employment.az employment.az

Dərc olunma tarixi

01.04.2021 Filmlər

Baxış sayı

eye 1923

Oxunma müddəti

clock 3 dəq

Motivasiya Edici 5 Film

Hər birimizə məlum olduğu kimi, uğura doğru addımlayarkən motivasiya ən başlıca tələblərdən biridir. Bu gün sizlərlə motivasiyanızı yüksəldəcək 5 filmdən bəhs edəcəyik.


1. The Pursuit of Happiness

“Bir xəyalın varsa onu qorumalısan. İnsanlar edə bilmədikləri şeyləri sənin də edə bilməyəcəyini demək istəyirlər. Əgər bir şeyi istəyirsənsə, onu əldə etməlisən.”
Qarşımıza tez-tez bu filmdən sitatlar çıxır. Will Smith-in oğlu ilə birlikdə rol aldığı bu film gerçək həyat hekayə əsasında çəkilmiş və bir atanın uğurundan bəhs edir.

2. The Theory of Everything

Məşhur fizikçi və alim Stephen Hawking-in həyatından bəhs edir. Xəyallarının arxasınca gedən və nə olursa-olsun yarıda buraxmayan əzmi göstərir.

3. Rocky

Motivasiya deyildiyi zaman ağla ilk gələn film xarakterlərindən biri Rocky-dir. Film, yoxsul və kimsəsiz bir boksçu olan Rocky Balboa-nın əzmi və uğurundan bəhs edir. Film 3 Oskar mükafatına layiq görülmüşdür.

4. Braveheart

Film, ölkəsi üçün azadlıq uğrunda mübarizə aparan bir döyüşçünün həqiqətən həyəcan verici bir hekayəsindən bəhs edir. Film, həyatda çox vacib olan “hüquqlarınız üçün mübarizə aparın” mesajını verir. O cümlədən, yolda nə qədər əngəl olsa da, hədəflərinizə sadiq qalmaq üçün mütləq davam etməli olduğunuzu da xatırladır.

5. It’s a Wonderful Life

Özünü məhv edən düşüncələrdən əziyyət çəkən insanlar üçün son dərəcə təskinləşdirici bir filmdir. Bu filmə baxdıqdan sonra əldə edilən əsas mesaj- “həyata bir dəfə gəlirsiz və onu mükəmməl şəkildə yaşamaq lazımdır”

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
İzləyə Biləcəyiniz 5 Film

07.03.2021

Filmlər

Həftə sonları izləyə biləcəyiniz 5 film listəsini sizinlə paylaşırıq

paper-1-img
Motivasiya Edici 5 Film

01.04.2021

Filmlər

Hər birimizə məlum olduğu kimi, uğura doğru addımlayarkən motivasiya ən başlıca tələblərdən biridir. Bu gün sizlərlə motivasiyanızı yüksəldəcək 5 filmdən bəhs edəcəyik.

paper-1-img
Dahilərin Həyat Hekayələrindən Bəhs Edən 10 Film

02.08.2021

Filmlər

Dahilərin həyatını və uğur hekayələrini izah edən filmlər həmişə ilhamverici olub. Bu gün sizlərlə dahilərin həyat hekayələrindən bəhs edən 10 filmi bölüşmək istəyirəm.