Kaizen.az - Bir CEO-nun 20 İllik İşə Qəbul Təcrübəsinin Nəticəsi: Effektiv Bir CV Necə Olmalı?
employment
employment

Bir CEO-nun 20 İllik İşə Qəbul Təcrübəsinin Nəticəsi: Effektiv Bir CV Necə Olmalı?

14-06-2021

Dərc olunma tarixi
2 dəq Oxunma müddəti

1275

Baxış sayı

 

Kaliforniyada yerləşən bir Korn Ferry konsaltinq şirkətinin Ceo-su Gary Burnison,  20 illik işə qəbul təcrübəsinə əsaslanaraq qeyd edir: “Karyeram boyu minlərlə CV nəzərdən keçirdim və hər növ CV gördüm. İnanın, əksəriyyətinin oxşar problemləri olduğunu söyləyə bilərəm: çox uzun, çox darıxdırıcı, oxunması çətin və çox səhv yazılan CV-lər gördüm. Bir neçə il əvvəl məni şoka salan bir CV-ə rast gəldim. Düzü, gördüyüm CV, 20 ildə gördüyüm ən yaxşısı idi. Heç bir səhv yox idi. Düşündüyünüz kimi namizədi işə götürdüm. Və sizinlə CV-də olan bəzi məqamları bölüşmək istəyirəm:

 

1) Oxumaq asan idi.

 

CV səhifəsində çox boş yer var idi və namizədin 10 ildən artıq təcrübəsinə baxmayaraq cəmi iki səhifə idi. Hər şey mükəmməl bir şəkildə düzəldilmişdi: sətir aralığı lazımi yerdə, şirkət adları qalın şəkildə və iş detalları müddəalarla ayrılmışdı. Yeri gəlmişkən, heç bir hərf səhvi də yox idi. CV-də istifadə olunan şrift gözoxşayan və sadə idi. Times New Roman, Calibri kimi yazı tiplərini oxumaq hər zaman asandır.

 

2) Bir hekayə danışırdı.

 

Bu CV namizədin karyera səyahətinə dair bir hekayəni özündə əks etdirirdi. CV-yə baxanda bütöv bir zaman cədvəli gördüm. Yalnız bir neçə saniyədə namizədin karyera addımlarını və inkişafını görə bildim. Başqa sözlə, öz iş tarixinin xronologiyasını tərtib etmişdi.

 

3) CV-də yalnız vəzifə borcları deyil, həm də nailiyyətləri var idi.

 

İşə götürən bir şəxs olaraq, bir “kopyala yapışdır” iş təsviri siyahısını oxumaqdan olduqca yoruldum. İşəgötürənlərin həqiqətən bilmək istədikləri şey, namizədin ölçülə bilən nəticələr verə biləcəyi və ortalamadan yüksək olub-olmamasıdır. Bu şəxs tam olaraq soruşulan şeyi bizə verdi.

 

Misal üçün:

 

• “Beynəlxalq bazarlara genişləndirilmiş əməliyyatlar” əvəzinə “Latın Amerikasında səkkiz yeni ölkəyə genişləndirilmiş əməliyyatlar” istifadə etmişdi

• "Satış və marketinq qrupunu idarə etmək" əvəzinə "Satış və marketinq qrupuna rəhbərlik və yüzdə 15 illik böyümə ilə nəticələnmək" ifadəsini istifadə etmişdi.

 

4) Həqiqətlərə uyğun idi.

 

CV-də heç bir uyğunsuzluq yox idi. Hər şey inandırıcı və heç bir rəqəmin şişirdilmədiyi açıq-aydın görünürdü. Daha da yaxşısı, şəxsin öz CV-sində LinkedIn səhifəsinə və işlərinin portfelini daxil edən peşəkar veb saytlarına keçidləri var. Bu mənim üçün böyük bir addımdır. Böyük nailiyyətlər və tanınmış şirkət adları sizə üstünlük versə də, buna diqqət yetirin: İşəgötürənlər istinad yoxlamasını aparırlar və yalan danışdığınızı bilsəniz, oyun bitər.

 

5) Heç bir sıradan iddia irəli sürülməmişdi.

 

"Kreativ", "çalışqan", "nəticə yönümlü", "əla ünsiyyətçi" kimi ümumi və yüksək səviyyəli iddialardan uzaq idi. 

• "Mükəmməl ünsiyyətçi" əvəzinə "Müştərilərlə üz-üzə görüşlərdə təqdimat və kollec şəhərciklərində danışmaq" ifadəsini istifadə etmişdi.

• "Çox yaradıcı" əvəzinə "Yeni bir qlobal tətbiqetmə izləmə platforması dizayn və tətbiq etdi" ifadəsini istifadə etmişdi.

 
0 Rəy

Şərh yazmaq üçün daxil olun