-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
149
Dərc olunma tarixi
07.12.2022 Fərdi İnkişafBaxış sayı
Oxunma müddəti
Yatarkən gördüyümüz yuxular haqqında bir çox fikirlər səsləndirilir, lakin onların əksəriyyəti adətən elmi məlumatlara əsaslanmır. Bu yazıda sizə yuxularla bağlı 16 elmi faktı təqdim edəcəyik:
1.Yuxularımızın 90 faizini unuduruq. Belə ki, yuxularımızın yarısını oyandıqdan 5 dəqiqə sonra, 90 faizini isə 10 dəqiqədən sonra unuduruq.
2.Görmə əngəlli insanlar da yuxu görürlər. Yaşamı ərzində görmə qabiliyyətini itirənlər yuxularında vizual görüntülər görə bilərlər. Anadangəlmə görmə əngəlli insanlar isə şəkilləri görə bilmirlər; lakin qoxu, səs, toxunma və duyğuları digər insanlarla eyni səviyyədə hiss edə bilərlər.
3.Hamı yuxu görür. Həddindən artıq psixoloji problemləri olan insanlardan başqa hamı yuxu görür. Yəni bəzən elə düşünə bilərsiniz ki, siz yuxu görmürsünüz, əslində isə yuxu görürsünüz sadəcə sonradan bunu unudursunuz.
4.Yuxuda ancaq tanıdığımız üzləri görürük. Ağlımız üz yaratmır. Yuxuda gördüyümüz üzlər həyatımızda qarşılaşdığımız lakin xatırlamadığımız və ya kimə aid olduğunu bilmədiyimiz üzlərdir. Hamımız həyatımızda minlərlə üz gördüyümüz üçün yuxularımızda qeyri-məhdud üz görmək qabiliyyətimiz var.
5.Bütün yuxular rəngli deyil. İnsanların 12 faizi yuxularını ağ-qara, qalanları isə rəngli görür. 1915-1950-ci illər arasında aparılan araşdırmalara görə, yuxuların böyük əksəriyyəti ağ və qara rəngdə görülür. Bununla belə, nəticələr 1960-cı illərdən etibarən dəyişməyə başladı. Bu gün 25 yaşdan aşağı insanların yalnız 4,4 faizi xəyallarını ağ və qara rəngdə görür. Son tədqiqatlar bu dəyişikliyi ağ-qara film və televiziyadan rəngli təsvirlərə keçidimizlə əlaqələndirir.
6.Yuxular simvolikdir. Müəyyən bir obyekt və ya hadisə ilə əlaqəli bir yuxu adətən həmin obyekt və ya hadisə ilə birbaşa əlaqəli deyildir. Yuxular simvolik bir dildə danışır. Yuxularıınızda gördüyünüz hansısa görüntü çox güman ki, o obrazı təmsil etmir.
7.Hisslər. Yuxularda ən çox hiss edilən duyğu narahatlıqdır. Mənfi emosiyalar müsbət emosiyalardan daha çox olur.
8.Hər gecə dörd-yeddi yuxu görürük. Orta hesabla hər gecə bir-iki saat yuxu görürük.
9.Heyvanlar da yuxu görür. Bir çox heyvanlar üzərində aparılan araşdırmalar, heyvanların da insanlar kimi yatarkən yuxu gördüyünü ortaya qoyub. Bir iti yatarkən izləsəniz, onun ayaqlarını və ya pəncələrini hərəkət etdirdiyini, sanki kimisə izlədiyini görə bilərsiniz.
10.REM (dərin yuxu mərhələsi). Sürətli Göz Hərəkəti (REM) yuxunun standart mərhələsidir, bu müddət ərzində gözlər sürətlə hərəkət edir. REM yuxusu yeniyetmələrdə bütün yuxunun 20-25 faizini əhatə edir ki, bu da bir gecənin 90-120 dəqiqəlik yuxusuna bərabərdir. REM yuxusu zamanı bədən yuxuda hərəkət etsə də, realda heç bir hərəkət olmur, buna görə də bədən müvəqqəti “yuxu iflici” vəziyyətinə keçir.
11.Yuxuları real həyatla birləşdirmək. Beynimiz bədənimizin o anda eşitdiyi və ya hiss etdiyi şeyləri yuxularımızla birləşdirə bilər. Məsələn, yuxuda görə bilərik ki, konsertdə musiqi dinləyirik, amma həmin vaxt radioda musiqi səslənir.
12.Kişilər və qadınlar fərqli yuxu görürlər. Belə ki, kişilərin yuxularında gördüyü obrazların 70 faizi kişidir. Qadınlarda bu nisbətlər bərabərdir. Digər tərəfdən, kişilər yuxularında qadınlardan daha aqressiv hiss edirlər.
13.Gələcək yuxuları. Araşdırmalar göstərir ki, insanların yüzdə 18-dən 38-ə qədəri yuxularında “gələcək” olan şəkilləri görür, yüzdə 70-i isə “dejavu” yaşayır. Gələcəyin yuxuda görünə biləcəyinə inananların nisbəti araşdırmaya görə yüzdə 63 ilə yüzdə 98 arasında dəyişir.
14.Əgər xoruldayırsansa, yuxu görə bilməzsən. Elmi cəhətdən sübuta yetirilməsə də, tədqiqatlar xoruldayan insanların daha az, daha qısa və tez-tez unudulan yuxular gördüyü qənaətinə gəlib.
15.Gündəlik yaşam yuxularımıza təsir edir. Yeni araşdırmalar göstərir ki, gündəlik həyatımızda yaşadıqlarımız yuxularımıza təsir edir. Məlumdur ki, psixoloji ehtiyaclardan tutmuş xəyal qırıqlıqlarına və emosional problemlərə qədər bütün bu elementlər yuxulara təsir edir.
16.Ortaq yuxular mövcuddur. Dünyada ümumi yuxular var. Bir yerdən düşmək, məktəbə və ya işə çılpaq getmək, ölmək, məşhurla görüşmək, qovulmaq, nəyəsə gecikmək, uçmaq. insanlar üçün ortaq yuxular hesab edilə bilər. Məsələn, qadınların özlərini hamilə görməsi də ortaq yuxular arasında sayılır.
Nəticə etibarilə, günümüzdə yuxular insanlar tərəfindən geniş şəkildə araşdırılır və yuxuların bəzi sirləri hələ də tam aydın olmamışdır.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14907.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf