Kaizen.az - "Kəpənək effekti"-nin Həyatımıza Təsiri

"Kəpənək effekti"-nin Həyatımıza Təsiri


"Kəpənək effekti" riyazi bir termin olub, hesablamalar zamanı rəqəmlərdən birində edilən cüzi dəyişiklik, böyük fərqlərə səbəb ola bilər anlayışıdır. Başlanğıcda hava proqnozu üçün istifadə edilən bu nəzəriyyə daha sonra elm daxilində və ondan kənarda istifadə edilən bir məcaza çevrildi.

Bəzən Xaos nəzəriyyəsi və ya onun tərkib hissəsi hesab edilən kəpənək effekti nəzəriyyəsinə əsasən, hər hansı qeyri-xətti sistemdəki kiçik bir dəyişiklik sonrakı mərhələdə böyük fərqliliklərə səbəb ola bilər. "Kəpənək effekti” nəzəriyyəsi 1963-ci ildə Edvard N. Lorens kompüter vasitəsilə havanın vəziyyəti ilə bağlı hesablamalar apararkən müəyyənləşdirildi. Alim ilk hesablamada 0,506127 sayını ilkin məlumat kimi istifadə edir. İkinci hesablamada isə 0,506 sayını əldə edir. Bu iki rəqəm arasındakı təxminən 1/1000 (mində bir), yəni bir kəpənəyin qanad çırpmasının yaratdığı küləklə ekvivalent olan fərq olmasına baxmayaraq, proses daxilində ikinci hesablama birinci hesablamaya nəzərən çox fərqli nəticələr verdi. Əsl meteoroloq kimi Lorens belə bir təklif irəli sürdü ki : “Amazon meşələrində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına baş verməsinə səbəb ola bilər.” Kəpənək qasırğaya güc vermir və ya birbaşa qasırğa yaratmır, ancaq bu termin kəpənəyin qanadlarını çırpmasının qasırğaya səbəb ola biləcəyi mənasına gəlir.

Kəpənək effekti konsepsiyası qısaca olaraq, həyatımızda baş verən kiçik bir dəyişikliyin böyük nəticələrə səbəb olacağı ehtimalın əsas özəyini təşkil edir. Bu modeldəki sistemlərin gələcəkdə yalnız müəyyən bir nöqtəyə qədər proqnozlaşdırıla biləcəyini və bunun xaricində ilkin şərtlərdə səhvin azaldılmasının proqnozlaşdırıla biləcəyini artırmayacağını (səhv sıfır olmadığı müddətcə) sübut edir. "Kəpənək effekti" tez-tez Lorensin 1963-cü ildə yazdığı məqaləsində (və əvvəllər Poincaré tərəfindən müşahidə edildiyi) izah etdiyi növün ilkin şərtlərinə həssas asılılığın sinonimi kimi izah edilsə də, kəpənək metaforası ilk olaraq Lorensin öz iş prosesində tətbiq edilmişdir. Fikri bir addım daha irəli aparan Lorens, atmosferdəki kiçik hərəkətlərin daha geniş sistemlərə təsir göstərməsinin böyüdülməsi üçün riyazi bir model təklif etdi.

Bu günə qədər də alimlər Lorensin kəşfini dialektik simbiozun ən tutarlı sübutu kimi qiymətləndirir: dünyanın qanunauyğunluqları və onların nəticələrinin proqnoz edilməsinin tamamilə qeyri-mümkün olduğunu bildirirlər. Onu da qeyd edək ki, 2004-cü ildə «Kəpənək effekti» filmi işıq üzü görəndən sonra əksər insanların şüurunda bu termin kifayət qədər populyarlıq qazanmış və dolaşıq hadisələr sayəsində yeni məna kəsb etmişdir. Axı hər şey tamamı ilə başqa cür də ola bilərdi. Əgər rejissor Bress və Qruber filmi izləyicilərə elə onun ilkin versiyadakı adı ilə təqdim etsəydilər, yəqin ki hadisələr başqa formada davam edəri, bu səbəblə film çəkiliş mərhələsində “Xaos nəzəriyyəsi” adlanırdı.

0 Rəy

Şərh yazmaq üçün daxil olun