employment.az employment.az

Dərc olunma tarixi

22.04.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 3854

Oxunma müddəti

clock 4 dəq

Freelance İş Nədir və Necə Tapa Bilərik?

Amerikan iş bazarında işləyənlərin 36%-nin freelancer olduğunu, hətta bu freelancer-lərin Amerika büdcəsinə 1,4 trilyon dollar gəlir gətirdiyini bilirdiniz mi? Gəlin freelance işin nə olduğu ilə tanış olaq.


Freelance ingilis dilindən hərfi tərcümədə “müstəqil döyüşçü” deməkdir. Freelance hər hansı bir təşkilatdan asılı olmadan, müstəqil şəkildə işləmək deməkdir. Freelance iş, bir insanın bir şirkət üçün deyil, özü üçün çalışdığı bir iş metodudur. Freelance işçilər şirkətlər və təşkilatlar üçün müqaviləli iş görsələr də, nəticədə özləri öz işlərini müəyyənləşdirirlər.

Freelance işçilər öz planlarını özləri yarada və iş saatlarını ən səmərəli işlədikləri vaxtlara planlaşdıra bilirlər. Bununla yanaşı hər hansı bir şirkətdə işlər yükləndiyində, çox peşəkar işə ehtiyac olduğunda və ya komandada bu işi görəcək şəxs olmadığında şirkətlər müəyyən müddətli freelancer ilə iş razılaşırlar. Freelance işləmə ən rahat çalışma metodu olaraq qəbul edilir.

Freelance işlərin bir sıra müsbət cəhətləri vardır ki, gündəlik iş saatınızı rəhbərlik nəzarətindən asılı olmayaraq özünüz müəyyən edə bilirsiniz. Və freelance işləyən şəxs gördüyü işlə bağlı pul qazandığı üçün maaşla işləyən şəxslərə nisbətən daha müstəqil bir iş imkanına sahibdir. Freelance iş vasitəsi ilə siz hansı işlərə başlayacağınızı, hansı müştərilərdə çalışmaq istədiyinizi özünüz müəyyən edirsiniz. Ən əsas üstünlüyü isə yerli bazarlarda iş görən insanlar üçün qlobal dünyaya açılmaq və beynəlxalq işlər görmək üçün ideal bir iş metodudur. Bununla yanşı frilanserlər ödənişi beynəlxalq valyuta (dollar, avro və s.) üzərindən qəbul edirlər ki, bu da onlara öz valyutalarına çevirdikdə çox ölkədə daha çox qazanc əldə etməyə köməklik göstərir. Təşkilatlar, mənfəət götürməyən təşkilatlar və hətta dövlət qurumları çox vaxt müqavilə bağlayan sərbəst işçiləri işə götürürlər.

Onu da qeyd edək ki, freelance işləyən zaman bəzi məqamlara nəzər yetirmək lazımdır. Bir baza qurmaq üçün çox vaxt lazımdır və ardıcıl iş təklif edə biləcək müştərilərin tapılması daha uzun müddət tələb edə bilər. Freelance iş imkanları daha çox olan bir sıra peşələr var ki, bunlara da onlayn dərs keçmək, redaktor və yazarlıq, qrafik dizayner, proqramlaşdırma kimi bir sıra sahəni misal göstərmək olar. Bəzi saytlar var ki, burada freelance işlər qeyd olunur və insanlar uyğun olanı seçib, evdən işləyə bilirlər. Və son olaraq sizlərlə freelance iş tapa biləcəyiniz bir neçə beynəlxalq saytları bölüşmək istəyirəm.

1. Fiverr.com

2. Upwork.com

3. Toptal.com

4. PeoplePerHour.com

5. Freelancer.com və s. kimi saytların köməkliyi ilə siz freelance işlər tapa bilərsiniz.

heart save
Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    111

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?