-
İstifadəçi adı:
amilars -
Ad Soyad:
Amil Rustamli -
Məqalə sayı:
1
Dərc olunma tarixi
07.03.2021 Fərdi İnkişafBaxış sayı
1406Oxunma müddəti
5 dəq1. Stress və təzyiqin gündəlik həyatın bir parçası olduğunu qəbul edin.
”Stressə qarşı ən böyük silah, bir düşüncəni digəri ilə əvəz etmək bacarığımızdır.” - William James
Stressi həyatımızdan tamamilə çıxarmaq çox da mümkün görünmür. Ancaq William James’in də söylədiyi kimi stress yerinə başqa düşüncələrə fokuslanmaq mümkündür. Öncəliklə, hər şeyi idarə edə bilməyəcəyinizi anlamağınız lazımdır. Deyək ki, kiçik bir biznesiniz var və böyütmək üçün çox mübarizə aparırsınız, üzərinizdə gərginlik hiss edirsiniz. Bu nöqtəyə qədər problem yoxdur, ancaq biznesiniz böyüdüyü zaman da stress və təzyiq azalmayacaq, bəlkə daha da artacaq. Bu zaman edə biləcəyiniz tək şey hadisələrə necə reaksiya verəcəyinizi dəyişdirərək stressə fokuslanmamaqdır.
“Özümüzü ciddi bir şəkildə dəyişdirmək üçün ilk öncə qavrayışlarımızı dəyişdirmək məcburiyyətində qaldıq.” - Stephen R. Covey
Stress və təzyiqi tez-tez bir-birinin yerinə istifadə edirik. Ancaq bu iki anlayış olduqca fərqlidir və Nicholas Petrie’nin “Harvard Business Review” üçün bir məqalədə mükəmməl bir şəkildə göstərdiyi kimi, önəmli olan stressi qavrayış şəklimizdir. Təzyiq stress deyil, deyir Petrie. Həddindən artıq düşünməyə yönümlülük, asanlıqla depressiyaya yol aça bilər. Çox düşündüyümüzü hiss etdiyimiz zaman, bu idraki bacarıqlarımıza təsir edər, çünki stress hər zaman hazır vəziyyətdə gözləyir. Bundan əlavə, bir araşdırmaya görə stress altındakı insanların xəstələnməyə daha meylli olduğu müşahidə edilmişdir. Ancaq bunu məhsuldar təzyiqə endirə bilsək, yaradıcı fikirlər tapmaq, performansımızı yaxşılaşdırmaq və planlarımızı tənzimləmək üçün daha çox fürsət tapa bilərik. Bu potensialı istifadə etmək üçün çətinlikləri yeni bir baxış bucağından görmək adına özümüzü öyrəşdirmək gərəklidir.
3. Baxış bucağınızı dəyişdirin.
Bu gün qarşılaşdığınız problemlərin çoxunun üç il içində, hətta önümüzdəki həftə önəmliliyini itirə biləcəyini daim ağılda tutmaq vacibdir. Neqativləşəcəyinizi hiss etdiyiniz zaman keçmişdəki çətinlikləri həll etdiyiniz bütün yolları özünüzə xatırladın. Ən yaxşısı onları bir yerə qeyd edin. Çətinliklərin öhdəsindən necə gəldiyinizi göstərən keçmişinizin siyahısını tutmaq sizə hərəkətə keçmək mövzusunda inam verəcək.
4. Kontrol sahibi olun.
Zehni hisslərinizi hərəkətə keçirərək təmizləmək üçün zaman ayırmaq, diqqətinizi təkrar “indi”yə yönəltməyinizə və daha çox kontrol sahibi hiss etməyinizə kömək ola bilər. Sürətli bir yürüyüş edərək bədəninizi canlandırın, əllərinizi bir-birinə çırpın və ya dərhal hiss edə biləcəyiniz, toxuna biləcəyiniz və qoxlaya biləcəyiniz şeylərə diqqətinizi yönləndirin. Məqsəd yaşadığınız ana geri dönmək və ətrafınıza diqqət etməkdir.
5. “Bağlantını” kəsmək üçün özünüzə icazə verin.
Amerikalı yazıçı Anne Lamott’un dediyi kimi: “Bir neçə dəqiqəlik söndürsəniz, haradasa, hər şey təkrar işə yarayar... Siz də daxil.” Özünüzü ən azından ayda bir dəfə stress qovşağından ayırın və kiçik bir səyahətə çıxın ya da hər gün bir neçə saatlığa bütün cihazlarınızı söndürün. Dünya ilə əlaqənizi kəsmək üçün zaman ayırmaq zehni sağlamlığız və ümumi faydalılığınız üçün olduqca önəmlidir.
Qeyd: Sıxıntı və təzyiqlərin arasında istəmək uğura yol açmaz, ancaq sizi cana yığar və bezdirər. Bunun əvəzinə, həyatınızı yaxşı işlər etmək, sevdiklərinizlə zaman keçirmək və qorxmadan yaşamaq naminə qurmağa çalışın. Sonra buraxın, olanlar olsun... Baş verənlərə təslim olun! Baş verənləri buraxın! Nə olacağına inanın!
İstifadəçi adı:
amilarsAd Soyad:
Amil RustamliMəqalə sayı:
107.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf
07.03.2021
Fərdi İnkişaf