Kaizen.az - Professional CV Hazırlamaq Üçün Ödənişsiz Saytlar

Professional CV Hazırlamaq Üçün Ödənişsiz Saytlar



Professional CV hazırlamaq üçün ödənişsiz saytlar:

Hər birimizə məlum olduğu kimi, iş axtarma prosesindəki ilk addımlardan biri CV hazırlamaqdır. CV hazırlama prosesinin əslində çox mürəkkəb bir proses olduğunu nəzər alaraq, bu prosesi asanlaşdırmaq üçün sizlərlə bir neçə CV hazırlama veb saytlarını bölüşmək istəyirik.

Europass.com
: Europass saytı vasitəsi ilə siz, ödənişsiz öz beynəlxalq CV formanızı hazırlaya bilərsiniz. Bu CV formasi bir çox şirkətlər və qurumlar tərəfindən qəbul ediləndir. Bir çox xarici proqramlar CV-nin məhz europass formatında hazırlanmasını tələb edir.

Canva.com : Adı çəkilən saytda siz xeyli sayda ödənişsiz şəkildə yerləşdirilən CV nümunələri ilə tanış ola bilərsiniz. Sayt sizə, axtarış nəticələrinə əsasən müraciət edəcəyiniz vakansiyaya uyğun olan bir CV formasi seçmək şansı verir. Saytda yerləşdirilən CV şablon dizaynları vasitəsi ilə siz, bu dizaynları götürüb yalnız öz məlumatlarınızı daxil edərək, şəkil və ya pdf olaraq yükləyə bilirsiniz.

Livecareer.com
: Bu saytda da müxtəlif dizaynlı CV şablonları var və siz onlardan birini seçərək məlumatlarını əlavə edə bilərsiniz. Eyni zamanda bu sayta vasitəsilə siz CV-nizi PDF və DOC yəni Word formatında yükləyə bilərsiniz.

Myperfectresume.com
: Siz bu sayt vasitəsi ilə, bir çox ödənişşiz cv şablonları ilə tanış ola və məlumatlarınızı əlavə edərək, istəyinizə uyğun cv hazırlaya bilərsiniz. Eyni ilə yuxarıda qeyd edildiyi kimi, burada da siz word faylı əldə edirsiniz və istədiyiniz dəyişikliyi edə bilirsiniz.

Cvlogin.com
- Digər saytlarda olduğu kimi bu saytda da qeyd olunan müxtəlif CV şablonlarından, istədiyiniz CV şablonunu seçərək, məlumatlarınızı əlavə edib, CV-nizi hazırlaya bilərsiniz.

0 Rəy

Şərh yazmaq üçün daxil olun