employment.az employment.az

Dərc olunma tarixi

07.03.2021 Filmlər

Baxış sayı

eye 1449

Oxunma müddəti

clock 2 dəq

İzləyə Biləcəyiniz 5 Film

 
 
Həftə sonları izləyə biləcəyiniz 5 film:

1.
Little Women-Film Vətəndaş müharibəsindən sonra Amerikada yaşamağa çalışan tamamilə fərqli obrazlara sahib dörd bacıdan bəhs edir. Ataları Vətəndaş müharibəsində iştirak edən dörd gənc qız, anaları ilə birlikdə yaşam uğrunda mübarizəyə başlayır. Birlikdə hər cür çətinliklə qarşılaşan bacılar bu müddətdə sevginin əsl xoşbəxtlik olduğunu dərk edirlər.

2. Forrest Gump-Forrest Gump filmi aşağı zəka səviyyəsinə görə dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Gumpın həyatından bəhs edir. Zəka səviyyəsi aşağı olsa da, fiziki cəhətdən son dərəcə güclü olan Forrest Gump bizi zamanlar inkişaf edən hadisələrin gedişində təsəvvür edə bilməyəcəyimiz bir dünyaya aparır. 

3. Capernaum-Film Beyrutda yoxsulların məskunlaşdığı ərazidə yaşayan və valideynləri tərəfindən baxımsız qalmış 12 yaşlarında Zain barəsindədir. O, evdən qaçdıqdan sonra bir müddət qeyri-leqal şəkildə orada yaşayan efiopiyalı miqrant Rahil ilə birlikdə yaşayır. Rahil qəfildən saxlanıldıqdan sonra Zain onun azyaşlı oğluna da baxmalı olur. Hələ kiçik yaşlarından həyatın çətinlikləri ilə üzləşən Zain üçün həyat heç də asan olmur.

4. Hachiko-Professor Parker Wilson, qatar stansiyasında tapdığı məşhur akita cins iti evinə aparmaqla başlayır. Tezliklə bütün ailəyə özünü sevdirməyi bacaran Hachi, Wilson ailəsinin sevimli üzvünə çevrilir. Professorun ölümündən ehtibarən 9 il öz sahibini gözləyən Hachi, sonunda stansiyada həyata gözlərini yumur. Film gerçək həyat hekayəsindən götürülmüşdür.

5.The Theory of Everything-Film Stephen Hawkingin həyat hekayəsindən bəhs edir. Həyat yoldaşı Jane Wilde ilə tanış olduqdan sonra onların xoşbəxt münasibətləri Hawkingin 21 yaşındaykən tutduğu xəstəliklə başqa bir ölçüyə gəlir.
heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
İzləyə Biləcəyiniz 5 Film

07.03.2021

Filmlər

Həftə sonları izləyə biləcəyiniz 5 film listəsini sizinlə paylaşırıq

paper-1-img
Motivasiya Edici 5 Film

01.04.2021

Filmlər

Hər birimizə məlum olduğu kimi, uğura doğru addımlayarkən motivasiya ən başlıca tələblərdən biridir. Bu gün sizlərlə motivasiyanızı yüksəldəcək 5 filmdən bəhs edəcəyik.

paper-1-img
Dahilərin Həyat Hekayələrindən Bəhs Edən 10 Film

02.08.2021

Filmlər

Dahilərin həyatını və uğur hekayələrini izah edən filmlər həmişə ilhamverici olub. Bu gün sizlərlə dahilərin həyat hekayələrindən bəhs edən 10 filmi bölüşmək istəyirəm.