-
İstifadəçi adı:
elmarhatamow -
Ad Soyad:
Elmar Hatamov -
Məqalə sayı:
1
Dərc olunma tarixi
07.03.2021 Fərdi İnkişafBaxış sayı
Oxunma müddəti
İlk öncə demək lazımdır ki, təbii ki hər kəsin zövqü fərqli olur. Normal olaraq, hər kəsin YouTube ana səhifəsində də videolar və video fərqli və müxtəlif mövzulu olur. Amma aşağıda bəhs etdiyim kanallardakı videolar özünüzü təkmilləşdirməyə, müxtəlif sahələrə uyğun məlumatlar almağa və həyat bacarıqlarınızı artırmağa kömək edəcək.
(Kanalların əksəriyyəti türklər tərəfindən və türk dilində idarə olunur)
1. Berk MD(təxminən 300k abunəçi)
Kemal Berk adlı bu oğlan Mərmərə Universitetində tibb fakultəsində oxuyur. Hər həftə müxtəlif mövzulu həyatınızda istifadə edə biləcəyiniz məlumatlar verir, üstəlik bu məlumatları alimlər tərəfindən aparılan elmi araşdırmalarla da sübut edir.
2. Barış Özcan(5 milyon abunəçi)
Bu kanalı tanımayan və bu saytda olan insan təsəvvür etmirəm. Barış bəy ABŞ ın Los Angeles ştatında yaşayan və elmi araşdırmalar aparan bir insandır. Kanal əsasən Elmi-texnoloji, bəzən də incəsənətə aid məlumatlar paylaşır.
3. Hikmet Anıl Öztekin (2.7 milyon abunəçi)
Bu kanalın sahibi Hikmət bəy Universitetdə müəllim olaraq və həmçinin Türkiyədə çox da olmasa da tanınmış yazıçı olaraq fəaliyyət göstərir. Kanalında həyatınızı gözəlləşdirmək üçün kömək edəcək məlumatlar, tövsiyələr verir, kitablar və filmlər məsləhət görür.
4. Beyhan Budak (1.6 milyon abunəçi)
Bu kanalın da təxmini Hikmet Anıl Öztekin kimi kanal tərkibi var, amma daha çox elmi məlumatlar və tövsiyələr verir. Özünüzü pozitiv və optimist birinə çevirmək istəyirsinizsə, buyurun :)
5. İmran Asadov(67.5 k abunəçi)
İmran Kanadada Azərbaycan əsilli gəncdir. Azərbaycanda bu günə qədər çəkilən filmlərə, yaşanan hadisələrə qarşı fikirlərini və öz tənqidini bildirir, ümumi götürsək tənqidçi sayılır amma bunu özü inkar eləyir :)
Bu kanalların hər birini özüm də izləyirəm və faydalanıram. Uğurlar :)
Türkan Əhmədli
20.09.2023Salam. Ruhi Çenet Medya (5,91 mln abunəçi) kanalını da əlavə etmək olar. :)
İstifadəçi adı:
elmarhatamowAd Soyad:
Elmar HatamovMəqalə sayı:
107.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf