-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
149
Dərc olunma tarixi
07.03.2021 Fərdi İnkişafBaxış sayı
Oxunma müddəti
Bir markanın loqosu onun ən vacib dizayn elementidir, çünki şirkətin və dəyərlərinin əyani təmsilidir. Cüzi bir element kimi görünsə də, ancaq loqotiplərin rəngi insanların onu necə qəbul etməsinə ciddi təsir göstərir. Bu absurd səslənə bilər, amma bir iş sahibi və ya marketinq mütəxəssisisinizsə, loqotipinizi hazırlayarkən hədəf auditoriyanızın dəyərlərini və şəxsiyyətlərini nəzərə almaq mütləq lazımdır. Gəlin, rənglərin mənaları ilə tanış olaq:
:red_circle:Qırmızı- Qırmızı bir logo markanızın güclü və yüksək enerjili olduğunu göstərir. Şirkətiniz bir restorandırsa, qırmızı ağıllı bir seçimdir. Qida alışını təşviq etməyə çalışan bir iş üçün qırmızı rəngin iştahı artırdığı sübut edilmişdir.
:sun_with_face:Narıncı- Bu rəng əyləncə və həvəslə əlaqələndirilir və rəngin beyin fəaliyyətini aktivləşdirdiyi deyilir. Eyni zamanda narıncı loqotipi şirkətinizin mehriban və şən olduğu mesajını göndərir.
:full_moon:Sarı- Xoşbəxtlik və pozitivliklə əlaqələndirilir ki, bildiyimiz klassik “gülən üz”(:blush:) də elə bu mənanı kəsb edir. Mənfi cəhətdən isə sarı bəzən yol nişanları və işıqforlarda olduğu kimi ehtiyatla əlaqələndirilir. Sarı bir logo şirkətinizin pozitivlik və səmimiyyəti aşıladığını göstərir.
:recycle:Yaşıl- Yaşıl böyüməni,inkişafı təmsil edir və bununla yanaşı rahatlama və sağalma hissi də yaradır. Bu rəng sağlam bitki örtüyünün rəngidir, buna görə izləyicilərə təbiəti və sağlamlığı xatırladır. Həmçinin pul və sərvətlə də əlaqələndirilir. Hər şeydən əvvəl, yaşıl bir logo şirkətinizin ekoloji cəhətdən təmiz olduğu mesajını verir. Bu da, orqanik markalarla yanaşı etik praktikaya can atan şirkətlər arasında niyə bu qədər populyar olduğunu izah edir. Həmçinin bu rəng maliyyə şirkətləri üçün yaxşı bir seçim ola bilər, çünki müştərilərə pulu xatırladır.
:large_blue_circle:Mavi- Mavi, həm sakitlik, həm də təhlükəsizlik hisslərini oyadan səma və okeanla əlaqələndirilir. İnsanların mavi otaqlarda işləyərkən daha effektiv çalışdıqları da sübut edilmişdir. Mavi qırmızı və sarı qədər diqqəti cəlb etməsə də, həm kişilərin, həm də qadınların ən sevimli rəngidir. Deyilənə görə, şirkətiniz bir restoran və ya qida satan başqa bir biznesdirsə, bu rəng ideal olmaya bilər.
:crystal_ball:Bənövşəyi- Zadəganların və padşahların klassik rəngi olaraq bilinən bənövşəyi rəng zənginlik və lüks ilə əlaqələndirilir. Həm də bu rəng xəyalın, fantaziyanın əlamətidir. Gözəllik markalarında da bənövşəyi çalarlardan tez-tez istifadə edilir.
:black_circle:Qara- Qara rəng sadə görünsə də, zəriflik və cazibə duyğusuna görə lüks məhsullar üçün tez-tez istifadə olunur. Qara rəng istehlakçılarda markanızın əsrarəngiz və zərif olduğu hissini yaradır. Şirkətiniz güclü ehtibar və ya zəriflik hissi ilə tanınmaq istəyirsə, loqotip üçün ideal bir rəngdir.
:pushpin:Bəs siz logo üçün hansı rəngdən istifadə edərsiz?
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14907.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf