Kaizen.az - Virusa Qarşı Dronlar

Virusa Qarşı Dronlar


Çinin Wuhan şəhərindən dünyaya yayılan Covid-19 virusu bütün bəşəriyyəti uzun müddətdir görülməmiş bir mübarizəyə düçar etdi. Virusun hansı səthdə nə qədər yaşaya biləcəyi barədə dəqiq bir məlumat olmasa da, bir neçə saatdan bir neçə günə qədər yaşaya biləcəyi barədə güclü nəzəriyyələr mövcuddur. Bu da normal olaraq ictimai yerlərdə virusun yayılma riskini artırır.

Epidemiyanın qarşısını almaq və bu mübarizəni asanlaşdırmaq üçün Çinin səlahiyyətli insanları DJİ firması ilə virusa qarşı dronlarla bağlı müqavilə imzaladılar. Bu dronlar artıq istər Çin, istərdə də digər ölkələrdə istifadə olunmağa başlayıb. Epidemiyaya qarşı mübarizədə pilotsuz təyyarələrin əsas vəzifəsi şəhərlərə nəzarət etmək və lazımı elanları verməkdir. İstər geniş ərazilərdə, istərsə də coğrafi baxımdan girişi çətin olan ərazilərdə hərəkət edə bilən pilotsuz təyyarələr, virusdan çox təsirlənən şəhərləri yoxlamaq və orada sağlam yaşayışa kömək etmək üçün istifadə olunur.

Çində pilotsuz təyyarələr vasitəsilə hətta xəstələrə bəzi məhsullar da göndərilir. Evdə qalan insanlara 6 kiloqrama qədər yük daşıya bilən pilotsuz təyyarələr vasitəsilə ilə qida məhsulları və xüsusilə kritik tibbi vəsaitlərin təmənnasız şəkildə paylanması həyata keçirilir. Virusun yayılmasını məhdudlaşdırmaq üçün alınan tədbirlərdən biri də hərarətin ölçülməsidir. Tibb işçilərinin yoluxma riskini aradan qaldırmaq üçün bəzi qruplar bədən hərarətini ölçmək üçün infraqırmızı kameralarla təchiz edilmiş pilotsuz təyyarələrdən istifadə edirlər.

Ümid edirik ki, koronavirus epidemiyası daha çox itkiyə səbəb olmadan ən qısa müddətdə sona çatacaqdır

0 Rəy

Şərh yazmaq üçün daxil olun