-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
149
Dərc olunma tarixi
01.04.2021 Fərdi İnkişafBaxış sayı
Oxunma müddəti
Bu gün sizlərlə gündəlik həyatımızda doğru bildiyimiz bir çox yanlışları bölüşəcəyik.
1. Piza qülləsinin təməli əyilmiş formada qoyulub. Xeyr. İtaliyalıların bu məşhur qülləsi əslində şaquli şəkildə dizayn edilmişdir. Ancaq inşa edildiyi 1173-cü ildən bünövrədəki yumşaq zəminə görə cənuba sürüşməyə başladı. Və hətta qüllənin təməli qoyularkən bünövrənin əyri qoyulmasına görə tikinti 100 il müddətinə təxirə salınmışdır. Abidə bərpa olunduqdan sonra onun cənuba doğru əyilməsi aydın olaraq müşahidə olunmağa başladı. Qüllə il ərzində 1,2 millimetr yana doğru əyilir və inşa edildiyi tarixdən etibarən bu günümüzə qədər mərkəzdən 5,3 metr əyilmişdir.
2. Artıq heç kim Yahoo saytından istifadə etmir. Yanlışdır.Yahoo hələ də dünyada ən çox ziyarət edilən dördüncü veb saytdır. İlk üçlük Google, Facebook və Youtube-dur.
3. Damarlarımız mavi rəngdədir. Xeyr. Hemoglobin qana qırmızı rəng verir. Oksigen daşımayan qan tünd qırmızı, oksigen daşıyan qan isə albalı qırmızısıdır. Belə ki, qırmızı olan damarlarımız dərimizin rənginə görə mavi görünür.
4. A.Einstein riyaziyyat dərsində uğursuz idi. Bu, demək olar ki, hamının inandığı yalan məlumatdır. Mənbəsi 1935-ci ildə nəşr olunan bir məqaləyə əsaslanır. Riyaziyyat dərslərində uğursuz olan bir çox tələbəyə bu hekayədən bəhs edilsə də, A. Einsteyn dahi olduğunu hələ gənc ikən sübut etmişdi.
5. İnsanlar beyinlərinin yalnız 10% -dən istifadə edirlər. Xeyr. Beyin görüntüləmə texnikalarındakı inkişaf, beynimizdəki bütün sinirlərin müxtəlif hərəkətlər zamanı istifadə edildiyini göstərir.
6. Günəş sarı rəngdədir. Yanlışdır. Günəşin rəngi əslində ağdır, lakin atmosferdəki dağılma səbəbindən Günəşin rəngi sarı, qırmızı, narıncı və ya bənövşəyi görünə bilər.
7. Göyqurşağında yeddi rəng var. Xeyr. Göyqurşağındakı rənglər qırmızı, narıncı, sarı, yaşıl, mavi, indigo və bənövşəyi kimi tanınır. Əslində, göy qurşağında limitsiz rəng spektri var, ancaq insanın rəng qavramı bir kəmər olduğu xəyalını yaradır.
8. Dünyadakı bütün insanlar tullanarsa, zəlzələ olar. Xeyr. Zəlzələnin baş verməsi üçün daha çox enerjinin ortaya çıxması lazımdır.
9. İdırım eyni yerə iki dəfə düşmür. Yanlışdır. İldirım bir yerə bir neçə dəfə düşə bilir. Belə ki, ildırım ildə təxminən 100 dəfə New Yorkdakı Empire State Binasını vurur.
10. Kəpənəklərin ömrü bir gündür. Bəzi yetkin kəpənəklər 1-2 aya qədər yaşamağa davam edə bilər. Bir neçə mövsüm yaşaya bilənlər kəpənəklər, qış yuxusuna girə və ya isti bölgələrə köç edə bilərlər.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14907.03.2021
Fərdi İnkişaf
Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.
07.03.2021
Fərdi İnkişaf