employment.az employment.az

Dərc olunma tarixi

21.05.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 1601

Oxunma müddəti

clock 3 dəq

20 Saniyə Metodu ilə Tənbəlliyinizi Avantaja Çevirin

Araşdırmalar göstərir ki, təkrarlanan davranışlar beyindəki sinir şəbəkələrini gücləndirir. Bəzi davranışları o qədər təkrarlayırıq ki, əvvəlini xatırlaya bilmirik. Uşaqlığından bəri davamlı kitab oxuyan biri üçün oxumaq davranışdan çox vərdiş halına gəlmişdir. Həmçinin, hər səhər idman edən insan üçün idman həyatının əvəzedilməz bir hissəsinə çevrilmişdir. Pandemiya prosesi ilə əlaqədar, insanların yaşadığı ən böyük problemlərdən biri, istədikləri şeyə vaxt tapa bilmədiyi müddətdə sosial şəbəkələrdə saatlarla vaxt keçirə bilmələri oldu. Bəs bu necə baş verdi? Bir situasiya düşünün: Telefonda keçirdiyiniz vaxt gündən-günə artır və kitab oxumağa vaxt tapmırsınız. Beləliklə, beyniniz qonaq otağında oturarkən otağınıza getmək və kitabınızı alıb oxumaq fikrinin sizin üçün çox yorucu olacağını düşünür.

Bu zaman istifadə edəcəyiniz ən uyğun metodlardan biri 20 saniyə metodundan istifadə etməkdir. Bəs 20 saniyə metodu ilə inkişafımıza zərərli vərdişlərdən necə uzaqlaşmaq olar?
Harvard Universitetində psixologiya yazıçısı olan Shawn Achor, “The Happiness Advantage” kitabına öz təcrübələrini və həll yollarını daxil edir. Gitara çalmaqda özünü inkişaf etdirmək istəyən Achor, televizora baxarkən qalxıb otağından gitaranı götürüb çalmağa başlamasının onun üçün çox çətin olduğunu söyləyir. Bunu etmək üçün çox tənbəl olduğu üçün televiziya izləməyə davam edən Achor, bir müddət sonra vərdişlərini dəyişdirmək üçün addım atmalı olduğunu başa düşür.

Gitaranı götürüb gətirmək təxminən 20 saniyə çəkəcək. Shawn, gözündə böyüməməsi üçün gitaranı gətirib televizorun yanına qoyur. Pultun batareyalarını da çıxarıb başqa bir otağa qoyur. Ertəsi gün evə gələndə həmişə olduğu kimi yedikdən sonra özünü televizor qarşısında görür. Ancaq unutduğu bir şey var. Pultun batareyası olmadığı üçün televizoru aça bilməz. Baterayaları da gətirmək vaxt tələb etdiyi üçün, o anda televizorun yanında duran gitarasını əlinə alır və işə başlayır. Bir müddət bunu etməyə davam edir. Bir müddətdən sonra artıq hər gün pultun batareyalarını gətirmək üçün tənbəlləşdiyini və alternativ olan gitaraya müraciət etdiyini anlayır.

Shawn həmçinin əlavə edir: “Bir işi görməyin ən çətin hissəsi işə başlamaqdır. Başladığınız zaman davamını bir şəkildə gətirə bilərsiniz. Ancaq ilk addımı atmaq üçün hər zaman bir bəhanə var. Məsələn, otağınızdan kitab almaq üçün lazım olan 20 saniyə çox uzundur. Bu bəhanələri aradan qaldırmaq üçün edə biləcəyiniz ən sadə şey, başlamaq üçün səy və vaxtı minimuma endirməkdir.

Qurtulmaq istədiyiniz davranışlar üçün əksini etməlisiniz. Məsələn, sosial media hesablarınıza çox vaxt sərf edirsinizsə, tətbiqləri silməklə bir kliklə əldə edə bilməyəcəyiniz bir ana ekran yarada bilərsiniz. Bir az səbrli olsanız və tətbiqlərinizi telefonunuzda yerləşdirməməyə diqqət yetirsəniz, tətbiqetmə üçün sərf edəcəyiniz səy bir müddət sonra gözlərinizdə böyüyəcəkdir. Bu yolla, sosial media asılılığınızdan tədricən qurtula bilərsiniz”

heart save

Kamran Qasımzadə

20.09.2023

Faydalı məqalədir

Yazar
  • İstifadəçi adı:

    kaizen
  • Ad Soyad:

    Kaizen.az
  • Məqalə sayı:

    146

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?