Kaizen.az - Eisenhower Matrix
employment
employment

Eisenhower Matrix

30-11--0001

Dərc olunma tarixi
1 dəq Oxunma müddəti

893

Baxış sayı

EISENHOWER MATRIX


Amerika Birləşmiş Ştatlarının 1953-1961-ci illərdə 34-cü prezidenti olan Eisenhower daha effektiv çalışmaq üçün istifadə etdiyi “Eisenhower Matrix (Eisenhower box)” strategiyası qısa müddət ərzində bir çox şəxs tərəfindən istifadə edilməyə başlanıldı. Belə ki, Eisenhower işlərinin çoxluğundan dolayı fərqli vaxt idarəedici vasitələrini sınaqdan keçirməyə başladı və sonda öz strategiyasını qurdu.

Bu strategiya əslində istifadə edə biləcəyiniz sadə bir qərar vermə vasitəsidir. Gəlin Eisenhowerin strategiyasının necə işləməsini müzakirə edək. Aşağıdakı qərar matrisindən istifadə edərək işlərinizi dörd qrupa əsasən ayıracaqsınız.

1.
Təcili və vacibdir (dərhal görəcəyiniz işlər).
2.
Əhəmiyyətli, lakin təcili deyil (daha sonra görməyi planlaşdırırsınız).
3.
Təcili, lakin vacib deyil (başqasına həvalə edə biləcəyiniz vəzifələr).
4.
Nə təcili, nə də vacibdir (aradan qaldıracağınız vəzifələr)

kimi qruplaşdıraraq işlərinizi daha sistemli görə biləcəksiniz.
Bu strategiyanın ən müsbət cəhəti ondan ibarətdir ki, effektiv nəticələr əldə etmək üçün “Bu həftə vaxtımı necə sərf etməliyəm?” və yaxud “Bu gün nə etməliyəm?” kimi suallarınıza rahatlıqla cavab tapa bilərsiniz. Siz görüləcək işləriniz çox olanda yaxud hansı işinizə üstünlük verməkdə çətinlik çəkən zaman bu strategiyadan istifadə edib, işlərinizi asanlaşdıra bilərsiniz:blush:.

:pushpin: Bəs siz işlərinizi görərkən hansı metoddan istifadə edirsiniz?

0 Rəy

Şərh yazmaq üçün daxil olun