employment.az employment.az

Dərc olunma tarixi

31.08.2025 Filmlər

Baxış sayı

eye 146

Oxunma müddəti

clock 2 dəq

Mr.Robot: Gerçəklik və İllüziya

Bəzi televiziya serialları vardır ki, insanın yaddaşında xüsusi iz qoyur. Bunlardan biri də Sam Esmail tərəfindən yazılmış və psixoloji-dram televiziya serialı olan Mr.Robot-dur. O, sadəcə hakerlik və kompüter dünyası haqqında deyil, eyni zamanda insan psixologiyası, azadlıq anlayışı ilə bağlı problemlərə toxunur.

Serialın əsas qəhrəmanı Eliot Andersondur. O, gündüzləri  kibertəhlükəsizlik mühəndisi, gecələri isə kiber hücumlar edən bir gəncdir. O kənardan normal biri kimi görünsə də, əslində dünyanı fərqli gözlə görür. Onun üçün insanlarla ünsiyyət qurmaq, adi bir marketdən nəsə almaq çox böyük sınaqdır. Sosial həyatda digərləri üçün normal görünən münasibətlər Elliot üçün çətindir.

Bu serialın maraqlı tərəfi odur ki, Elliot izləyiciyə birbaşa müraciət edir. Sanki izləyici onun beyninin içərisindədir və düşüncələrinə şahid olur. Elliot sistemin ədalətsizliyindən danışır, bankların insanları borc əsarətinə salması, sosial şəbəkələrin insanları idarə etməsi, korporasiyaların hər kəsin həyatına müdaxilə etməsinə qarşı mübarizə aparırdı. Bu mühakimələr Elliotun öz beynindəki qarışıqlığın əksi idi. Bəzən özünə belə inanmır, həqiqətlə xəyalları fərqləndirə bilmirdi. Bu da, tamaşaçıya göstərir ki, əslində, hər birimizin içində bir "Elliot" ola bilər. Biz bəzən texnologiyanın həyatımıza təsiri ilə mübarizə aparırıq. Elliotun hekayəsi də, müasir insanın daxili aləmini əks etdirən portretdir.

Elliotun da daxil olduğu “fsociety” qrupu dünyanın ən nəhng korporasiyalarından olan E Corp-a qarşı mübarizə aparır. Bu şirkət də həm maliyyə sahəsini, həm də insanların gündəlik həyatını idarə edir. F-society-nin də məqsədi bu sistemi dağıdıb, dünyaya ədalət gətirməkdir. Onlar elə düşünürlər ki, borc sistemini məhv etsələr, insanları iqtisadi əsarətdən azad edə biləcəklər. Bu, ilk baxışdan məntiqli görünə bilər: amma bu sistem dağılsa, sonra nə olacaq? İnsanlar azad yaşayacaqmı, ya xaos hökm sürəcək? Elliot özü də bu suallara cavab axtarır və onun öz addımları, bəzən öz ideallarına zidd görünür. Bu məqamda da, Elliotun  daxili mübarizəsi başlayır. Sistemlə mübarizə və daxili şübhələr serialın məğzini daha da dərinləşdirir.

Mr.Robot-u maraqlı edən digər bir məsələ reallıqla xəyalların qarışmasıdır. Elliot hallüsinasiyalar yaşayır. Tamaşaçı hadisələrin həqiqət, yoxsa Elliotun təsəvvürü olduğunu ayırd etməyə çalışır. Elliotun yaşadıqları izləyiciyə hər şeyin göründüyündən fərqli ola biləcəyini göstərir.

Nəticə olaraq, Mr.Robot sadəcə texnologiya barədə deyil. İnsanı azadlıq, sistem, insanın daxili mübarizəsi və cəmiyyətin problemləri haqqında düşünməyə vadar edir. Bu serialı izləyən hər kəs təkcə hadisələrin inkişafını deyil, öz həyatını, qərarlarını və azadlıq anlayışını düşünməyə başlayır.

heart save
Yazar
  • İstifadəçi adı:

    Həlilə Sadıqova
  • Ad Soyad:

    Həlilə Sadıqova
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
İzləyə Biləcəyiniz 5 Film

07.03.2021

Filmlər

Həftə sonları izləyə biləcəyiniz 5 film listəsini sizinlə paylaşırıq

paper-1-img
Motivasiya Edici 5 Film

01.04.2021

Filmlər

Hər birimizə məlum olduğu kimi, uğura doğru addımlayarkən motivasiya ən başlıca tələblərdən biridir. Bu gün sizlərlə motivasiyanızı yüksəldəcək 5 filmdən bəhs edəcəyik.

paper-1-img
Dahilərin Həyat Hekayələrindən Bəhs Edən 10 Film

02.08.2021

Filmlər

Dahilərin həyatını və uğur hekayələrini izah edən filmlər həmişə ilhamverici olub. Bu gün sizlərlə dahilərin həyat hekayələrindən bəhs edən 10 filmi bölüşmək istəyirəm.