-
İstifadəçi adı:
laman.alasgarova -
Ad Soyad:
Ləman -
Məqalə sayı:
1
Dərc olunma tarixi
08.12.2024 FilmlərBaxış sayı
219Oxunma müddəti
5 dəq
Ssenarisini qardaşı Jonathan Nolan ilə yazan və rejissorluğunu edən Christopher Nolan filmi 2014-cü ildə kinoteatrlarda nümayiş olundu. Film insanlığın yaşamaq üçün yeni planetlər axtarışına çıxdığı bir dövrdə, bir qrup astronavtın qara dəlik vasitəsilə səyahətindən bəhs edir. Baş rollarda Matthew McConaughey, Anne Hathaway, Jessica Chastain və Michael Caine yer alır. Filmin musiqisini məşhur bəstəkar Hans Zimmer bəstələyib. Bəs bu filmi illərdir hansı maraqlı faktlar unudulmaz edir?
Gördüyünüz 500 hektarlıq qarğıdalı tarlası əslində film üçün yetişdirilmiş olsa da, Nolan film bitdikdən sonra, həmin sahədən 162.000 dollara yaxın gəlir əldə etdi. O, Kuperin fermasını təsvir etmək üçün CGİ formatından istifadə etmək istəmirdi. Elə məhz buna görə də, Kanadanın Kalqari şəhərindən kənarda 100.000 dollarlıq qarğıdalı sahəsi əkdi.
2. Hans Zimmer film haqqında məlumatı olmadan, partitura yaratdı.
Nolan Hans Zimmer ilə film haqqında heç bir detalı paylaşmır, o yalnız ata və övladı arasındakı münasibətə diqqət yetirərək hekayənin mövzuları haqqında bir səhifəlik mətn verir. Zimmer filmin elmi-fantastik olduğunu bilmədən emosional atmosferli möhtəşəm bir soundtrack yaradır.
3. Filmdəki su planetində tik tak səsi sadəcə səsdən ibarət deyil.
Su planeti səhnəsindəki musiqidə hər 1.25 saniyədə tik tak səsi eşidilir. Bu səsin dünyadakı hər bir günə bərabər olduğu gerçəkdir. Elə məhz su planetində dünyadakı bir günün 7 ilə bərabər olması ilə bağlıdır.
4. Qara dəliyin vizuallaşdırılması üçün 40 min sətirlik kod
Qara dəliyin vizual təsvirini yaratmaq üçün işıq və cazibə qüvvəsinin qarşılıqlı təsirini modelləşdirən 40 min sətirlik proqram kodu yazılması lazım idi. Kip Tornun rəhbərlik etdiyi komanda ilə render texnologiyasından istifadə edilib. Hətta filmdəki “Qarqantua” qara dəliyin təsviri real həyatdakı NASA-nın bir neçə il sonra təqdim etdiyi qara dəlik şəkli ilə bənzərliyi də diqqətdən yayınmamışdı.
5. CASE və TARS robotları əsl insan tərəfindən canlandırılırdı.
Əslində filmdə gördüyünüz robotlar maşın deyil, böyük kuklalardır. Robotun arxasında personajı səsləndirən və hərəkətlərini idarə edən Bill Irwin və Josh Stewart idi. Rejisorun məqsədi aktyorları robotlarla yox da, əsl insanla təbii qarşılıqlı əlaqəsini yaratmaq idi.
İstifadəçi adı:
laman.alasgarovaAd Soyad:
LəmanMəqalə sayı:
107.03.2021
Filmlər
01.04.2021
Filmlər
02.08.2021
Filmlər