employment.az employment.az

Dərc olunma tarixi

07.03.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 1572

Oxunma müddəti

clock 2 dəq

Dondurulmuş İnsanlar

Çoxumuz üçün qeyri-mümkün görünsə də, bu gün bilmədikləri bir gələcəyə oyanmaq üçün gözləyən 250-dən çox insan var. 1960-cı illərdə bir qrup alim insanın dondurulması layihəsi üzərində işlərə başladılar. Planlarına görə gələcəkdə inkişaf etməkdə olan texnologiya ilə dondurulmuş insanların xəstəliklərini müalicə etmək və həyata qaytarmaq mümkün olacaqdı. Dondurulmuş insanları həyata qaytarmaq hələ mümkün olmasa da, insan dondurma metoduna tələb gündən-günə artır. Texnoloji inkişaflara ümid bəsləyən 1500-dən çox insan öldükdən sonra dondurulmaq üçün müqavilələr imzalayıb.


İnsanları donaraq qorumaq fikri ilk dəfə 12 yanvar 1967-ci ildə James Bedford'un aşağı temperaturlara davamlı bir krio borusunda saxlandığı zaman tətbiq olundu. Belə ki, Kaliforniya Universitetinin psixologiya professoru James Bedford, sağalmaz bir böyrək xərçənginə yoluxdu. Müalicəsinin mümkün olmadığını görən 73 yaşlı Bedford isə dondurulmağa könüllü oldu. Bedford rəsmi olaraq ölü sayılır, lakin tibbi baxımdan tamamilə ölmədiyi bilinir.

Bəs bu proses necə olur? Ölümdən sonra bu qurumlara gətirilən insanların qanları damarlarından boşaldılır. İnsanlar daha sonra orqanları qoruyan kimyəvi qarışıqla doldurulur. Bu əməliyyatdan sonra cəsədlər quru buzla dolu xüsusi izolyasiya edilmiş bir boruya qoyulur. Bəs dondurma prosesinin mailiyyəti nə qədərdir?

Hesablamalara görə, ABŞ-da bütün bədən 200 min dollara, yalnız baş 80 min dollara dondurula bilər. Sadəcə başlarını donduran insanlar, gələcəkdə bir bədənə sahib olmasalar da, beyinlərindəki məlumatların bir robota köçürülə biləcəyinə inanırlar. Və son olaraq, 2015-ci ildə Robert McIntyre ilk dəfə dondurulmuş dovşan beynini dondurduqdan sonra onu canlandırmağa müvəffəq oldu. Bu yeni inkişaf dondurulmuş insanların həyata qayıtması üçün bir ümid kimi qəbul edildi.

:pushpin:Bu haqda nə düşünürsünüz?

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?