employment.az employment.az

Dərc olunma tarixi

01.07.2021 Fərdi İnkişaf

Baxış sayı

eye 1727

Oxunma müddəti

clock 4 dəq

Aşağılıq Kompleksi

Cəmiyyətdə yayılmış psixoloji problemlərdən biri də "aşağılıq kompleksi"dir. Bu problem, Fərdi Psixologiya məktəbinin qurucusu Alfred Adler tərəfindən irəli sürülən və insanın müəyyən mənada başqalarından aşağı hiss etməsinə səbəb olan bir psixoloji problem olaraq qəbul edilir. Aşağılıq kompleksi olaraq bilinən və günümüzdə demək olar ki, bir çox insanda rast gəlinən bu psixoloji problemin kökləri uşaqlığa dayanır. Uşaq yaşlarından ana və atanın övladına qarşı yanlış münasibəti bu psixoloji problemin ilk toxumlarını atır. İngilis filosof və sosioloq Herbert Spencer demişdir:"Uşaqların qüsurları valideynlərin qüsurlarını əks etdirir". Valideynlərin övladlarına kiçik yaşdan özünü yetərsiz hiss etdirməsi, qərarlarına hörmətlə yanaşmaması bir sözlə bu cür və ya buna bənzər özünü dəyərsiz və digərlərindən aşağı hiss elətdirən davranışlar uşaqların gələcək həyatında da daha ciddi problemlərə yol aça bilir.

 

Aşağılıq kompleksi olaraq bilinən bu psixoloji problemə məxsus insanlar tənqidə qarşı tolerant ola bilmirlər. Hətta sadəlövh və konstruktiv tənqidi belə şəxsiyyətlərinə olunan bir növ hücum kimi görürlər. Bunu da unutmamalıyıq ki, tənqidlə təhqir arasındakı fərqi ilk öncə özümüz bilməliyik. Ona görə ki, kimisə təhqir edib onun sərt reaksiyasıyla qarşılaşanda "səndə aşağılıq kompleksi var"-deyib insanları kompleks sahibi etməyək.

 

Bu kompleksə sahib insanlar tez-tez təsdiqlənməyə və təriflənməyə ehtiyac duyur. Belə ki, sosial mühitdə özləri haqqında mənfi fikirlər söyləyib qarşılarındakı insanın nəzakətən də olsa tərsini deməsini gözləyirlər.

 

Bəs bu problemin qarşısını necə almaq olar?

 

İlk öncə səhviylə düzüylə kiçik yaşlarından övladlarımızın yanında olmalı onlara özlərini dəyərli hiss etdirməliyik. Unutmayaq ki, hər birimiz cəmiyyətə yararlı bir fərd yetişdiririk və bunu onları əzib dəyərsiz olduqlarını yaşıdlarının onlardan üstün olduğunu deyərək etməməliyik.

 

Heç bir zaman deməyin ki, artıq bu problemin qarşısını almaq olmaz mən belə böyümüşəm! Bu səhv fikirdir insan özünü tanıdığı, problemlərini gördüyü və ən əsası həll edə bilməyəcəyi problemin olmadığını düşünərsə onun qarşısını heç bir şey kəsə bilməz. Özümüzü çarəsiz və bu problemlə tək başa çıxa biləcəkmiş kimi hiss etmiriksə bu zaman peşəkar yardımı almaqda fayda var.

heart save
Yazar
  • İstifadəçi adı:

    mabel_01
  • Ad Soyad:

    Nisa Rovshan
  • Məqalə sayı:

    1

Əlaqəli məqalələr

paper-1-img
CV hazırlayarkən nələrə diqqət yetirməli

07.03.2021

Fərdi İnkişaf

Günümüzün qlobal problemlərindən biri: - CV göndərirəm lakin heç bir vakansiyadan geri dönüş almıram. Niyə? Bunun əsas səbəblərindən biri CV-nin düzgün hazırlanmaması və əsas məqamlara diqqət yetirilməməsidir. Bu məqalədə sizlər üçün CV-də hansı məsələlərə diqqət yetirməli olduğunuzu addım-addım qeyd etmişik.

paper-1-img
Ən Yaxşı 10 Effektiv Öyrənmə Yolları

07.03.2021

Fərdi İnkişaf

Effektiv öyrənmə yolları hansılardır. Gəlin sizinlə 10 effektiv öyrənmə yollarını öyrənək.

paper-1-img
Xarici Dil Üçün 5 Tətbiqi Proqram

07.03.2021

Fərdi İnkişaf

Günümüzdə xarici dil öyrənmə prosesini asanlaşdırmaq üçün bəzi tətbiqi proqramlardan istifadə edə bilərik. Bəs bu tətbiqi proqramlar hansılardır?