employment.az employment.az

Dərc olunma tarixi

11.01.2021 Hekayələr

Baxış sayı

eye 1889

Oxunma müddəti

clock 2 dəq

"iPhone" Adındakı "i" hərfi Nə Deməkdir?

 

Apple şirkətinin yaradıcısı olan Steve Jobs, 24 fevral 1955-ci ildə Suriyada doğulub. Daha sonra ailəsi onu Kaliforniyadan olan bir ailəyə övladlıq verib. 21 yaşında olarkən Steve dostu Wozniak-i şirkət qurmağa razı salıb öz evlərinin qarajında "Apple"-1 hazırlayır və 1976-cı ildə satışa çıxarırlar. Apple II, Macintosh, Apple II kompüterlərinin satışından böyük uğur qazanan Steve Jobs şirkət daxilində baş verən problemlərdən sonra öz qurduğu şirkətdən ayrılmaq məcburiyyətində qalır. Daha sonra "Next" adlı aparat və proqram təminatı şirkətini qurdu və animasiya studiyası olan Pixar-ı satın aldı. Mac üçün yeni bir əməliyyat sisteminin inkişaf etdirilməsində yaranan çətinliklər Apple şirkətinin 1996-cı ildə NeXTSTEP sistemini istifadə edə bilmələri üçün NeXT şirkətini satın almağa vadar edir. Belə ki, Apple 188 milyon dollar borcu olduğunu açıqladıqdan sonra çarəni Steve Jobs-un şirkəti olan Next-i satın alıb, onun proqramlarını istifadə etməkdə gördü. Beləliklə, Jobs Apple şirkətinə müvəqqəti CEO vəzifəsində geri döndü. 1998-ci ildə Steve Jobs yeniden Apple-ın həqiqi CEO-su olur. Steve "Fərqli Düşün" şüarı ilə yeni marketing kampaniyasına başlayır və sayı çox olan kompüter çeşidlərini 4 modelə qədər endirir: iki masaüstü Mac və iki noutbuk. İlk cihaz isə iMac G3 olur. Cihazın təqdimatında Steve kompüterin adında niyə "i" hərfi olduğunu izah edir: "iMac – sürətli və asan İnternet axtaran istifadəçilər üçün bir nömrəli kompüter olmağı hədəfləyir. İMac bunun üçün nəzərdə tutulub" Təqdimatda Cobs "i" hərfinin digər variantlarını da səsləndirir: fərdi (individual), öyrənmə (instruct), məlumatlanma (inform) və ilhamlanma (inspire). Sonradan məlum olur ki, Cobs "iMac" adına qarşı imiş. O, kompüterlərin adını Sony Walkman'a bənzər Apple MacMan qoyulmasını istəyirdi ancaq idarə heyəti onu bənzər bir ad istifadə etməkdən yayındırır və "i" hərfi təklifini edirlər. Steve qəti şəkildə buna qarşı idi, amma bir neçə həftədən sonra "iMac" adının sadəliyi və cəlbediciliyi fikri ilə razılaşır. Beləliklə, "i" hərfi Apple markasının vacib hissələrindən biri olur. Onu da qeyd edək ki, Steve jobs Apple şirkətində ildə 1 dollar qarşılığında bir neçə il ərzində işləyib və bu ona 2000-ci ildə eyni zamanda Ginnesin Rekordlar Kitabında "Ən Aşağı maaşlı CEO"su ünvanını qazandırıb. Pankreatit xərçəng xəstəliyi ilə mübarizə aparan Steve Jobs, iphone 4-ün təqdimatından bir gün 5 oktyabr 2011-ci ildə Kaliforniya'da 56 yaşında vəfat etdi.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
Mauricio Estrella’nın Uğur Hekayəsi

07.03.2021

Hekayələr

Bir şifrə onun həyatını necə dəyişdirdi? Gəlin komputer şifrəsi ilə həyatı dəyişən qrafik dizayner Mauricio Estrella’nın uğur hekayəsi ilə tanış olaq.

paper-1-img
Mağaza Bağlanır

07.03.2021

Hekayələr

Mehmet Koçoğlu qalan məhsullarını satmaq üçün asdığı "mağaza bağlanır" elanını yeni bir biznes modelinə çevirdi.

paper-1-img
Gates Fondu

07.03.2021

Hekayələr

Bill Gates və Melinda Gates ailə həyatı qurmadan öncə sərvətlərinin 95 faizini yardıma yatıracaqlarını bildirmişdilər.