Bu gün sizlər üçün "Oxumağın yeri məktəbdir" düşüncəsi ilə ən yaxşı təhsil sistemi adını qazanmış Finlandiyada təhsil sistemini araşdırdıq. Bəs təhsil göstəriciləri ilə fərqlənən Finlandiyada təhsilin üstünlükləri nələrdir?
Burada ilk illərdən ehtibarən məqsəd öyrənənlərə nəyi və niyə öyrəndiklərini dərk etməyə yardımçı olmaqdır. Onu qeyd edək ki, burada uşaqlar 7 yaşından tez məktəbə başlaya bilməz. Şagirdlər özlərini sanki evdəymiş kimi hiss etmələri üçün siniflər ev tərzində dekorasiya olunur. Ən qısa dərs saatlarının onlarda olmasına baxmayaraq ən effektiv təhsil də Finlandiyadadır.
Finlilərə görə öyrənmənin yeri məktəb olduğu üçün ev tapşırığı minimaldır. Orada “övladımı yaxşı məktəbə qoyum, yaxşı təhsil alsın” deyə bir anlayış yoxdur. Çünki bütün məktəblərdə təhsil bərabər şəkildədir. Beləliklə valideynlər sadəcə yaşayış yerlərinə yaxın olan məktəbləri seçirlər. 8-ci sinifə qədər bütün şagirdlərə eyni proqram tətbiq olunur, 8-ci sinifdən etibarən onlar öz maraq dairələrinə uyğun tədris proqramını seçirlər.
Son olaraq onu da qeyd edək ki, məktəblərdə imtahan olmadığı üçün şagirdlər imtahan ballarına görə sıralanmır. Nəticə hər bir tələbənin güclü tərəflərinə fokuslanması və problemlərə çıxış yolu tapmasına görə fərdiləşdirilir.
Şərh yazmaq üçün daxil olun