Kaizen.az - "Bəziləri Çox Şanslıdır"
employment
employment

"Bəziləri Çox Şanslıdır"

30-11--0001

Dərc olunma tarixi
1 dəq Oxunma müddəti

1175

Baxış sayı

“Bəziləri çox böyük fürsətlərlə dünyaya gəlir. Ətrafındakı insanların sahib olmadıqlarına sahib olduqları üçün” – düşüncəsini insanlardan tez-tez eşidirik. Xeyr! Bu düşüncə bizə zərərdən başqa bir şey verməz. Unutmayın sahib olduğumuz şeylər əlbəttə ki vacibdir, lakin onlardan istifadə edə bilmək daha vacibdir. Həyata nə qədər sıfırdan başlasaq da, sahib olduğumuz bir çox dəyərlər var. Digərlərinə nisbətən az və ya çox fərqi yoxdur , çünki vacib olan digərləri ilə müqayisə etmək deyil. Önəmli olan dünənki "mən" ilə bugünkü "mən" arasında müqayisə aparmaqdır.


Həyat, insanlarla yarışdığınız 100 metrlik qaçış marafonu deyil. Həyat, özünüz ilə yarışdığınız ömür boyu davam edəcək marafondur. Həyatımızda müntəzəm və davamlı olaraq irəlilədiyimiz müddətcə, harada başlamağımızdan asılı olmayaraq özümüzü daha yaxşı bir nöqtəyə aparacağıq. Başqalarının hansı fürsətlərə sahib olduğunu düşünməyi kənara qoyub, özümüzdə hansı imkanların olduğunu düşünməyə başlayaq.

Kimlərsə 25 yaşında CEO olur və cəmi 50 yaşına qədər yaşadığı halda, digərləri 50 yaşında CEO olur və 90 yaşına kimi yaşayır. Xatırladım ki, Obama 55 yaşında təqaüdə çıxdığı halda,Trump 70 yaşında başlayır). Başqalarının hansi imkanlara sahip olduğu düşüncəsini artıq rəfə qaldıraq. Hə, nə deyirsiz?

0 Rəy

Şərh yazmaq üçün daxil olun