employment.az employment.az

Dərc olunma tarixi

01.04.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 11272

Oxunma müddəti

clock 2 dəq

Professional CV Hazırlamaq Üçün Ödənişsiz Saytlar

Professional CV hazırlamaq üçün ödənişsiz saytlar:


Hər birimizə məlum olduğu kimi, iş axtarma prosesindəki ilk addımlardan biri CV hazırlamaqdır. CV hazırlama prosesinin əslində çox mürəkkəb bir proses olduğunu nəzər alaraq, bu prosesi asanlaşdırmaq üçün sizlərlə bir neçə CV hazırlama veb saytlarını bölüşmək istəyirik.

Europass.com
: Europass saytı vasitəsi ilə siz, ödənişsiz öz beynəlxalq CV formanızı hazırlaya bilərsiniz. Bu CV formasi bir çox şirkətlər və qurumlar tərəfindən qəbul ediləndir. Bir çox xarici proqramlar CV-nin məhz europass formatında hazırlanmasını tələb edir.

Canva.com: Adı çəkilən saytda siz xeyli sayda ödənişsiz şəkildə yerləşdirilən CV nümunələri ilə tanış ola bilərsiniz. Sayt sizə, axtarış nəticələrinə əsasən müraciət edəcəyiniz vakansiyaya uyğun olan bir CV formasi seçmək şansı verir. Saytda yerləşdirilən CV şablon dizaynları vasitəsi ilə siz, bu dizaynları götürüb yalnız öz məlumatlarınızı daxil edərək, şəkil və ya pdf olaraq yükləyə bilirsiniz.

Livecareer.com
: Bu saytda da müxtəlif dizaynlı CV şablonları var və siz onlardan birini seçərək məlumatlarınızı əlavə edə bilərsiniz. Eyni zamanda bu sayt vasitəsilə siz CV-nizi PDF və DOC, yəni Word formatında yükləyə bilərsiniz.

Myperfectresume.com
: Siz bu sayt vasitəsi ilə, bir çox ödənişsiz cv şablonları ilə tanış ola və məlumatlarınızı əlavə edərək, istəyinizə uyğun cv hazırlaya bilərsiniz. Eyni ilə yuxarıda qeyd edildiyi kimi, burada da siz word faylı əldə edirsiniz və istədiyiniz dəyişikliyi edə bilirsiniz.

Cvlogin.com
- Digər saytlarda olduğu kimi, bu saytda da qeyd olunan müxtəlif CV şablonlarından, istədiyiniz CV şablonunu seçərək, məlumatlarınızı əlavə edib, CV-nizi hazırlaya bilərsiniz.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?