-
İstifadəçi adı:
kaizen -
Ad Soyad:
Kaizen.az -
Məqalə sayı:
143
Dərc olunma tarixi
16.05.2021 HekayələrBaxış sayı
2101Oxunma müddəti
3 dəqDeyə bilərik ki, dünyadakı bütün qardaşlar mübahisə ediblər, lakin heç biri dünyanı "Adi və Rudi Dassler" qardaşları qədər dəyişdirməyib.
Hadisə, İkinci Dünya müharibəsindən əvvəlki illərdə Almaniyanın Herzogenaurach şəhərində baş vermişdir. Belə ki, Adolf (Adi) Dassler və Rudolf Dassler qardaşları özləri üçün ayaqqabı istehsal etmək və satmaq üçün bir atelye açdılar və adını Gebrüder Dassler Ohg qoydular. Adolf və Rudolf qardaşlarının bu ayaqqabı şirkəti ümumilikdə idmançılara xidmət göstərən yüksək keyfiyyətli modellər istehsal edirdi. Dassler qardaşları əvvəlcə velosipeddən qazandıqları enerji ilə dəri parçaları kəsdilər və bu dəri ilə ayaqqabı tikdilər. Bu qardaşlardan biri olan Adi ayaqqabı dizayn edib istehsal edirdi. Adi ilə müqayisədə daha çox ünsiyyətcil xarakterə sahib olan Rudi isə məhsulları satmaqla məşğul olurdu.
Bir gün Adi və Rudi tarixi bir hadisəyə imza atdılar. Bu addım, ikisinin birgə 1936 Berlin Olimpiadasında ABŞ atleti Jesse Owens’a ayaqqabılarını geyinməyə razı salmaq idi. Jesse Owens, olimpiadalarda çox böyük performans göstərdi və Dassler qardaşlarının ayaqqabıları ilə dörd qızıl medal qazandı. Bu müvəffəqiyyət nəticəsində ikilimiz böyük bir şöhrət qazandı.
Şirkətin sürətli böyüməsi iki qardaşı düşündüyümüz qədər yaxşı hiss etdirmədi. Bu böyümə ikisi arasındakı qısqanclığı və gərginliyi artırdı.
Daha sonra hər iki qardaş II Dünya Müharibəsi əsnasında Nazi partiyasına qatıldı və Adi, hətta ordu üçün döyüş botları istehsalına da qatqı təmin etdi. İkisi arasındakı gərginlik gündən-günə artmaqda idi. II Dünya Müharibəsindən sonra amerikalılar tərəfindən yayımlanan bir kəşfiyyat hesabatında, amerikalılar tərəfindən əsir götürülən Rudinin əsir götürülməsində qardaşı Adinin rolu olduğu bildirildi. 1948-ci ildə Dassler qardaşları yollarını əbədi olaraq ayırmağa qərar verdilər və Aurach çayının hər iki sahilində öz fabriklərini qurdular.
Adi Dassler öz adından uyğun olaraq Adidas, böyük qardaşı Rudi Dassler isə Puma şirkətini qurdu. Bu fabriklər Herzogenaurach şəhərinin müharibədən sonrakı inkişafında da çox kömək etdi, lakin digər tərəfdən bu iki qardaşın mübahisəsi şəhər əhalisinə yayıldı. Qəsəbə Adidasistlər və Pumalara bölündü. Zaman keçdikcə bu fərq daha da böyüdü. Adidas geyən Adidas işçilərinin uşaqları Puma geyən Puma işçilərinin uşaqları ilə oynammaağa başladılar və böyüklər bir-birini görəndə salam vermədilər. Hətta Adidasdan olan birinin Puma'dan biri ilə ailə həyatı qurması da qadağan edildi. İllər keçdikcə hava şəraiti böyüdü. Herzogenaurach, "əyilmiş boyun şəhəri" kimi tanınmağa başladı, çünki bu bölgədəki insanlar bir-birləri ilə danışmadan əvvəl ayaqqabılarının markasına baxmağa başladılar. Rudi 1974-cü ildə, Adi 1978-ci ildə öldü. Ancaq inanmaq çətin olsa da; İkisi öldükdən sonra da düşmənçilik davam etdi. 2009-cu ildə iki şirkətin baş direktorları, 21 sentyabr Dünya Sülh Günü üçün iki şirkətin işçilərinin qatıldığı bir dostluq görüşü təşkil etdi. Və beləliklə, qarşılaşma nəticəsində 61 illik düşmənçilik sona çatdı.
İstifadəçi adı:
kaizenAd Soyad:
Kaizen.azMəqalə sayı:
14307.03.2021
Hekayələr
07.03.2021
Hekayələr
07.03.2021
Hekayələr