Dərc olunma tarixi
22.05.2024 TexnologiyaBaxış sayı
3515Oxunma müddəti
5 dəqGünümüzdə süni intellekt texnologiyanın ən sürətlə inkişaf edən sahələrindən biridir.Bu yeni texnologiya insan zəkasını və problem həll etmə qabiliyyətini təkrarlaya bilən sistemlərin yaradılması ilə məşğul olur.Normal kompüter proqramı səhvləri düzəltmək və prosesləri təkmilləşdirmək üçün insan müdaxiləsinə ehtiyac duyduğu halda,süni intellekt sistemləri saysız-hesabsız məlumatı götürür,emal edir və bu məlumatları təkmilləşdirmək ehtiyacı olanda əvvəlcədən saxladığı informasiyalardan istifadə edir.
Süni intellektin tarixi
Süni intellekti yeni texnologiya hesab etsəkdə,əslində tarixi çox əvvəllərə qədər gedib çıxır.Qədim dövrlərdə ixtiraçılar insan müdaxiləsindən asılı olmayaraq hərəkət edən “avtomat” adlanan əşyalar düzəldirdilər. "Avtomat" sözü qədim yunan dilindən gəlir və "öz iradəsi ilə hərəkət etmək" deməkdir. Avtomat haqqında irəli sürülən ilk fikirlərdən biri eramızdan əvvəl 400-cü ilə aiddir və filosof Platonun dostu tərəfindən yaradılmış mexaniki göyərçindən bəhs edir.Buna baxmayaraq,alimlərin və mühəndislərin süni intellektə doğru addımları 20-ci əsrdən başlanılmışdır.Bunlara nümunə olaraq Yaponiya istehsalı olan Gakutensoku,Amerika istehsalı olan Unimate və s. misal göstərmək olar.
Əsasən 20-ci əsrdən başlayaraq,inkişaf etməyə başlayan süni intellekt və süni intellekt sistemi üzərində qurulmuş robotlar demək olar ki,bu gün əksər sahələrdə istifadə olunur.Bu sahələrə aşağıdakıları göstərə bilərik:
1.Virtual assistantlar və chatbots
Alexa,Siri,Google Assistant kimi məşhur süni intellekt sistemli çatbotlar avtomatlaşdırılmış şəkildə müştəri suallarını cavablayırlar.
2.Kənd təsərrüfatında süni intellekt
Kənd təsərrüfatı sektorlarında əkin sahələrinin məhsuldarlığını artırmaq üçün avtonom traktorlardan və süni intellektə
əsaslanan dronların monitorinqindən istifadə olunur.Robotlar və avtomatlaşdırılmış maşınlar həmçinin məhsulun
sağlamlığına və məhsul yığımına nəzarət etmək üçün bu sahələrdə istifadə olunur.
3.Avtomobillərdə süni intellekt
Artıq bir sıra böyük dövlətlərdə istifadə olunmağa başlayan özünü idarə edə bilən avtomobillərin yaxın ətrafı və
dünyanı dərk etməsi məhz süni intellekt üzərində qurulub.
4.Səhiyyədə süni intellekt
Səhiyyə sektorunda süni intellekt müxtəlif növ xəstəliklərin diaqnozu, təhlili,proqnozlaşdırılması və xəstənin
sağlamlıq vəziyyətinin monitorinqi kimi prossesləri icra edir.Bundan əlavə olaraq isə,radiologiyada müxtəlif növ kritik
xəstəliklərin aşkarlanmasında mühüm rol oynayır.