-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
149
Dərc olunma tarixi
20.09.2023 TexnologiyaBaxış sayı
931Oxunma müddəti
4 dəq- Komandir! Alman tankları yenə hücuma keçdi. Hara getsək lənətə gəlmiş bu metal parçaları qarşımıza çıxır. Bizə dərhal yeni strategiya lazımdır. Almanların nə qədər tank istehsal etdiyini bilməliyik!
+ Tez mənə kəşfiyyatçılarımı gətirin. Almanların bu ay nə qədər tank istehsal etdiyini öyrənmək istəyirəm!
- Əmr sizindir, komandir!
Tam olaraq belə olmasa da, ikinci dünya savaşında buna bənzər bir dialoq yaşandı və kəşfiyyatçılar almanların hər ay nə qədər tank istehsal etdiklərini öyrənmək üçün işə başladılar. Ancaq fərqli bir hadisə daha yaşandı. Almanların hə ay nə qədər tank istehsal etdiklərini öyrənmək üçün statistikaçılar da çağırıldı. Qəribə səslənir, elə deyilmi? Oturduqları yerdə sadəcə qələm və kağızla almanların nə qədər tank istehsal etdiklərini sizcə tapmaq mümkündürmü? Bunun cavabını bir azdan öyrənəcəyik. İlk öncə bir təxmin edək. Sizcə, kim daha doğru sayı tapacaq?
Gəlin göstəricilərə baxaq. O dönəm üçün 3 fərqli ana olan göstəricini sizə təqdim edirəm.
Tarix
|
Kəşfiyyatçıların təxmini
|
Statistikaçıların təxmini
|
İyun 1940 |
1000 |
169 |
İyun 1941 |
1550 |
244 |
Avqust 1942 |
1550 |
327 |
Əgər siz komandir olsaydınız və savaşın taleyinə təsir edəcək bir qərar almalı olsaydınız, hansı rəqəmlərə inanardınız? Düzdür, rəqəmlər arasındakı fərqin olduqca böyük olması bu işi çətinləşdirir. Ancaq nəticədə bir qərar alınmalıdır. Qərarınızı verdinizsə, gəlin bir də real rəqəmlərə baxaq.
Tarix |
Kəşfiyyatçıların təxmini |
Statistikaçıların təxmini |
Real rəqəmlər |
İyun 1940 |
1000 |
169 |
122 |
İyun 1941 |
1550 |
244 |
271 |
Avqust 1942 |
1550 |
327 |
342 |
Qəribədir elə deyilmi? Təsəvvür edin ki, klassik düşünən və ən yaxşı kəşfiyyatçılarını bunun üçün göndərmiş bir komandirin qarşısına əlinə heç tüfəng belə almamış bir neçə statistikaçı çıxır və bu rəqəmləri göstərir. İnandırmaq sizcə də çətin olmazdımı?
Bəs statistikaçılar bu rəqəmləri hardan tapırdılar? Elə məqaləmizin adı da burdan gəlir. Almanlar öz istehsal etdikləri tankın üstünə seriya nömrəsini vurmuşdular və bu da onların bilmədən etdikləri səhv idi. Tanklar müəyyən sıra ilə istehsal olunurdu və sıra ilə də hər birisinin üstündə seriya nömrəsi 0001, 0002, 0015.... kimi yazılırdı.
Statistikaçılar da vurulmuş tankların üzərində olan seriya nömrələrindən istifadə edərək aylıq ortalama neçə tankın istehsal olunduğunu tapırdılar. Axı kim düşünərdi ki, seriya nömrəsindən məhsulun sayını tapmaq olar? Almanlar da bunu düşünə bilmədilər və seriya nömrəsini açıq şəkildə tanka vurdular. Bəs statistikaçılar bunu necə hesablayırdılar? Gəlin sizə izah edim.
Statistikaçılar öncə vurulmuş tankların üzərində olan seriya nömrələrini alırdılar və onları ardıcıl düzürdülər. Məsələn, rəqəmlərimiz 1, 3, 4, 8, 11,15, 21 olsun. Bunlar tankın sıra nömrəsini göstərir. Statistikaçılar da bu rəqəmlərdən istifadə edərək aylıq tank sayını hesablamaq üçün aşağıdakı düsturdan istifadə etilər:
N= m + m/k - 1
Burada m - məlum olan ən böyük rəqəm, yəni ən böyük sıra nömrəsi, k isə məlum olan seriya nömrələrinin sayıdır.
1, 3, 4, 8, 11, 15, 21
Gəlin hesablayaq:
N = 21 + 21 / 3 - 1
Baxın bu qədər sadə imiş.
Bu məqalədən biz iki şeyə diqqət etməli və öyrənməliyik. Birincisi nə qədər kiçik olsa da bütün məlumatları önəmsəmək və bizim üçün vacib olan məlumatları gizli tutmaq. İkincisi isə rəqəmlərin, riyaziyyatın və elmin nə qədər güclü olduğunu unutmamaq. Ən adi seriya nömrəsindən belə istehsalın həcminin müəyyən edilə bildiyi dünyamızda elmlə daha nələr-nələr mümkündür.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14904.05.2023
Texnologiya
28.10.2021
Texnologiya
19.11.2021
Texnologiya
Bildiyiniz kimi, bu yaxınlarda Facebook-un qurucusu və baş direktoru Mark Zukerberq ,Facebook adının şirkətin gələcəyini adekvat şəkildə təsvir etmədiyini və ad dəyişikliyini təsdiqlədi və “Metaverse”haqqında bəzi məlumatlar verdi.İnsanlarda “Metaverse” nədir? ,Hansı xüsusiyyətlələrə malikdir? və s kimi suallar yarandı.Gəlin bu suallara cavab tapmağa çalışaq.