Kaizen.az - Dollar niyə bu qədər güclüdür? Özəl gücü...
employment
employment

Dollar niyə bu qədər güclüdür? Özəl gücü...

1900-cü illərin əvvəllərində Avropadan Asiyaya, yaxın Şərqdən Afrikaya və Ərəbistan yarımadasına qədər bir çox yerlərdə qanlar axırdı. Bəzi ölkələr torpaq üçün, bəziləri mədənlər üçün, bəziləri neft üçün, bəziləri də sağ qalmaq üçün vuruşurdu. Və bu dövrdə daha adını yeni-yeni eşitməyə başladığımız bir ölkə meydana gəlirdi. Hansı ki, bəzən haqqında "Columb kəşf etməsəydi daha yaxşı olardımı görəsən?" deyildiyi ölkə. Bəli bu ölkə ABŞ idi.

 

ABŞ-ın dünyada tanınmasına səbəb olan ən böyük hadisələrdən biri də Vudro Vilsonun ABŞ konqresindəki  "Azadlıq" çıxışı idi. Bu çıxışda o bütün dünyaya sanki bir mesaj vermək istəyirdi və deyirdi: " Biz bu dünyanın gələcəkdəki tək hakim dövləti olacağıq. Bu savaşı bitirib yeni dünyanı biz dizayn edəcəyik. Bu müharibəyə girmə səbəbimiz də elə budur əslində".

 

Müharibə dedi, çünki söhbət birinci dünya müharibəsindən gedirdi və çıxış da o ərəfənin sonlarında 1918-ci ildə olmuşdur. ABŞ boşuna müharibə tərəfdarı deyildi. Onun bu müharibədə bir sıra məqsədləri var idi. Əlbəttə ki, bu məqsədlərin arxasında olan ən böyük hədəf pul qazanmaq idi. Ancaq məqsədlərə doğru addım atmadan öncə milli pul vahidi olmalı idi. Bunun üçün dollar dövriyyəyə buraxıldı. Müharibə silah deməkdir. ABŞ bunu hamıdan tez və fərqli cür gördü. Çoxlu müharibənin baş verdiyi həmin dövrdə onun məqsədi də elə bu idi... Öncə pul tapıb çoxlu silah istehsal etmək, onları satmaq və gəlir əldə etmək. Sonra isə o pulları müharibədən çıxmış ölkələrə özünə gəlmələri üçün kredit kimi vermək... Necə də ağıllı bir düşüncədir elə deyilmi?! Və bütün bu münasibətlər də dollarla yerinə yetiriləcəkdi.

 

Dolları dövriyyəyə buraxdıqdan sonra ABŞ silah istehsalına başladı və bu zamandan sonra dünyada bir çox böyük müharibələr başladı. Buna ən gözəl nümunəni ikinci dünya müharibəsi olaraq göstərmək olar. Hər ilk fürsəttə də ABŞ müharibə qığılcımı yaratmağa çalışırdı. ABŞ öncə ölkələrə silah satırdı. Sonra isə müharibə bitdikdə iqtisadi dirçəliş üçün onlara kredit verirdi. Bununla da dolların beynəlxalq dövriyyəsi artırdı. Artıq ABŞ özünü sistemin başında qoymağa hazırlaşırdı.

 

Ancaq ABŞ sadəcə bunlarla kifayətlənmədi. 1944-cü ildə BMT-nin Valyuta və Maliyyə konfransında 44 ölkənin iştirakı ilə yeni beynəlxalq ödəniş sistemi yaradıldı. Sistemdə tək bir valyutanın qızıla çevriləcəyi qorunmuşdur. Bu da təbii ki, dollar idi. Digər milli valyutaların dəyəri isə dollar ilə müəyyən ediləcəkdir və beynəlxalq ticarətlər artıq yavaş-yavaş dollarla aparılacaqdı. Hətta ABŞ bununla kifayətlənmədi. 1946-cı ildə ABŞ Beynəlxalq valyuta fondu və Dünya Bakı mərkəzindən ölkələrə dollar paylamağa başladı. Bəs bu dolları kimlər alacaqdı? Müharibədən çıxan ölkələr çoxdan burda növbə gözləyirdilər... Öz ölkələrini dirçəltmələri üçün bir çox ölkə bura gəlib getdilər.

 

Artıq bundan sonrası məlum. Dollar bütün dünyaya rəsmi şəkildə yayılmış və oturmuş oldu. Beləliklə də dünyanın ən güclü pul vahidlərindən biri dollar oldu və hələ də öz gücünü qorumaqda davam edir...

 

1 Rəy

Şərh yazmaq üçün daxil olun