employment.az employment.az

Dərc olunma tarixi

24.05.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 2431

Oxunma müddəti

clock 2 dəq

İngiliscə və Azərbaycan Dilində Əsas Mühasibat Terminləri

 

Mühasibat sahəsi ilə ilk tanış olduğum dönəmlərdə öz dilimizdə mənbə tapmaqda çətinlik çəkən biri olaraq, digərlərinə faydalı ola biləcəyini düşündüyüm əsas terminlərin ingilis və öz dilimizdə qarşılıqlarını paylaşmaq qərarına gəldim.

İlk öncə hesabat adları ilə başlayaq.

  • İncome Statement - Mənfəət və Zərər Haqqında Hesabat.
  • Balance Sheet - Maliyyə Vəziyyəti Haqqında Hesabat
  • CashFlow Statement - Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat

 

İndi isə Maliyyə Vəziyyəti Haqqında Hesabatın elementlərini qarşılıqlarına nəzər yetirək.

  • Assets - Aktivlər
  • Liabilities - Öhdəliklər
  • Shareholders/Owners equity - Kapital Hesabı

Aktivlər bildiyimiz kimi iki hissədən ibarətdir. 

  • Current Assets - Qısamüddətli Aktivlər
  • Non-Current Assets - Uzunmüddətli Aktivlər

Aktivlər üçün qısa olaraq demək lazımdırsa fəaliyyət dövrü bir ildən daha çox olan  Aktivlər uzun, bir ildən qısa olanlara isə qısamüddətli aktivlər deyilir. Təbii ki, bəzi nüanslar vardır ki, istisna təşkil etməkdədir. Məsələn Azərbaycan Vergi qanunvericiliyinə görə 500 AZN-dən aşağı olan aktivlər, qısamüddətli aktiv kimi nəzərə alınmalıdır. Məsələn, ofis ləvazimatlarını bir ildən daha çox müddətə istifadə edı bilərik, amma onun dəyəri 500 AZN-dən azdırsa, biz onu qısamüddətli aktiv kimi götürəcəyik.

  • Current Liabilities - Qısamüddətli Öhdəliklər
  • Non-current Liabilities -  Uzun müddətli Öhdəliklər.

İndi isə bəzi əsas hesab adlarına nəzər yetirək

  • Cash - Kassa hesabı
  • Account Recievable - Debitor Borcu
  • Prepaid expenses - Gələcək dövrün Xərcləri
  • İnventories - Mal/ Material hesabları (201-202-203 və.d hesablar)
  • Notes Recievable - Alınmış Veksel ( Verilmiş Borc)
  • Property, plant and equipment(PP&E) - Torpaq, tikinti ve avadanlıq (TTA)
  • İntagible Assets - Qeyri Maddi aktivlər
  • Account Payable - Kreditor Borcu
  • Salaries Payable - Əmək Haqqı öhdəliyi (533-cü Hesab)
  • Notes Payable - Verilmiş Veksel ( Alınmış Borc )
  • Long Terms Loans - Uzun müddətli bank kreditleri
  • Share Capital - Nizamnamə Kapitalı
  • Retained Earnings - Bölüşdürülməmiş Mənfəət

 

heart save
Yazar
  • İstifadəçi adı:

    cavanshir
  • Ad Soyad:

    Cavanşir Ənnağıyev
  • Məqalə sayı:

    5

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?