.2022 Fərdi İnkişaf

Baxış sayı

eye 1015

Oxunma müddəti

clock 4 dəq

Həyatınızı yaxşılığa doğru dəyişəcək vərdişlər

 

Bəzi hərəkətləri gündəlik vərdişimiz halına gətirmək bizim  həyatımızı tamamilə dəyişə bilər. Bu hərəkətlər vaistəsilə siz daha geniş düşünmə bacarıqlarıqlarına yiyələnə və işinizin məhsuldarlığını artıraraq hər gün təkmilləşə bilərsiniz. Elə isə gəlinn bu vərdişlərə nəzər salaq:

 

 

Günün ilk saatlarını vacib işlərə sərf edin:

Bu bəndi yerinə yetirmək üçün siz öncə gün ərzində nəyə nail olmaq istədiyinizi aydınlaşdırmalısınız. Görüləcək işlərin siyahısını tərtib edərək, hansı vəzifənin əsas, hansının ikinci dərəcəli olduğuna qərar verə, və ən vacib olanları seçərək günə başlaya bilərsiniz. Bu yolla siz daha planlı olmağı öyrənəcəksiniz və günün digər saatlarında da işlərinizi görmək sizin üçün daha rahat və səmərəli olacaq. Əgər günün ilk yarısını daha yüngül, məsələn poçtunuzu təhlil etməyə və ya sosial şəbəkələrdəki bildirişləri yoxlamağa həsr etsəniz, o zaman yalnız vaxt itirəcək və diqqətinizi vacib işlərdən yayındıracaqsınız.

 

Eyni anda bir neçə işlə məşğul olmayın.

Zənglərə,mesajlara, bildirişlərə tez-tez  baxmağınız sizi gördüyünüz işdən yayındırır və sonradan diqqətinizi tapşırığa cəmləməyinizi çətinləşdirir. Araşdırmalara görə, diqqətinizi qısa müddət ərzində belə olsa başqa işlərə yönəltsəniz, yenidən diqqətinizi toplamaq 23 dəqiqənizi alacaq. Yəni ki, əgər siz daim bir işdən başqasına keçsəniz sizin iş qabiliyyətinizin səviyyəsi və nəticəsi əhəmiyyətli dərəcədə azalacaq və zamanınızı da itirmiş olacaqsınız. Konstentrasiyanızı yaxşılaşdırmaq üçün hər bir tapşırığınıza müəyyən müddət ayırın və o müddət ərzində həll etməyə çalışın. Bunun üçün Pomodoro metodundan da istifadə edə bilərsiniz. Bu metod 25 dəqiqə işləyib və 5 dəqiqəlik fasilə verməyinizdən ibarətdir. Bu müddət ərzində beyin dincəlir və özünüzü daha yaxşı hiss edirsiniz.

 

 

Hər gün öyrənin və oxumağa vaxt ayırın.

Uğurlu insanlara nəzər yetirsək görərik ki, onlar dayanmadan öyrənirlər. Məsələn kurslar keçərək, mühazirələrə qulaq asaraq kitab oxuyaraq hər gün yeni bir məlumat öyrənə bilərsiniz. Hər hansı təhsil metodunu seçdiyinizdən asılı olaraq gündə bir və ya iki saat sizə kifayət edəcəkdir. Eyni zamanda hər gün oxumağa vaxt ayırmaqla düşünmək, alınan məlumatları emal etmək imkanı əldə edirsiz. Oxumaq beyni məlumatı görmək və dinləməkdən daha çox işlədir.Daim oxuyan və təfəkkürünü inkişad etdirəm insanlar hadisələrdən və problemlərdən daha tez nəticə çıxarırlar.

Özünüzə qısa vəya uzunmüddətli məqsədlər qoyaraq hər hansı kitabı tamamlaya, hər hansı bir dili və ya təlimi öyrənərək gələcək həyatınızda uğurlu ola bilərsiniz.

 

Lateral düşünün:

Lateral düşüncə vəziyyətə gözlənilməz bucaqdan baxmağı özündə birləşdirir. Adətən, biz stereotip düşünürük: təhlil edirik, ümumi qəbul edilmiş faktlara və yanaşmalara etibar edirik. Lateral düşüncə qaydaları pozur, müəyyən edilmiş metodlara meydan oxuyur və bir anda bir neçə gözlənilməz nəticə verir. Vərdiş etdiyiniz yanaşmanı dəyişərək yeni metodları sınasanız bəlkə də çoxdandır ki əldə edə bilmədiyiniz uğurunuzu qazanacaqsınız.

 

Digər insanların dünyaya baxışını dəyərləndirin.

Mütəxəssislər təkcə öz nöqteyi-nəzərini dinləməyi deyil, həm də sizdən köklü şəkildə fərqlənən insanları tanımağı məsləhət görürlər. Bu proses sizə yeni məlumatlar öyrənməyə, üfüqünüzü  genişləndirməyə imkan verəcək. Başqa mədəniyyətləri və dilləri tanıyın, adət-ənənələri ilə maraqlanın. Başqalarının fikirlərinə mümkün qədər açıq olmağa çalışın və sizin fikirlərinizlə üst-üstə düşməsə belə hər kəsin fikrini dinləyin. Sizinlə eyni sferadan olan insanlarla əlaqə qurmaqla baxış bucağınızı müsbət mənada dəyişə bilə və yeni məlumatlar əldə edə bilərsiniz.

 

Gündəlik rejiminizə ara verin.

İşinizi sevsəniz belə, bir gün bu iş sizə sıxıcı gələ bilər. Belə olan halda hazırki işinizə olan marağınızı itə və laqeydlik hiss edə bilərsiniz. Bunun qarşısını almaq üçün vaxtaşırı fasilələr verin. Fasilələr vasitəsilə doğru yolda olub-olmadığınızı və irəliləyiş əldə edib-etmədiyinizi anlamaq üçün lazımdır. Yaxşı olar ki, bəzən mühitinizi dəyişəsiniz və vəziyyətə başqa bucaqdan baxmağı öyrənəsiniz. Məsələn, şəhərdən uzaqlaşın təbiətdən həzz ala və ya sadəcə parkda gəzə bilərsiniz. Hərəkət və təmiz hava beyni yenidən işə salmağa, yeni ideyalar tapmağa kömək edir

 

 

heart save
Yazar
  • İstifadəçi adı:

    aynurhuseynzada
  • Ad Soyad:

    Aynur Huseynzada
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?