employment.az employment.az

Dərc olunma tarixi

12.04.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 2116

Oxunma müddəti

clock 3 dəq

Zamanın "Pomodoro" Üsulu ilə İdarə Edilməsi

Ediləcək işlər, hazırlanacaq təqdimatlar, qatılmalı olacaq görüşlər və daha nələr nələr. İşlər bitmir. İşlərimizin hər birini vaxtı-vaxtında yerinə yetirmək üçün vaxtdan doğru şəkildə istifadə etmək vacibdir. Bu gün sizinlə zamanın idarə olunmasında sizə yardımçı olacaq Pomodoro üsulunu bölüşmək istəyirəm. 1980-ci illərdə Francesco Cirillo adlı biri tərəfindən hazırlanan “Pomodoro Technique” (Pomodoro üsulu), o vaxtdan bəri işləməkdə çətinlik çəkən bir çox insanın çox razı qaldığı bir öyrənmə texnikasıdır.


Cirillo'nun tələbə vaxtı istifadə etdiyi pomidor şəklindəki zamanlayıcıdan adını alan bu texnika (Pomodoro, italyan dilində pomidor deməkdir) haqqında vacib məlumat verək. Pomodoro texnikası 1980-ci illərdə hazırlanmış bir texnikadır. O vaxtdan bəri işləməkdə çətinlik çəkən milyonlarla insanın istifadə etdiyi bir texnikadır. Pomodoro, İtalyan dilində pomidor deməkdir. Qısa iş seansları və ardından mini fasilələr bu texnikanın əsas özəyini təşkil edir. Gəlin birlikdə bu texnikaya daha ətraflı baxaq. Bu üsul, tapşırığın, "pomidor" adlanan, qısa fasilərlə müşahidə olunan, 25 dəqiqəlik aralıqlara bolünməsini təklif edir. Belə ki, bir məşq 25 dəqiqə çəkir. Sonra 5 dəqiqə mini-fasilə verilir. Bu zamanların cəmi 1 pomodoro təşkil edir. (1 pomodoro 30 dəqiqəyə bərabərdir) Cəmi 4 pomodoro tamamladıqdan sonra 25 dəqiqəlik bir fasilə verilir. Gündə 16 pomodoronun tamamlanması ideal sayılır.

Pomodoro texnikasını tətbiq edərkən nəzərə alınacaq bəzi nüanslar vardır ki, bunlar: İş zamanı sizi yayındıran bir şey olmamalıdır. Yalnız diqqətinizi nə etdiyinizə yönəltməlisiniz. Telefonunuza belə baxmamalısınız.
Pomodorlarınızı bölməməyə və bir kağıza yazmağa diqqət yetirin. Pomidor üsulunun əsas məqsədi diqqəti yayındıran daxili və xarici amilləri aradan götürməkdir. Həftə sonunda pomodorunuza baxaraq, həftənin məhsuldar olub-olmadığını yoxlaya bilərsiniz. Planlaşdırma, izləmə, qeyd etmə, emal etmə və görüntüləmə üsulun əsaslarını təşkil edir. Planlaşdırma mərhələsində tapşırıqlar, onları tapşırıq siyahısında qeyd etməklə prioritetləşdirilir. Bu metod, şəxsin tapşırıqları yerinə yetirmək üçün qoyduğu səyləri müəyyən etməyə kömək edir. Hər tapşırığa ayrılan pomidorlar yerinə yetdikcə, qeydlər aparılır, hansı ki insanda tamamlama hissi yaradır və sonrakı özünüanaliz və özünüqiymətləndirmə üçün tam məlumat verir. Bir pomidor daxilində tapşırığı vaxtından əvvəl yerinə yetirdikdə, geri qalan vaxt ərzində tapşırığı edərkən qarşınıza çıxan maraqlı detalları dərindən öyrənmək imkanı yaranır.

Bu taktikanı müəyyən bir səbəblərdən yerinə yetirmək mümkün deyilsə, pomidoru dayandırmaq və daha sonra davam etmək məsləhət görülür. Yaxud, sizdən asılı olmayan səbəblərdən parçalanan pomodorların yanında bir ulduz qoyun və ya bir qeyd yazın. Belə ki , taymerdən istifadə axan saniyələrin səsi insanın tapşırığı yerinə yetirmək əzmini artırır. Hər "pomidorun" sonunda zəng fasilə vaxtını bildirir. Bununla birlikdə, Pomidor üsulu ilə işləmək üçün bir sıra tətbiqi proqramlar da mövcuddur. Metodun yaradıcısı Francesco Cirillo və başqaları Pomidor üsulunun sadələyini, onu tətbiq etmək üçün bir mexaniki taymer, kağız və qələmin kifayət olmasını vurğulayır. Pomodoro öyrənmə üsulu sizə vaxtınızı idarə etməyə, işlərinizi vaxtı-vatında yerinə yetirməyə və daha effektiv nəticə almağa yardımçı olacaqdır.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    113

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?