employment.az employment.az

Dərc olunma tarixi

07.03.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 1071

Oxunma müddəti

clock 5 dəq

Stressi Üstünlüyə Çevirmək

1. Stress və təzyiqin gündəlik həyatın bir parçası olduğunu qəbul edin.


”Stressə qarşı ən böyük silah, bir düşüncəni digəri ilə əvəz etmək bacarığımızdır.” - William James

 


    Stressi həyatımızdan tamamilə çıxarmaq çox da mümkün görünmür. Ancaq William James’in də söylədiyi kimi stress yerinə başqa düşüncələrə fokuslanmaq mümkündür. Öncəliklə, hər şeyi idarə edə bilməyəcəyinizi anlamağınız lazımdır. Deyək ki, kiçik bir biznesiniz var və böyütmək üçün çox mübarizə aparırsınız, üzərinizdə gərginlik hiss edirsiniz. Bu nöqtəyə qədər problem yoxdur, ancaq biznesiniz böyüdüyü zaman da stress və təzyiq azalmayacaq, bəlkə daha da artacaq. Bu zaman edə biləcəyiniz tək şey hadisələrə necə reaksiya verəcəyinizi dəyişdirərək stressə fokuslanmamaqdır.

2. Anlayışları bir-biri ilə qarışdırmayın.

 

 

“Özümüzü ciddi bir şəkildə dəyişdirmək üçün ilk öncə qavrayışlarımızı dəyişdirmək məcburiyyətində qaldıq.” - Stephen R. Covey

 

    Stress və təzyiqi tez-tez bir-birinin yerinə istifadə edirik. Ancaq bu iki anlayış olduqca fərqlidir və Nicholas Petrienin “Harvard Business Review üçün bir məqalədə mükəmməl bir şəkildə göstərdiyi kimi, önəmli olan stressi qavrayış şəklimizdir. Təzyiq stress deyil, deyir Petrie. Həddindən artıq düşünməyə yönümlülük, asanlıqla depressiyaya yol aça bilər. Çox düşündüyümüzü hiss etdiyimiz zaman, bu idraki bacarıqlarımıza təsir edər, çünki stress hər zaman hazır vəziyyətdə gözləyir. Bundan əlavə, bir araşdırmaya görə stress altındakı insanların xəstələnməyə daha meylli olduğu müşahidə edilmişdir. Ancaq bunu məhsuldar təzyiqə endirə bilsək, yaradıcı fikirlər tapmaq, performansımızı yaxşılaşdırmaq və planlarımızı tənzimləmək üçün daha çox fürsət tapa bilərik. Bu potensialı istifadə etmək üçün çətinlikləri yeni bir baxış bucağından görmək adına özümüzü öyrəşdirmək gərəklidir.

 


3. Baxış bucağınızı dəyişdirin.

    Bu gün qarşılaşdığınız problemlərin çoxunun üç il içində, hətta önümüzdəki həftə önəmliliyini itirə biləcəyini daim ağılda tutmaq vacibdir. Neqativləşəcəyinizi hiss etdiyiniz zaman keçmişdəki çətinlikləri həll etdiyiniz bütün yolları özünüzə xatırladın. Ən yaxşısı onları bir yerə qeyd edin. Çətinliklərin öhdəsindən necə gəldiyinizi göstərən keçmişinizin siyahısını tutmaq sizə hərəkətə keçmək mövzusunda inam verəcək.

4. Kontrol sahibi olun.

 

 

    Zehni hisslərinizi hərəkətə keçirərək təmizləmək üçün zaman ayırmaq, diqqətinizi təkrar “indi”yə yönəltməyinizə və daha çox kontrol sahibi hiss etməyinizə kömək ola bilər. Sürətli bir yürüyüş edərək bədəninizi canlandırın, əllərinizi bir-birinə çırpın və ya dərhal hiss edə biləcəyiniz, toxuna biləcəyiniz və qoxlaya biləcəyiniz şeylərə diqqətinizi yönləndirin. Məqsəd yaşadığınız ana geri dönmək və ətrafınıza diqqət etməkdir.


5. “Bağlantını” kəsmək üçün özünüzə icazə verin.

 

 

    Amerikalı yazıçı Anne Lamottun dediyi kimi: “Bir neçə dəqiqəlik söndürsəniz, haradasa, hər şey təkrar işə yarayar... Siz də daxil.” Özünüzü ən azından ayda bir dəfə stress qovşağından ayırın və kiçik bir səyahətə çıxın ya da hər gün bir neçə saatlığa bütün cihazlarınızı söndürün. Dünya ilə əlaqənizi kəsmək üçün zaman ayırmaq zehni sağlamlığız və ümumi faydalılığınız üçün olduqca önəmlidir.

Qeyd: Sıxıntı və təzyiqlərin arasında istəmək uğura yol açmaz, ancaq sizi cana yığar və bezdirər. Bunun əvəzinə, həyatınızı yaxşı işlər etmək, sevdiklərinizlə zaman keçirmək və qorxmadan yaşamaq naminə qurmağa çalışın. Sonra buraxın, olanlar olsun... Baş verənlərə təslim olun! Baş verənləri buraxın! Nə olacağına inanın!

heart save
Yazar
  • İstifadəçi adı:

    amilars
  • Ad Soyad:

    Amil Rustamli
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?