employment.az employment.az

Dərc olunma tarixi

04.04.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 1843

Oxunma müddəti

clock 5 dəq

Coursera'dan Necə Ödəniş Etmədən Sertifikat Almaq Olar?

Gün keçdikcə həm iş, həm də gündəlik həyatımız texnologiya ilə daha sıx əlaqəyə girməkdədir. Xüsusən təlim tədris prosesinin online şəkildə həyata keçirilməsi ilə günümüzün böyük hissəsini müxtəlif texnoloji avadanlıqlarla keçirmək məcburiyyətindəyik. Online şəkildə dəvam edən dərslərlə bərabər insaların online kurslara üz tutma meyili də daha da artdı.  Çünki daha az vaxt sərf etməklə internet olan istənilən məkandan dərslərə qoşula bilər, bilik və bacarıqlarımızı inkişaf etdirə bilərik. Pandemiya dövrünün çox az sayılı müsbət tərəflərinə bu vərdişi qazanmağı aid edə bilərik.

 Müxtəlif online kurslar və platformalar bu nöqtədə bizə kömək edə bilər. Bildiyimiz kimi Coursera platformasının reputasiyası dünyada kifayət qədərdir. Belə ki, müxtəlif universitetlər tərəfindən yaradılan fərqli sahələr üzrə kurslara qoşularaq , dərs videolarını izləyə, quiz və assignmentlər həll edə,  kurs kontentinə uyğun olan praktiki tapşırıqlar üzrə işləyə və sadalananları uğurla başa vurduqdan sonra sertifikat alaraq CV-ə əlavə edə bilərik. Məncə burada önəmli olan bilik və bacarıqların əldə edilməsidir. Sertifikat ikinci planda olmalıdır, lakin günümüz iş dünyasında bu tip sertifikatların bizə faydası ola bilməkdədir.

Course'dakı kursların bir çoxunu alt yazılar vasitəsi ilə müxtəlif dillərdə izləyə bilərik. Bunu da platformanın üstünlükləri arasına əlavə edə bilərik. 

Öncədən qeyd etmək lazımdır ki, bu platformadaki əksər kurslar ödəniş tələb edir.  State Employment Agency Azerbaijan tərəfindən gənclərə verilən 3 aylıq  müddət zərfində müxtəlif kurslara ödəniş etmədən  qatılma şansı əldə edə bildik. Əgər hər hansı bir qurum sizə sponsorluq etmirsə siz kurslara ödəniş etməli olacaqsız. Buna baxmayaraq digər yollar vasitəsi ilə bu kursların kontentinə ödəniş etmədən müyəssər olmaq mümkündür.

1. Bunu da qeyd edək ki,  platformada kifayət qədər ödənişsiz kurslar vardır.  Kənar hissəsində "free" qeyd olunan kurslara "enroll" olaraq ödəniş etmədən kurs kontentinə və quizlərə müyəssər ola bilərsiniz. Lakin bu zaman sizə kurs sonunda sertifikat verilməyəcəkdir. Sertifikat üçün sizdən məbləğ tələb olunacaqdır. Əgər sertifikat məsələsi sizin üçün ikinci plandadırsa, bilik və bacarıq əldə etmək üçün, "enroll" kliklədikdən sonra , " full course, no certificate" seçimini klikəməniz kifayət edəcəkdir.

2. Coursera platformasında "Guided Project" adlanan, təxminən  bir neçə saata  bitirə biləcəyiniz, kiçik həcmli və əsasən bir spesifik mövzuya fokuslanmış kurslara ödəniş etmədən qoşula bilərsiniz. Bu zaman ekran iki hissəyə bölünəcək və siz təlimçinin videoda etdiyi əməliyyatları öz ekranıvızda edərək praktiki biliklərə yiyələnə biləcəksiniz.

3. Ödənişli  kurslara "enroll"  kliklədiyimiz zaman aşağıda kiçik hərflərlə "Audit the course" seçimini görə bilərsiniz. Bu seçim zamanı biz ödəniş etmədən kursun bizə icazə verdiyi həftələri və dərs videolarını  izləyə bilərik. Bu seçim, kursu almaq istəyən şəxslərin kurs materialları və dərslər haqqında önfikir yaratmaları üçün olan bir seçimdir. Amma kursu almasanız belə kurs tərəfindən təqdim edilən həftələri izləyə bilərsiniz.

4. Ödənişli kursa, ödəniş etmədən, həm dərs videolarına, həm quiz , tapşırıqlara və sertifikata müyəssər olmaq üçün "Financial aid"-ə müraciət edə bilərik.  Bu yolla hər ay təxminən 3 kurs almaq mümkündür. Kursa kliklədiyimiz zaman enroll bölməsi yaxınlığında "Financial aid available" yazısını görə bilərik.  Bu zaman bu yazıya klikləyək. Daha sonra " Continue to the application " for the course üzərinə klikləyirik.  Növbəti mərhələdə qarşımıza  belə bir ekran çıxacaqdır.

 

 

Buradaki xanaları qeyd edək və yazılan yazının eynisini yazaq. İndi isə yenidən "Continue" klikləyək.

Yeni açılan ekranda bizdən bəzi məlumatlar tələb olunacaqdır. Təhsiliniz, illik gəliriniz, tələbə və ya işə sahib olmanız, nə qədər ödəniş etməniz mümkündür kimi sualları cavablandıraq.  Mümkün qədər kiçik miqdarlar daxil etməniz tövsiyyə olunandır.( Bu yazılan miqdar sizdən tələb olunmayacaq, sadəcə statistika üçün qeydə alınmaqdadır).  "Would you consider using a low-interest loan to pay for your course?" seçiminə "no" xanasını klikləyək, səbəb olaraq isə yaxın zamanlarda işləməyəcəyim üçün pul ödəyə bilməyəcəyimizi ingilis dilində qeyd edək.

 

İndi isə ən önəmli mərhələni yerinə yetirəcəyik. Burada sizdən  nəyə görə "Financial Aid"-ə müraciət etməniz və bu kursun sizin kariyera hədəfinizə çatmağa nə kimi köməyi olacağı haqqında yazı yazmanızı tələb edir. Bunu bir növ motivasiya məktubu kimi də düşünə bilərik.

 

 

 

 

İnternet üzərindən izlədiyim videolarda eyni mətni kopyalayaraq yazanlar olsada, mən müraciət etdiyim üç kursa da biraz fərqlilik göstərən cümlələr yazdım. Məsələn, "Finance For Manager" kursunun dərs proqramında Operational Ratios mövzusu olduğunu gördüm və müraciət məktubunda bu movzunun mənim sahəm üçün önəmindən yazdım.

Digər bir örnək olaraq isə, "Financial Accounting" kursunun mənim ilk semestr universitet dərslərimlə üst-üstə düşdüyünü, dərsi dərindən anlamama kömək etdiyini, buna görədə bu semestr tədris olunacaq "Risk Management" dərsi üçün də Courseradan eyniadlı dərsi götürmək istədiyimi qeyd etdim. Digər müraciət etdiyim "Excel Intermediate II"  kursu üçünsə, Specializationa daxil olan ilk iki kursu (Excel essential və Excel intermediate I) uğurla başa vurduğumu, lakin artıq ödəniş edə bilmədiyimdən ötəri bu kursu başa vura bilmədiyimi və Excelin önəmindən yazdım.  Mən yazdığım müraciət məktubunu örnək olaraq sizlə paylaşıram. Qeyd edim ki, internetdən bənzər və daha yaxşı müraciət üçün cümlələr tapa bilərsiniz. İngilis dili bacarığınız yaxşıdırsa özünüzdə kiçik həcmli (minimum 150 söz) müraciət məktubu yaza bilərsiniz.

Niyə görə bu kursa qatılmaq istəyirsinizə örnək.

Niyə görə " Financial Aid"-' müraciət edirsinizə örnək

Daha sonra "Submit" edərək siz yazılarınızı göndərirsiniz, yeni açılan ekranda sizin müraciətinizin qəbul olduğu və qeyd olunan tarixdə nəticəsinin sizə göndəriləcəyi bildirilir. Nəticə sizə mail vasitəsi ilə göndəriləcəkdir. Coursera hesabınızı da kontrol edərək nəticəni görə bilərsiniz.

Müraciət etdiyim kurslardan birinə gələn müsbət cavab.

 

Sonda tövsiyyələr.

Eyni anda üç kursun "Financial aid"-nə müraciət etməniz tövsiyyə olunandır. Qeyd olunan tarixdə sizə cavablar gəldikdən sonra kursları bitirərək, yeni kurslar üçün müraciət edə bilərsiniz. Bitirilməmiş kurslar, yeni müraciətlər üçün mənfi rol oynaya bilər. Mən eyni anda müraciət etdiyim üç kursdan da  müsbət cavab aldığım üçün, bunun sizdə də alınacağını ümid edirəm. Uğurlar!

Video şəklində izləməniz və əlavə fikirlər qazanmanız üçün internetdə bu mövzu üzrə bəyəndiyim bir video linkini sizinlə paylaşıram.

 

Coursera onlayn təhsil portalında pulsuz sertifikatları necə əldə etmək olar? - YouTube

 

 

heart save

Aybəniz Əliyeva

20.09.2023

Olduqca maraqlı məqalədir. Faydalı oldu həqiqətən. Təşəkkürlər.

Elshan

20.09.2023

Çox faydalı məqalədir. Təşəkkürlər

Sabir Hüseynov

20.09.2023

Tam da istədiyim məqalə. Təşəkkürlər !

Yunusov Tunar

20.09.2023

Qeydiyyatdan keçməyim üçün yararlı oldu.Təşəkkürlər

Cavid Əliyev

20.09.2023

Specializationa qəbul aldım. Təşəkkürlər, çox faydalı oldu!

Yazar
  • İstifadəçi adı:

    cavanshir
  • Ad Soyad:

    Cavanşir Ənnağıyev
  • Məqalə sayı:

    5

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?